top of page

EuroPerio9 

9-cu Beynəlxalq Parodontologiya Konfransı

20-23 İyun 2018

Amsterdam, Niderland

Konfransın beynəlxalq və yerli tədbirlərdə təqdimatı

Amsterdamda Azərbaycanın da təmsil olunduğu EuroPerio9 beynəlxalq parodontologiya konfransı keçirildi.

20-23 iyun 2018-ci il tarixlərində Niderlandın paytaxtı Amsterdam şəhərində, Avropa Parodontologiya Federasiyasının (EFP) təşkilatcılığı və ona üzv olan 30 ölkənin Milli Parodontologiya Cəmiyyətlərinin həm-təşkilatcılığı ilə, EuroPerio9 9-cu beynəlxalq parodontologiya konfransı keçirilmişdir. 111 ölkədən 10232 həkim, tələbə, gigyenist və şirkət nümayəndələrinin qatıldığı bu tədbirdə EFP üzvü olan Azərbaycan Parodontologiya Cəmiyyəti də aktiv iştirak edərək dəstək vermişdir. Dünya nüfuzlu konfransda ölkəmizi Azərbaycan Parodontologıya Cəmiyyətinin idarə heyyəti üzvləri ilə yanaşı, ölkəmizdə və xariçi ölkələrdə fəaliyyət göstərən, habelə diplom sonrası təhsil alan 55 azərbaycanlı həkim təmsil etmişdir. Həmçinin, bu konfransda azərbaycanlı alimlər tərəfindən parodontologiya və implantologiya sahəsində aparılan 10-a yaxın tətqiqatların nəticələri şifahi və əyani təqdim olunmuşdur.

EuroPerio9 konfransının təntənəli rəsmi açılış mərasimi və ənənəvi EFP üzvü olkələrin bayraq paradı keçirilmişdir. Azərbaycan Parodontologiya Cəmiyyətinin 2017-ci ildə EFP-yə 30-cü üzv secilmiş olması səbəbi ilə ölkəmizin bayrağı bu tədbirdə ilk dəfə diğər üzv ölkələr ilə birlikdə dalğalanmışdır. Bayrağımızı Azərbaycan Parodontologıya Cəmiyyətinin prezidenti Dr. Cavid Əhmədbəyli qaldırdı. 

20 iyun 2018-ci il tarixində konfransın əsas auditoriyasında TEDx formatında EFP Alumni - PerioTalks sessiyası keçirilmişdir. Həmin sessiyada 30 ölkədən 8 seçilmiş məruzəçidən biri olan Dr.Cavid Əhmədbəyli “Life experience changing national periodontology vision” mövzusunda məruzə ilə cıxış etmişdir.

21 iyun 2018-ci il tarixində EFP üzvü Milli Parodontologiya Cəmiyyətlərinin və diğər Beynəlxalq Stomatoloji Təşkilatların təmsil olunduğu EuroPerio9 EFP Village xüsusi sərgi sahəsində Azərbaycan Parodontologiya Cəmiyyətinin baş katibi və EuroPerio9 Konqresində Azərbaycan Nümayəndəsi Dr. Rövşən Məmmədov konfrans iştirakçılarına Cəmiyyətimiz haqqında ətraflı məlumat verərək məruzə ilə çıxış etmişdir. 

 

22 iyun 2018-ci il tarixində EFP üzvü Milli Parodontologiya Cəmiyyətlərinin xanım üzvlərinin dəvət olunduğu “Women in Perio” xüsusi sessiyası keçirilmişdir. Azərbaycan Parodontologıya Cəmiyyətinin 10-a yaxın xanım üzvlərinin iştirak etdiyi bu tədbirdə, qadınların stomatologiyada və təşkilatlarda xüsusi rolu, həmçinin, onların EFP-nin gələcək fəaliyyətlərində iştirak imkanları müzakirə olunmuşdur.

23 iyun 2018-ci il tarixində EFP üzvü Milli Parodontologiya Cəmiyyətlərinin Sosial Media nümayəndələrinin toplantısı keçirilmişdir. Cəmiyyətimizi Dr. Vəfa Quliyeva və Dr. Leyla Nadirova təmsil etdikləri bu toplantıda, sosial medianin əhəmiyyəti, həmçinin EFP və Milli Parodontologiya Cəmiyyətlərinin müxtəlif sosial media platformarında yeniliklər, tədbirlər və insanların diş əti sağlamlığı haqqında ətraflı məlumatlandırılması kimi movzular müzakirə olunmuşdur. Həmin gün, EFP-nin Milli Parodontologiya Cəmiyyətləri arasında keçirdiyi 1-ci Foto Müsabiqənin kateqoriyalar üzrə qalibləri təqdim olundu. 

 

Azərbaycan Parodontologıya Cəmiyyətinin Prezidenti Dr. Cavid Əhmədbəyli, Vitse-prezidenti Dr. Aslan Məmmədov, Baş katibi və EuroPerio9 Konqresində Azərbaycan Nümayəndəsi Dr. Rövşən Məmmədov konfrasın gedişində EFP-nin üzvü olan bəzi ölkələrin (İspaniya, İtaliya, Türkiyə, İsrail, Ukrayına, Rusya və s.) parodontologiya cəmiyyəti nümayəndələri və EFP-nin rəhbər organlarındakı məsul şəxslərlə bir çox görüşlər keçirmiş və Azərbaycan Parodontologıya Cəmiyyətinin EFP-yə üzvlüyünün əhəmiyyəti və bu kimi tədbirlərin Azərbaycanda təşkil edilməsinin perspektiv imkanlarını müzakirə etmişdir. 

EuroPerio9 konfransının təntənəli bağlanış mərasimindən sonra Azərbaycan Parodontologıya Cəmiyyətinin üzvləri ACTA (Academic Centre for Dentistry Amsterdam) universitetini ziyarət edərək klinikanın fəaliyyəti və yeni texnologiyalar ilə taniş oldular.

 

Növbəti  EuroPerio10 Beynəlxalq Parodontologiya Konfransının 2-5 İyun 2021-ci il tarixlərində Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilməsinə qərar verilmişdir.

Şəkillər

Şəkilləri böyütmək üçün şəklin üzərinə klikləyin.

Videolar

Konfransının Yekun Proqramı

Yükləmək üçün klikləyin

EFP Foto Müsabiqəsi 2018

https://www.efp.org/europerio9/aboutep9/photo-contest.html

Avropa Parodontologiya Federasiyası ‘‘EFP Foto Müsabiqəsi’’ keçirir və Azərbaycan Parodontologiya Cəmiyyətinin dəyərli üzvlərini 20-23 iyun 2018-ci il tarixlərində Amsterdamda keçiriləçək EuroPerio9 Parodontologiya Konfransında Dental Foto sahəsində, çəkdikləri ən gözəl fotoşəkilləri göndərərək, yaradıcı qabiliyyətlərini dünyaya nümayiş etdirməyə dəvət edir.

 

Müsabiqə stomatologiya sahəsina aid aşağıdakı kateqoriyalara uyğun fotoşəkillər üzrə keçirilir:

  1. sağlam dişlər/sağlam həyat

  2. stomatoloji xəstəliklər

  3. sərbəst stil

Yarışmanın hər bir kategoriya üzrə qalibləri əldə edəcəkləri üstünlüklər:

Avropa Parodontologiya FederasiyasınınAzərbaycan Parodontologiya Cəmiyyətinin gələcək rəsmi nəşrlərində həmin fotoşəkillərin istifadəsi 

• Amsterdamda keçiriləçək EuroPerio9 Parodontologiya Konfransında həmin fotoşəkillərin nümayiş etdirmək imkanı

‘‘EFP 2018 Foto Müsabiqəsi’’ qalibinə Avropa Parodontologiya Federasiyasının fəxri sertifikatı

 

Müsabiqədə iştirak edəcək həkimlər kateqoriyalara uyğun fotoşəkilləri 26 fevral 2018 tarixinə qədər info@perio.az elektron ünvanına göndərilməlidirlər.

Müsabiqədə İştirak Qaydaları:

Müsabiqə iştirakçılarının göndərdikləri fotoşəkillər Cəmiyyətin münsiflər heyyəti tərəfindən hər bir kategoriya üzrə ən gözəl olanlar seçiləcək. Ölkəmizi və cəmiyyətimizi təmsil edəcək qaliblərin fotoşəkilləri, Avropa Parodontologiya Federasiyasına göndəriləcək. Beynəlxalq münsiflər heyyəti Azərbaycan Parodontologiya Cəmiyyəti və Avropa Parodontologiya Federasiyasına üzv olan diğər 29 Milli Parodontologiya Cəmiyyətləri arasından hər bir kateqoriyada üzrə qalibləri seçəcəklər. Müsabiqənin nəticələri 2018-ci ilin mart ayından etibarən bütün cəmiyyətlərin üzvlərinə və Europerio9 iştirakçılarına duyurulacaqdır. Kateqoriyalar üzrə qaliblərin xüsusi mükafatları Amsterdamda EuroPerio9 Parodontologiya Konfransında təntənəli təqdim olunacaqdır.

  1. Müsabiqə Avropa Parodontologiya Federasiyası tərəfindən təşkil edildiyi ücün, müsabiqədə yalnız Azərbaycan Parodontologiya Cəmiyyətinin üzvləri iştirak edə bilərlər. Cəmiyyət üzvlüyü haqqında ətraflı məlumat - https://www.perio.az/uzvluk

  2. Ölkəmizi və cəmiyyətimizi hər bir kategoriya üzrə təmsil edəcək qaliblərin fotoşəkillərinin Avropa Parodontologiya Federasiyası tərəfindən final yarışmada nəzərə alınması üçün həmin iştirakçılar Amsterdamda keçiriləçək EuroPerio9 Parodontologiya Konfransına 14 Mart 2018 tarixinə qədər qeydiyyatdan keçməlidirlər. Azərbaycan Parodontologiya Cəmiyyətinin üzvləri EuroPerio9 konfransına EFP Member statusunda güzəştli qeydiyyat hüququna malikdirlər. Konfransa qeydiyyat: https://www.efp.org/europerio9/programme/registration.html

  3. Fotoşəkillər JPEG (jpg və ya jpeg) formatında təqdim edilməlidir.

  4. Fotoşəkillər 1 MB-dan kiçik və 5 MB-dan böyük olmamalı, RGB rəng modelində saxlanılmalı və yüksək görüntü imkanı verməlidirlər.

  5. Fotoşəkillər yanında aşağıdaki məlumatlar mütləq qeyd olunmalidir:

  • Göndərənin adı və soyadı

  • Kategoriyanın adı 

  • Çəkildiyi yerin adı

  • Fotoşəkillərin məzmununa görə təsviri

 6.  Müsabiqədə fotoşəkilləri təqdim etməklə:

  • Avropa Parodontologiya Federasiyasının və Azərbaycan Parodontologiya Cəmiyyətinin rəsmi saytlarında, həmçinin onlar tərəfindən idarə olunan, Facebook, Twitter, Instagram kimi hər hansı bir sosial media hesabında fotoşəkillərinizin nəşr olunmasına icazə verirsiniz.

  • Hər hər hansı bir mühitdə (elektron formatda, basılı surətdə və digər nəşrlərdə) Avropa Parodontologiya Federasiyası və Azərbaycan Parodontologiya Cəmiyyəti tərəfindən fotoşəkillərinizi istifadə etmək, redaktə etmək, və /və ya dəyişdirmək icazəsini verirsiz.

  • Müəllifi olduğunuz fotoşəkillərinizlə birqə sizin şəxsi məlumatlarınızın (xüsusilə adınız və soyadınız, ölkənizin və üzv olduğun ölkənin parodontologiya cəmiyyəti) Avropa Parodontologiya Federasiyasının və Azərbaycan Parodontologiya Cəmiyyətinin yuxarıda göstərilən nəşrlərində istifadə olunmasına icazə verirsiniz.

  • Təqdim etdiyiniz fotoşəkillərin müəllif hüququna sahib olmalısınız. Öz Şəxsi əsəriniz olmalıdır, kopyalanmamalı, heç bir üçüncü tərəfin materialları və ya istifadə etmə icazəsi olmamalıdır, hər hansı bir ticarət nişanına daxil edilməməli, və uyğunsuz və ya təhlükəli tərkib göstərməməlidir.

  • Fotoşəkilər həmçinin diş əti sağlamlığı təbliğ etmək məqsədilə Avropa Parodontologiya Federasiyası və Azərbaycan Parodontologiya Cəmiyyəti tərəfindən istifadə oluna bilər.

 7.  Bu qaydalara riayət edilməməsi diskvalifikasiyaya səbəb ola bilər.

Müsabiqənin Azərbaycan Parodontologiya Cəmiyyəti üzrə qalibləri:

 

EuroPerio9 Amsterdam konfransında Azərbaycan Parodontologiya Cəmiyyəti tərəfindən 3 müxtəlif kategoriya üzrə təmsil olunan fotoşəkillərin qaliblərinə Avropa Parodontologiya Federasiyasının EFP 2018 Foto Müsabiqəsinin Qalib Sertifikatları təqdim olundu.

SAĞLAM DİŞLƏR/SAĞLAM HƏYAT

Vəfa Quliyeva: Perio-Orto Müalicəsindən sonra Sağlam Parodont

STOMATOLOJİ XƏSTƏLİKLƏR

Cavid Əhmədbəyli: Tip 1 Şəkərli Diabet xəstəliyi olan və Siqaret İstifadə edən İnsanda Parodontit

SƏRBƏST STİL

Şəbnəm Muradova: Ağız boşluğunun düzgün gigiyenasının maarifləndirilməsi.

bottom of page