top of page

Azərbaycanda Diş Əti Sağlamlığı Günü 2019

Ölkəmizdə 12 may 2019-ci il tarixində Azərbaycan Parodontologiya Cəmiyyətinin təşkilatçılığı və Səhiyyə Nazirliyinin dəstəyi ilə “Sağlam diş əti ilə gözəl təbəssüm” şüarı altında Diş Əti Sağlamlığı Günü qeyd olundu.

 

Bu beynəlxalq sosial marifləndirmə günü Avropa Parodontologiya Federasiyasının təşəbbüsü ilə Federasiyaya üzv olan 37 ölkənin Parodontologiya Cəmiyyətləri tərəfindən birqə keçirildi. 

 

Azərbaycanda artıq 3 ildir qeyd olunan bu günün məqsədi insanlarda dişlər və implantlar ətrafında diş əti xəstəliklərinin ciddiyyəti haqqında ictimai məlumatlılığı artırmaq, diş əti sağlamlığının qorunub saxlanmasının və erkən diaqnostikasının vacibliyini bildirmək ilə yanaşı hamiləlik, şəkərli diabet və ürək-damar xəstəlikləri arasındaki əlaqələrinin əhəmiyyətini ön plana çıxararaq gündəmə gətirməkdən ibarətdir.

 

Həmin günə aid təsirli bəyanatların verilməsi ilə yanaşı Azərbaycan Tibb Universitetində və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda seminarların, qocalar evi ziyarəti və onların maarifləndirməsi, klinikalarda ödənişsiz diş əti müayinə günləri və Azərbaycan dilində məlumatlandırma bukletlərinin paylanması ilə yanaşı bu kimi məlumatların İctimai Birliyin saytında və sosial şəbəkələrdə yayımı kimi bir çox müxtəlif tədbirlər həyata keçirildi.

 

Azərbaycan Tibb Universitetinin stomatologiya ixtisası üzrə təhsil alan tələbələri və rezidentləri üçün Azərbaycan  Estetik Stomatologiya Assosiasiyasının sədri, terapevtik stomatologiya kafedrasinın dosenti, tibb elmləri doktoru Ramiz Əhmədbəyli və  Azərbaycan Parodontologıya Cəmiyyətinin vitse-prezidenti, ortopedik stomatologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Aslan Məmmədov tərəfindən “Parodont xəstəliklərinin müalicəsində müasir yanaşmalar” mövzusunda seminarlar keçirildi.

 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və Üz-Çənə Cərrahiyyəsi kafedrasında ixtisasartırma kursuna cəlb olunan həkim-stomatoloqlara kafedranın dosentləri Azərbaycan Parodontologıya Cəmiyyətinin prezidenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli və Azərbaycan Parodontologıya Cəmiyyətinin vitse-prezidenti, tibb üzrə fəlsəfə doktoru Rəhim Qarayev tərəfindən “Diş əti xəstəliklərinin erkən diaqnostikası və müasir müalicə-profilaktika protokolları” mövzusunda məruzələr oxundu.

 

Ölkəmizin müxtəlif şəhərlərində yerləşən stomatololoji klinikalarda həkimlər tərəfindən 150-a yaxın pasientlərdə ödənişsiz parodontoloji müayinələr aparılmışdır, diş əti xəstəliklərinin əhəmiyyəti və tövsiyyə olunan müalicə-profilaktika tədbirləri haqqında ətraflı məlumatlar verilmişdir.

 

Azərbaycan Parodontologiya Cəmiyyətinin İdarə Heyəti üzvləri tərəfindən, GlaxoSmithKline şirkətinin təşkilatı dəstəyi ilə Bilgəhdə yerləşən qocalar evi (Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi) ziyarət olundu. 250-dan çox təqaüdçüdə ağız boşluğu müayinəsi apardıq, onlara diş və diş əti sağlamlığının maarifləndirməsi ilə yanaşı şəkərli diabet və ürək-damar xəstəlikləri arasındaki əlaqələr, həmçinin çıxarılan protez istifadə edənlərdə doğru təmizləmə və qulluq haqqında ətraflı məlumatlar verildi. 

 

Bununla bağlı Cəmiyyətimizin İdarə Heyyətinin üzvlərinə, bu tədbirin Azərbaycan koordinatörü Dr. Rüstəm Ağazadə və bizə qoşularaq dəstək verən həkimlərimizə, dövlət qurumlarımıza, şirkətlərə və həmçinin ictimaiyyətə təşəkkürümüzü bildiririk.

 

Ətraflı: 

https://www.perio.az/disetisaglamligigunu

http://www.efp.org/events/european-gum-health-day/index.html

http://www.efp.org/newsupdate/gum-health-day-2019-azerbaijan/

Gum Health Day Azerbaijan 2019
GHD19 AZE BANNER.jpeg
GHD19 AZE DISETLIXEST 2.jpg
GHD19 AZE DISETLIXEST 1.jpg

Şəkillər

Şəkilləri böyütmək üçün şəklin üzərinə klikləyin.

Videolar

Xəbərlər

Xəbərlər səhifəsinə keçmək üçün şəklin üzərinə klikləyin.

Screen Shot 2019-05-14 at 10.55.44_edite
Gum Health Day 2019 Azerbaijan
bottom of page