Xəbərlər

Rusiya Parodontologiya Assosiasiyası və Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universiteti tərəfindən dəvət olunan Azərbaycan Parodontologiya Cəmiyyətinin vitse-prezidenti Dr. Aslan Məmmədov Beynəlxalq Konfransda məruzə ilə çıxış etmiştir.

23 oktyabr 2019-ci il tarixində Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya Stomatoloji Assosiasiyası, Rusiya Parodontologiya Assosiasiyası və Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universitetinin həm-təşkilatçılığı ilə  “Parodont xəstəliklərinin diaqnostikasında, müalicəsində, profilaktikasında, estetik və funksional reabilitasiyasında interdissiplinar yanaşma” mövzusuna həsr olunmuş ‘’Şimal paytaxtın stomatologiyası’’ adlı beynəlxalq konfrans keçirilmişdir. Konfrans Rusiya Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil üzrə akkreditasiya olunmuşdur. Bu tədbirdə təşkilatçılar tərəfindən rəsmi dəvət olunan Azərbaycan Tibb Universitetinin ortopedik stomatologiya kafedrasının əməkdaşı, Azərbaycan Parodontologiya Cəmiyyətinin vitse-prezidenti & Avropa Parodontologiya Federasiyasında Azərbaycan nümayəndəsi, tibb üzrə fəlsəfə doktoru Aslan Məmmədov “İmplantologiyada yumuşaq və sərt toxumaların rekonstruksiyası ilə estetikanin təkmilləşdirməsi” mövzusunda məruzə ilə çıxış etmişdir. Həmin məruzə konfrans iştirakçıları tərəfindən böyük maraq ilə qarşılanmışdı və interaktif diskusiyaların aparılması ilə nəticələnmişdir.

Show More

Moskva Mərkəzi Elmi-Tədqiqat Stomatologiya & Üz-çənə Cərrahiyyəsi İnstitutu tərəfindən dəvət olunan Dr. Cavid Əhmədbəyli Beynəlxalq Konfransda məruzə ilə çıxış etmişdir.

25 oktyabr 2019-ci il tarixində Rusiyanın Moskva şəhərində Mərkəzi Elmi-Tədqiqat Stomatologiya & Üz-çənə Cərrahiyyəsi İnstitutu və Rusiya Stomatoloji Assosiasiyasının həmtəşkilatçılığı ilə “Parodontologiya və İmplantologiyada yumşaq və sərt toxumaların reqenerasiyası: müasir cərrahi və estetik aspektlər” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. Konfrans Rusiya Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil üzrə akkreditasiya olunmuşdur. 

 

Bu tədbirdə təşkilatçılar tərəfindən rəsmi dəvət olunan Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli “Diş əti çəkilmələrinin müasir parodontoloji cərrahiyyəsi: kliniki praktikada müvəfəqiyyət amilləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Həmin məruzə konfrans iştirakçıları tərəfindən böyük maraq ilə qarşılanmışdı və interaktif diskusiyaların aparılması ilə nəticələnmişdir.


Mərkəzi Elmi-Tədqiqat Stomatologiya & Üz-çənə Cərrahiyyəsi İnstitutunun ziyarəti sırasında qurumun rəhbərliyi ilə bir sıra görüşlər keçirilmişdir, həmin institut ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Azərbaycan Parodontologiya Cəmiyyəti ilə mövcud əlaqələrin inkişafı və perspektiv planları, müştərək elmi tədqiqatların aparılması və tədbirlərin keçirilməsi müzakirə edilmişdir.

Show More

İran Parodontologiya Akademiyasını tərəfindən dəvət olunan Dr. Cavid Əhmədbəyli Beynəlxalq Parodontologiya Konfransında məruzə ilə çıxış etmiştir və stomatologiya üzrə beynəlxalq jurnalın redaksiya şurasına daxil edilmişdir.

8-11 oktyabr 2019-ci il tarixlərində İranın Tehran şəhərində İran Parodontologiya Akademiyasının təşkilatçılığı ilə 19-cu beynəlxalq parodontologiya konqressi keçirilmişdir. Bu tədbirdə təşkilatçılar tərəfindən rəsmi dəvət olunan Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli ''Management of Gingival Recessions in Clinical Practice: Key factors'' mövzusunda məruzə ilə çıxış etmişdir.

 

Təşkilatçılar və konfrans iştirakçıları tərəfindən interaktif diskusiyaların aparılması ilə nəticələnən və böyük maraq ilə qarşılanan həmin məruzədən sonra Tehran və Təbriz Tibb Üniversitesinin rəhbərliyi ilə bir sıra görüşlər keçirilmişdir, həmin universitetlər ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Azərbaycan Parodontologiya Cəmiyyəti ilə mövcud əlaqələrin inkişafı, müştərək elmi tədqiqatların aparılması və elmi tədbirlərin keçirilməsinə qərar verilmiştir.

Həmçinin, Cavid Əhmədbəyli Təbriz Tibb Universitetinin və İran Parodontologiya Akademiyasının rəsmi nəşri olan ‘’Journal of Advanced Periodontology and Implant Dentistry‘’ jurnalının (https://japid.tbzmed.ac.ir) redaksiya şurasına daxil edilmişdir. Bu elmi jurnal parodontologiya və implantologiya sahəsi üzrə kliniki, biyoloji, mikrobioloji və immunoloji orijinal tədqiqatları və sistematik icmalları əhatə edir.

Show More

Parodontologiya ixtisası Azərbaycanda rəsmi olaraq təsdiq olunmuşdur.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”na  Parodontologiya ixtisası (060944, 3 il) əlavə olunaraq rəsmi olaraq təsdiq olunmuşdur.

http://e-qanun.az/framework/41781

http://www.efp.org/newsupdate/perio-recognition-azerbaijan/

Azərbaycanda 12 may 2019-ci il tarixində Azərbaycan Parodontologiya Cəmiyyətinin təşkilatçılığı və Səhiyyə Nazirliyinin dəstəyi ilə “Sağlam diş əti ilə gözəl təbəssüm” şüarı altında Diş Əti Sağlamlığı Günü qeyd olundu.

Ətraflı: https://www.perio.az/disetisaglamligigunu

IMG_1760.jpg

İsveçrədə Avropa Parodontologiya Federasiyasının Baş Assambleyası keçirildi

29-30 Mart 2019-ci il tarixində Bern şəhərində, İsveçrə Parodontologiya Cəmiyyətinin ev sahibliyi etdiyi Avropa Parodontologiya Federasiyasına (EFP) üzv olan 30 ölkənin iştirakı ilə federasiyanın Baş Assambleyası keçirildi. Bu tədbirdə ölkəmiz Azərbaycan Parodontologıya Cəmiyyətinin prezidenti Dr. Cavid Əhmədbəyli və EFP-də Azərbaycan Nümayəndəsi (EFP Delegate), Cəmiyyətin vitse-prezidenti Dr. Aslan Məmmədov tərəfindən təmsil olundu. 

 

Baş Asambleyadan öncə EFP-ə üzv olan 30 ölkə nümayəndələri ilə, dünyanın ən prestijli təhsil qurumlarından biri olan, Bern universitetinin (UniBern) Stomatologiya Mərkəzini ziyarət edildi, buradaki müasir fantom və pasient klinikalarını ilə yanaşı universitetin tədqiqat laboratoriyaları və elmi fəaliyyəti haqqında ətraflı məlumat verildi. EFP prezidenti Prof. Anton Sculean’ın təşəbbüsü ilə, ölkə nümayəndələri İsveçrə parlamentinə dəvət olundular. Ziyarət sırasında Parlament və ölkənin idarə olunma xüsusiyyətləri haqqında ətrafli məlumat verildi. Təqdimatdan sonra Cəmiyyətlərin rəsmi nümayəndələrinin şərəfinə parlamentdə rəsmi ziyafət verildi.

 

EFP-nin Baş Asambleya yığıncağında EFP və ona üzv olan 30 ölkə Cəmiyyətlərinin 2018-2019 illərdəki fəaliyyəti və əldə olunan nailiyyətlər, 12 may Diş Əti Sağlamlığı Günü maarifləndirmə gününə; 2020-ci ildə Dublin’də Perio Master Clinic və 2021-ci ildə Kopengagendə keçiriləcək EuroPerio10 beynəlxalq konfranslarına aid hazırlıqlar; Diş əti xəstəliklərin yeni beynəlxalq təsnifatı, Perio & Cardio kimi yeni lahiyələr və qündəlikdə olan diğər vacib məsələlər müzakirə olundu. EFP-nin 2019-2020 illəri üzrə prezidenti İtaliyanın Piza Universitetinin professoru Filippo Graziani seçildi.

Beynəlxalq Endokrinologiya Konfransında Azərbaycan Parodontologiya Cəmiyyəti tərəfindən diş əti xəstəlikləri və şəkərli diabet əlaqəsi geniş məruzə şəklində təqdim olundu.

23 fevral 2019-ci il tarixində Hyatt Regency Baku hotelində Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının təşkilatçılığı ilə ‘’Şəkərli Diabet’’ mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. 250 həkim-mütəxəssisin iştirak etdiyi bu tədbirin xarici məruzəçiləri Prof. Antonio Ceriello (İtalya) və Prof. Eberhard Standl (Almanya)  aktual mövzulara toxunaraq, endokrinologiya sahəsindəki müasir problemlər barədə fikir mübadiləsi apardılar. Həmçinin, bu konfransa təşkilatçılar tərəfindən dəvət olunan Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli ‘’Diş əti xəstəlikləri & Şəkərli Diabet: Vacib Məqamlar’’ mövzusunda məruzə ilə cıxış etdi. Bu məruzədə endokrinoloqlara parodontologiyanın aktual məsələləri, diş əti xəstəliklərinin yayılması, diaqnostikası, müalicəsi və profilaktikasının müasir səviyyəsi, Avropa Parodontologiya Federasiyasının Perio & Diabetes layihəsi, diş əti xəstəlikləri və şəkərli diabet arasında əhəmiyyətli əlaqə və bu iki xroniki xəstəliklərə qarşı nə şəkildə mübarizə aparılması haqqında ətraflı məlumat verilmiştir. 

Show More

Azərbaycan Parodontologiya Cəmiyyəti “Peşakar tibbi birlik və assosiyasiyaların tibb elmi və ölkə səhiyyəsinin inkişafına cəlb edilməsi” konfransında təmsil olundu

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 19 dekabr 2018-ci il tarixində “Peşakar tibbi birlik və assosiyasiyaların tibb elmi və ölkə səhiyyəsinin inkişafına cəlb edilməsi” mövzusunda konfrans  təşkil etmişdir.  Tədbirdə peşəkar tibbi birlik və assosiyasiyaların səhiyyə sisteminin təkmilləşdirilməsi, səhiyyə siyasətinin formalaşmasında, həyata keçirilməsində və elmi tibbi yeniliklərin və nailiyyətlərin ölkədə tətbiqinin genişləndirilməsində rolunun gücləndirilməsi ətraflı müzakirə olunmuşdur. Konfransda respublikanın baş tibb mütəxəssisləri, 60-dan çox peşəkar tibbi birlik və assosiyasiaların nümayəndələri iştirak ediblər. Bu tədbirdə Azərbaycan Parodontologiya Cəmiyyəti təşkilatın prezidenti Dr. Cavid Əhmədbəyli tərəfindən təmsil olundu.

Show More

Bakıda EstePerio2018 3-cü Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqresi keçirildi

Bakıda 9-10 Noyabr 2018-ci il tarixlərində Azərbaycan Parodontologiya Cəmiyyətinin, Azərbaycan Estetik Stomatologiya Assosiasiyasının və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun birqə təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Avropa Parodontologiya Federasiyasının dəstəyi ilə EstePerio2018 3-cü Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqresi keçirildi. Holiday Inn Baku otelində keçirilən tədbirdə 350-dən çox yerli və xarici həkim, rezident və tələbə iştirakı etmişdir.

Link: http://www.perio.az/esteperio2018

Ümumdünya Diabetlə Mübarizə Günü - 14 Noyabr 2018

Azərbaycan Parodontologiya Cəmiyyəti, Dünya Diabetlə Mübarizə Günü ilə bağlı Avropa Parodontologiya Federasiyası (EFP) və SUNSTAR tərəfindən təşkil olunan, Perio & Diabetes kampaniyasına qoşulur. Perio & Diabetes layihəsi, bu iki vacib xəstəliklə necə birlikdə mübarizə ediləcəyini, parodont xəstəlikləri və diabet arasında əhəmiyyətli əlaqəni ətraflı izah edir.

Link: http://www.efp.org/publications/projects/perioanddiabetes/overview/index.html

Ölkəmiz Gürcüstan Parodontologiya Assosiasiyası tərəfindən təşkil olunan PerioTbilisi2018 Beynəlxalq Konfransda təmsil olunmuşdur.

26-27 oktyabr 2018-ci il tarixlərində Gürcüstanın paytaxtı Tiflis şəhərində Gürcüstan Parodontologiya Assosiasiyasının təşkilatçılığı ilə PerioTbilisi2018 Beynəlxalq Parodontologiya Konfransı keçirilmişdir. Bu tədbirdə ölkəmiz, təşkilatçılar tərəfindən rəsmi dəvət olunan, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli tərəfindən təmsil olunmuşdur. Konfransın rəsmi açılış mərasimində Cavid Əhmədbəyli tədbir iştirakçılarına və beynəlxalq nümayəndələrə Azərbaycan Parodontologiya Cəmiyyətinin tarixi, son illərdə həyata keçirilən yerli və beynəlxalq fəaliyyətləri, Cəmiyyətin Avropa Parodontologiya Federasiyasında üzvlüyü və mühüm qlobal layihələrə verdiyi dəstəyi haqqında ətraflı məlumat vermişdir. Bu səfər sırasında Gürcüstan Parodontologiya Assosiasiyası və Azərbaycan Parodontologiya Cəmiyyəti ilə mövcud əlaqələrin inkişafı və perspektiv planları müzakirə edilmişdir. 

Show More

Parodont & Peri-implant Xəstəliklərin Yeni Beynəlxalq Təsnifatı nəşr olunmuşdur. 

Ətraflı: https://onlinelibrary.wiley.com/doi/epdf/10.1111/jcpe.12935

Amsterdamda Azərbaycanın da təmsil olunduğu EuroPerio9 beynəlxalq parodontologiya konfransı keçirildi.

20-23 iyun 2018-ci il tarixlərində Niderlandın paytaxtı Amsterdam şəhərində, Avropa Parodontologiya Federasiyasının (EFP) təşkilatcılığı və ona üzv olan 30 ölkənin Milli Parodontologiya Cəmiyyətlərinin həm-təşkilatcılığı ilə, EuroPerio9 9-cu beynəlxalq parodontologiya konfransı keçirilmişdir. 111 ölkədən 10232 həkim, tələbə, gigyenist və şirkət nümayəndələrinin qatıldığı bu tədbirdə EFP üzvü olan Azərbaycan Parodontologiya Cəmiyyəti də aktiv iştirak edərək dəstək vermişdir. Dünya nüfuzlu konfransda ölkəmizi Azərbaycan Parodontologıya Cəmiyyətinin idarə heyyəti üzvləri ilə yanaşı, ölkəmizdə və xariçi ölkələrdə fəaliyyət göstərən, habelə diplom sonrası təhsil alan 55 azərbaycanlı həkim təmsil etmişdir. Həmçinin, bu konfransda azərbaycanlı alimlər tərəfindən parodontologiya və implantologiya sahəsində aparılan 10-a yaxın tətqiqatların nəticələri şifahi və əyani təqdim olunmuşdur.

EuroPerio9 konfransının təntənəli rəsmi açılış mərasimi və ənənəvi EFP üzvü olkələrin bayraq paradı keçirilmişdir. Azərbaycan Parodontologiya Cəmiyyətinin 2017-ci ildə EFP-yə 30-cü üzv secilmiş olması səbəbi ilə ölkəmizin bayrağı bu tədbirdə ilk dəfə diğər üzv ölkələr ilə birlikdə dalğalanmışdır. Bayrağımızı Azərbaycan Parodontologıya Cəmiyyətinin prezidenti Dr. Cavid Əhmədbəyli qaldırdı. 

20 iyun 2018-ci il tarixində konfransın əsas auditoriyasında TEDx formatında EFP Alumni - PerioTalks sessiyası keçirilmişdir. Həmin sessiyada 30 ölkədən 8 seçilmiş məruzəçidən biri olan Dr.Cavid Əhmədbəyli “Life experience changing national periodontology vision” mövzusunda məruzə ilə cıxış etmişdir.

21 iyun 2018-ci il tarixində EFP üzvü Milli Parodontologiya Cəmiyyətlərinin və diğər Beynəlxalq Stomatoloji Təşkilatların təmsil olunduğu EuroPerio9 EFP Village xüsusi sərgi sahəsində Azərbaycan Parodontologiya Cəmiyyətinin baş katibi və EuroPerio9 Konqresində Azərbaycan Nümayəndəsi Dr. Rövşən Məmmədov konfrans iştirakçılarına Cəmiyyətimiz haqqında ətraflı məlumat verərək məruzə ilə çıxış etmişdir. 

 

22 iyun 2018-ci il tarixində EFP üzvü Milli Parodontologiya Cəmiyyətlərinin xanım üzvlərinin dəvət olunduğu “Women in Perio” xüsusi sessiyası keçirilmişdir. Azərbaycan Parodontologıya Cəmiyyətinin 10-a yaxın xanım üzvlərinin iştirak etdiyi bu tədbirdə, qadınların stomatologiyada və təşkilatlarda xüsusi rolu, həmçinin, onların EFP-nin gələcək fəaliyyətlərində iştirak imkanları müzakirə olunmuşdur.

23 iyun 2018-ci il tarixində EFP üzvü Milli Parodontologiya Cəmiyyətlərinin Sosial Media nümayəndələrinin toplantısı keçirilmişdir. Cəmiyyətimizi Dr. Vəfa Quliyeva və Dr. Leyla Nadirova təmsil etdikləri bu toplantıda, sosial medianin əhəmiyyəti, həmçinin EFP və Milli Parodontologiya Cəmiyyətlərinin müxtəlif sosial media platformarında yeniliklər, tədbirlər və insanların diş əti sağlamlığı haqqında ətraflı məlumatlandırılması kimi movzular müzakirə olunmuşdur. Həmin gün, EFP-nin Milli Parodontologiya Cəmiyyətləri arasında keçirdiyi 1-ci Foto Müsabiqənin (https://www.perio.az/efp-foto-musabigesi) müxtəlif kateqoriyalar üzrə qalibləri təqdim olundu. 

 

Azərbaycan Parodontologıya Cəmiyyətinin Prezidenti Dr. Cavid Əhmədbəyli, Vitse-prezidenti Dr. Aslan Məmmədov, Baş katibi və EuroPerio9 Konqresində Azərbaycan Nümayəndəsi Dr. Rövşən Məmmədov konfrasın gedişində EFP-nin üzvü olan bəzi ölkələrin (İspaniya, İtaliya, Türkiyə, İsrail, Ukrayına, Rusya və s.) parodontologiya cəmiyyəti nümayəndələri və EFP-nin rəhbər organlarındakı məsul şəxslərlə bir çox görüşlər keçirmiş və Azərbaycan Parodontologıya Cəmiyyətinin EFP-yə üzvlüyünün əhəmiyyəti və bu kimi tədbirlərin Azərbaycanda təşkil edilməsinin perspektiv imkanlarını müzakirə etmişdir. 

EuroPerio9 konfransının təntənəli bağlanış mərasimindən sonra Azərbaycan Parodontologıya Cəmiyyətinin üzvləri ACTA (Academic Centre for Dentistry Amsterdam) universitetini ziyarət edərək klinikanın fəaliyyəti və yeni texnologiyalar ilə taniş oldular.

 

Növbəti  EuroPerio10 Beynəlxalq Parodontologiya Konfransının 2-5 İyun 2021-ci il tarixlərində Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilməsinə qərar verilmişdir.

Show More

Rusiya Parodontologiya Assosiasiyası və Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Univerirsiteti tərəfindən dəvət olunan Dr. Cavid Əhmədbəyli, Beynəlxalq Parodontoloji Konfransda məruzə ilə çıxış etmiştir.

15-17 may 2018-ci il tarixlərində Rusiyanın Sankt-Peterburq  şəhərində Rusiya Stomatoloji Assosiasiyası, Rusiya Parodontologiya Assosiasiyası və Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universitetinin həm-təşkilatçılığı ilə ‘’Parodontologiyanın seçilmiş məsələləri’’ mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. Konfrans Rusiya Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil üzrə akkreditasiya olunmuşdur. 

 

Bu tədbirdə ölkəmizi, təşkilatçılar tərəfindən rəsmi dəvət olunan, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli və Azərbaycan  Estetik Stomatologiya Assosiasiyasının sədri, Azərbaycan Tibb Universitetinin terapevtik stomatologiya kafedrasinın dosenti, tibb üzrə fəlsəfə doktoru Ramiz Əhmədbəyli  təmsil etmişdilər.

 

Konfransın və sərginin rəsmi açılış mərasimində Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov, Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universitetinin prorektoru Prof. Andrey Yaremenko, Rusiya Stomatoloji Assosiasiyasının Prezidenti Prof. Vladimir Sadovskiy və Rusiya Parodontologiya Assosiasiyasının Prezidenti Prof. Lyudmila Orexova iştirak etmişlərdir.

 

Beynəlxalq konfransda Dr. Cavid Əhmədbəyli “Diş əti çəkilmələrinin müasir cərrahi müalicəsi” mövzusunda məruzə ilə çıxış etmişdir. Həmin məruzə konfrans iştirakçıları tərəfindən böyük maraq ilə qarşılanmışdı və interaktif diskusiyaların aparılması ilə nəticələnmişdir.

 

Konfransın gedişində Estoniya, Macarıstan  və Rusiyanın müxtəlif şəhərlərindən olan məruzəçilər və həmkarlar ilə, həmçinin Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universitetinin rəsmi ziyarəti sırasında universitetin rəhbərliyi ilə bir çox görüşlər keçirilmişdir. Bu görüşlər sırasında həmin universitet ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Azərbaycan Tibb Universiteti ilə, həmçinin Rusiyə Parodontologiya Assosiasiyası və Azərbaycan Parodontologiya Cəmiyyəti ilə mövcud əlaqələrin inkişafı və perspektiv planları müzakirə edilmişdir. Təşkilatçılara 2018-ci ilin noyabrında Azərbaycan Parodontologiya Cəmiyyəti və Azərbaycan Estetik Stomatologiya Assosiasiyası tərəfindən Bakıda keçiriləcək “EstePerio2018” 3-cü Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqresi haqqında məlumat verilmişdir.

 

Konfransın rəsmi nümayəndələri üçün Mixaylovskiy teatrında tamaşa və gəmidə yeməkli  ekskursiyadan ibarət rəsmi ziyafət gecəsi təşkil olunmuşdur.

  • Facebook - Grey Circle
  • Grey Instagram Icon
  • YouTube - Grey Circle
  • Google Places - Grey Circle

© 2012-2019 PERIOAZ

image3