top of page

Son illərdə klinik praktikada və tədrisdə geniş istifadə olunan parodont xəstəliklərinin 1999-cu ildə qəbul olunmuş Amerika Parodontologiya Akademiyasının təsnifatı tam yenilənməşdir və bu təsnifata peri-implant xəstəlikləri haqqında xüsusi bölmə ilk dəfə əlavə olunmuşdur. Həmçinin, diş əti xəstəliklərinin erkən aşkarlanması, aparılan parodontoloji müalicənin təhlili və parodontun sağlamlıq vəziyyətinin uzun müddətli təmin olunması məqsədi ilə alimlərin və praktik həkimlərin yeni təsnifatdan istifadə etməsində yardımçı ola bilmək üçün müvafiq klinik hallar və diaqnostik meyarlar da təqdim edilmişdir.

 

Parodont və peri-implant xəstəliklərinin yeni təsnifatı 9-11 noyabr 2017-ci il tarixində ABŞ-ın Çikaqo şəhərində Amerika Parodontologiya Akademiyası və Avropa Parodontologiya Federasiyasının birgə həmtəşkilatçılığı və dünyanın müxtəlif ölkələrinin ekspertlərinin iştirakı ilə keçirilmiş ümumdünya parodontologiya qurultayında təsdiq olunmuşdur. Yeni təsnifat müasir parodontologiyanın ‘‘Parodont və peri-implant xəstəliklərinin yeni beynəlxalq təsnifatı’’, ‘‘Diş əti xəstəlikləri və patologiyalari’’, ‘‘Parodont xəstəlikləri’’, ‘‘Parodont toxumalarına təsir edən sistem xəstəlikləri və patologiyalar’’ və ‘‘Peri-implant xəstəliklər və patologiyalar’’ bölmələrini əhatə edir və əsasən tələbələr, rezidentlər, alimlər və ağız boşluğu sağlamlığı mütəxəssislərinin istifadəsi üçün nəzərdə tutulur.

Parodont və peri-implant xəstəliklərinin yeni təsnifatı Azərbaycan Parodontologiya Cəmiyyətinin təşəbbüsü ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun və Azərbaycan Tibb Universitetinin əməkdaşları tərəfindən Azərbaycan dilində tərtib edilərək toplam 5 ədəd elmi məqalə olaraq çap edilmişdir.

Ətraflı: https://www.perio.az/periotesnifat

More: https://www.efp.org/publications/special-publications/clinical-practice-guideline-new-classification/

PDF versiyasını yükləmək üçün şəkillərin üzərinə klikləyin.

Parodont və peri-implant xəstəliklərinin yeni beynəlxalq təsnifatı

Parodont və peri-implant xəstəliklərinin
yeni beynəlxalq təsnifatı

Diş əti xəstəlikləri və patologiyaları

Diş əti xəstəlikləri və patologiyaları

Parodont xəstəlikləri

Parodont xəstəlikləri

Parodontu dəstəkləyən toxumalara təsir edən sistem xəstəlikləri və patologiyalar

Parodontu dəstəkləyən toxumalara təsir edən sistem xəstəlikləri və patologiyalar

Peri-implant xəs­təlikləri və patologiyaları

Peri-implant xəs­təlikləri və patologiyaları

bottom of page