Xəbərlər

Azərbaycan Parodontologiya Cəmiyyətinin Avropa Parodontologiya Federasiyası və Gürcüstan Parodontologiya Cəmiyyəti ilə görüşü keçirilib.

Avropa Parodontologiya Federasiyasının prezidenti Lior Shapira (İsrail), Federasiyanın Avropa əlaqələndirici koordinatoru Monica Guinea (İspanya), Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli, Avropa Parodontologiya Federasiyasında Azərbaycan nümayəndəsi Aslan Məmmədov, EuroPerio konqresində Azərbaycan nümayəndəsi Rövşən Məmmədov, Gürcüstan Parodontologiya Cəmiyyətinin prezidenti Tatia Rokhvadze, Avropa Parodontologiya Federasiyasında və EuroPerio konqresində Gürcüstan nümayəndəsi Lali Kochiashvilinin iştirakı ilə onlayn formatda keçirilən toplantıda mövcud olan yüksək səviyyəli tərəfdaşlıq, gələcək əməkdaşlığın genişləndirilməsi və gündəlikdə olan diğər vacib məsələlər müzakirə olunub.

 

Avropa Parodontologiya Federasiyasının prezidenti Lior Shapira tərəfindən 2021-ci ildə Federasiyanın nəşri olan Journal of Clinical Periodontology jurnalının stomatologiya sahəsində ən yüksək impakt faktorlu statusa yüksəlməsi; 12 may Diş əti sağlamlığı gününün 50-dən çox ölkədə uğurla keçirilməsi; EFP PerioWebinar, PerioTalks və EuroPerio virtual tədbirlər silsiləsinin keçirilməsi; 2022-ci ildə Kopenhagendə keçiriləcək EuroPerio10 beynəlxalq konfranslarına aid hazırlıqlar; dünya nüfuzlu Economist jurnalında ‘’Time to take gum disease seriously: The societal and economic impact of periodontitis’’ dünya mətbuatını və ictimaiyyətini məlumatlandıran məqalənin nəşr olunması və digər yeniliklər haqqında məlumat verilmişdir.

 

Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli Cəmiyyətin ölkəmizdə və Federasiyası nəzdində son illərdəki fəaliyyəti və əldə olunan nailiyyətlər; parodontologiya ixtisasının dövlət tərəfindən təsdiq olunması; ali təhsil qurumlarında parodontologiya ixtisası üzrə rezidentura programının, davamlı tibbi təhsildə parodontologiya və implantologiya üzrə tədrisin, ağız boşluğu sağlamlığı mütəxəssislərinin sertifikasiyasının müasir tələblərlə uyğun yenilənməsi, həmçinin ‘’Parodont və peri-implant xəstəliklərinin klinika, diaqnostika və müalicəsi‘’ & ‘’Parodontitin konservativ, cərrahi və dəstəkləyici müalicəsi‘’ üzrə rəhbərliklər, parodont və peri-implant xəstəliklərinin yeni beynəlxalq təsnifatı, maarifləndirmə kampaniyaları (Perio&Caries, Perio&Diabet, Perio&Cardio, Oral Health & Pregnancy) kimi nəşrlərinin Azərbaycan dilində tərtib edilməsi, Cəmiyyətin təklifləri və gələcək fəaliyyətləri haqqında ətraflı məlumatlandırdı.

Azərbaycanda 12 may 2021-ci il tarixində Avropa Parodontologiya Federasiyasının təşəbbüsü, Azərbaycan Parodontologiya Cəmiyyətinintəşkilatçılığı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə “Diş əti xəstəliklərinin qarşısı alına bilər” şüarı altında Beynəlxalq Diş Əti Sağlamlığı Günü kimi qeyd olundu. .

Ətraflı: www.perio.az/disetisaglamligigunu

Azərbaycan Parodontologiya Cəmiyyəti və Avropa Parodontologiya Federasiyası arasında onlayn toplantı keçirildi.

6 dekabr 2020-ci il tarixində Azərbaycan Parodontologiya Cəmiyyəti və Avropa Parodontologiya Federasiyası arasında onlayn toplantı keçirildi. Avropa Parodontologiya Federasiyasının prezidenti professor Xavier Struillou, Federasiyanın Avropa əlaqələndirici koordinatoru Monica Guinea, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Dr.Cavid Əhmədbəyli, Avropa Parodontologiya Federasiyasında Azərbaycan nümayəndəsi Dr.Aslan Məmmədov və EuroPerio10 konqresində Azərbaycan nümayəndəsi Dr.Rövşən Məmmədovun iştirakı ilə çox səmərəli keçirilən bu toplantıda, Azərbaycan Parodontologiya Cəmiyyətinin üzvü olduğu Federasiya ilə mövcud olan yüksək səviyyəli tərəfdaşlıq və gələcək əməkdaşlığın dərinləşdirilməsinin aspektləri ətraflı müzakirə olundu.

Avropa Parodontologiya Federasiyasının Onlayn Baş Assambleyası keçirildi.

3 oktyabr 2020-ci il tarixində İtaliyanın Pisa şəhərində keçirilməsi nəzərdə tutulan Avropa Parodontologiya Federasiyasının (EFP) Baş Assambleyası pandemiya səbəbilə Federasiyaya üzv olan 37 ölkənin iştirakı ilə onlayn formatda keçirildi. Bu tədbirdə ölkəmiz Azərbaycan Parodontologıya Cəmiyyətinin prezidenti Dr.Cavid Əhmədbəyli, Avropa Parodontologiya Federasiyasında Azərbaycan Nümayəndəsi (EFP Delegate) Dr.Aslan Məmmədov, Layihələr Koordinatoru Dr.Hənifə Musayeva, EuroPerio10 Konqresində Azərbaycan Nümayəndəsi Dr.Rövşən Məmmədov və Tədbirlər Koordinatoru Dr.Leyla Nadirova tərəfindən təmsil olundu.

Azərbaycanda 12 may 2020-ci il tarixində Azərbaycan Parodontologiya Cəmiyyətinin təşkilatçılığı və Səhiyyə Nazirliyinin dəstəyi ilə “Qanayan diş ətinə yox deyin” şüarı altında Beynəlxalq Diş Əti Sağlamlığı Günü qeyd olundu.

Ətraflı: www.perio.az/disetisaglamligigunu

BANNER_CORONA_01 with Logo.jpg

Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Dr.Cavid Əhmədbəyli Dublində EFP Perio Master Klinik konfransında ölkəmizi təmsil etmişdir.

Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Dr.Cavid Əhmədbəyli 6-7 Mart 2020-ci ildə İrlandiyanın paytaxtı Dublində Avropa Parodontologiya Federasiyasının və İrlandiya Parodontologiya Cəmiyyətinin təşkilatçılığı ilə “Dişlər və implantlar ətrafında estetik sərt və yumuşaq toxuma rekonstruksiyası” mövzusunda klinisist mütəxəssislər üçün 3-ci Perio Master Klinik konfransında iştirak etmişdir.

Konfrasın gedişində müxtəlif ölkələrdən olan həmkarlar və Avropa Parodontologiya Federasiyasının rəhbərləri ilə bir çox görüşlər keçirilmiş, həmçinin Azərbaycan Parodontologıya Cəmiyyətinin bu təşkilat ilə mövcud əlaqələrinin inkişafı və perspektiv planları müzakirə edilmişdir.

https://www.efp.org/periomasterclinic/2020/index.html

Azərbaycan Parodontologiya Cəmiyyətinin vitse-prezidenti Dr. Rövşən Məmmədov EuroPerio10 Ambassadorlar toplantısında ölkəmizi təmsil etmişdir.

Azərbaycan Parodontologiya Cəmiyyətinin vitse-prezidenti Dr. Rövşən Məmmədov Avropa Parodontologiya Federasiyasının təşkilatçılığı ilə keçiriləcək EuroPerio10 Beynəlxalq Parodontologiya konfransına (2-5 iyun 2021-ci il) hazırlıqlar məqsədi ilə 29 noyabr 2019-ci il tarixində Kopenhagen şəhərində Ambassadorlar toplantısında ölkəmizi təmsil etmişdir. EuroPerio10 konfransının Təşkilat Komitəsinin və 37 ölkənin nümayəndələrinin iştirak etdiyi bu tədbirdə konfrans ilə əlaqədar vacib məsələlər ətraflı müzakirə olunmuşdur. 

Rusiya Parodontologiya Assosiasiyası və Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universiteti tərəfindən dəvət olunan Azərbaycan Parodontologiya Cəmiyyətinin vitse-prezidenti Dr. Aslan Məmmədov Beynəlxalq Konfransda məruzə ilə çıxış etmiştir.

23 oktyabr 2019-ci il tarixində Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya Stomatoloji Assosiasiyası, Rusiya Parodontologiya Assosiasiyası və Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universitetinin həm-təşkilatçılığı ilə  “Parodont xəstəliklərinin diaqnostikasında, müalicəsində, profilaktikasında, estetik və funksional reabilitasiyasında interdissiplinar yanaşma” mövzusuna həsr olunmuş ‘’Şimal paytaxtın stomatologiyası’’ adlı beynəlxalq konfrans keçirilmişdir. Konfrans Rusiya Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil üzrə akkreditasiya olunmuşdur. Bu tədbirdə təşkilatçılar tərəfindən rəsmi dəvət olunan Azərbaycan Tibb Universitetinin ortopedik stomatologiya kafedrasının əməkdaşı, Azərbaycan Parodontologiya Cəmiyyətinin vitse-prezidenti & Avropa Parodontologiya Federasiyasında Azərbaycan nümayəndəsi, tibb üzrə fəlsəfə doktoru Aslan Məmmədov “İmplantologiyada yumuşaq və sərt toxumaların rekonstruksiyası ilə estetikanin təkmilləşdirməsi” mövzusunda məruzə ilə çıxış etmişdir. Həmin məruzə konfrans iştirakçıları tərəfindən böyük maraq ilə qarşılanmışdı və interaktif diskusiyaların aparılması ilə nəticələnmişdir.

Show More

Moskva Mərkəzi Elmi-Tədqiqat Stomatologiya & Üz-çənə Cərrahiyyəsi İnstitutu tərəfindən dəvət olunan Dr. Cavid Əhmədbəyli Beynəlxalq Konfransda məruzə ilə çıxış etmişdir.

25 oktyabr 2019-ci il tarixində Rusiyanın Moskva şəhərində Mərkəzi Elmi-Tədqiqat Stomatologiya & Üz-çənə Cərrahiyyəsi İnstitutu və Rusiya Stomatoloji Assosiasiyasının həmtəşkilatçılığı ilə “Parodontologiya və İmplantologiyada yumşaq və sərt toxumaların reqenerasiyası: müasir cərrahi və estetik aspektlər” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. Konfrans Rusiya Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil üzrə akkreditasiya olunmuşdur. 

 

Bu tədbirdə təşkilatçılar tərəfindən rəsmi dəvət olunan Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli “Diş əti çəkilmələrinin müasir parodontoloji cərrahiyyəsi: kliniki praktikada müvəfəqiyyət amilləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Həmin məruzə konfrans iştirakçıları tərəfindən böyük maraq ilə qarşılanmışdı və interaktif diskusiyaların aparılması ilə nəticələnmişdir.


Mərkəzi Elmi-Tədqiqat Stomatologiya & Üz-çənə Cərrahiyyəsi İnstitutunun ziyarəti sırasında qurumun rəhbərliyi ilə bir sıra görüşlər keçirilmişdir, həmin institut ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Azərbaycan Parodontologiya Cəmiyyəti ilə mövcud əlaqələrin inkişafı və perspektiv planları, müştərək elmi tədqiqatların aparılması və tədbirlərin keçirilməsi müzakirə edilmişdir.

Show More

İran Parodontologiya Akademiyasını tərəfindən dəvət olunan Dr. Cavid Əhmədbəyli Beynəlxalq Parodontologiya Konfransında məruzə ilə çıxış etmiştir və stomatologiya üzrə beynəlxalq jurnalın redaksiya şurasına daxil edilmişdir.

8-11 oktyabr 2019-ci il tarixlərində İranın Tehran şəhərində İran Parodontologiya Akademiyasının təşkilatçılığı ilə 19-cu beynəlxalq parodontologiya konqressi keçirilmişdir. Bu tədbirdə təşkilatçılar tərəfindən rəsmi dəvət olunan Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli ''Management of Gingival Recessions in Clinical Practice: Key factors'' mövzusunda məruzə ilə çıxış etmişdir.

 

Təşkilatçılar və konfrans iştirakçıları tərəfindən interaktif diskusiyaların aparılması ilə nəticələnən və böyük maraq ilə qarşılanan həmin məruzədən sonra Tehran və Təbriz Tibb Üniversitesinin rəhbərliyi ilə bir sıra görüşlər keçirilmişdir, həmin universitetlər ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Azərbaycan Parodontologiya Cəmiyyəti ilə mövcud əlaqələrin inkişafı, müştərək elmi tədqiqatların aparılması və elmi tədbirlərin keçirilməsinə qərar verilmiştir.

Həmçinin, Cavid Əhmədbəyli Təbriz Tibb Universitetinin və İran Parodontologiya Akademiyasının rəsmi nəşri olan ‘’Journal of Advanced Periodontology and Implant Dentistry‘’ jurnalının (https://japid.tbzmed.ac.ir) redaksiya şurasına daxil edilmişdir. Bu elmi jurnal parodontologiya və implantologiya sahəsi üzrə kliniki, biyoloji, mikrobioloji və immunoloji orijinal tədqiqatları və sistematik icmalları əhatə edir.

Show More

Parodontologiya ixtisası Azərbaycanda rəsmi olaraq təsdiq olunmuşdur.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”na  Parodontologiya ixtisası (060944, 3 il) əlavə olunaraq rəsmi olaraq təsdiq olunmuşdur.

http://e-qanun.az/framework/41781

http://www.efp.org/newsupdate/perio-recognition-azerbaijan/

Azərbaycanda 12 may 2019-ci il tarixində Azərbaycan Parodontologiya Cəmiyyətinin təşkilatçılığı və Səhiyyə Nazirliyinin dəstəyi ilə “Sağlam diş əti ilə gözəl təbəssüm” şüarı altında Diş Əti Sağlamlığı Günü qeyd olundu.

Ətraflı: https://www.perio.az/disetisaglamligigunu

IMG_1760.jpg

İsveçrədə Avropa Parodontologiya Federasiyasının Baş Assambleyası keçirildi

29-30 Mart 2019-ci il tarixində Bern şəhərində, İsveçrə Parodontologiya Cəmiyyətinin ev sahibliyi etdiyi Avropa Parodontologiya Federasiyasına (EFP) üzv olan 30 ölkənin iştirakı ilə federasiyanın Baş Assambleyası keçirildi. Bu tədbirdə ölkəmiz Azərbaycan Parodontologıya Cəmiyyətinin prezidenti Dr. Cavid Əhmədbəyli və EFP-də Azərbaycan Nümayəndəsi (EFP Delegate), Cəmiyyətin vitse-prezidenti Dr. Aslan Məmmədov tərəfindən təmsil olundu. 

 

Baş Asambleyadan öncə EFP-ə üzv olan 30 ölkə nümayəndələri ilə, dünyanın ən prestijli təhsil qurumlarından biri olan, Bern universitetinin (UniBern) Stomatologiya Mərkəzini ziyarət edildi, buradaki müasir fantom və pasient klinikalarını ilə yanaşı universitetin tədqiqat laboratoriyaları və elmi fəaliyyəti haqqında ətraflı məlumat verildi. EFP prezidenti Prof. Anton Sculean’ın təşəbbüsü ilə, ölkə nümayəndələri İsveçrə parlamentinə dəvət olundular. Ziyarət sırasında Parlament və ölkənin idarə olunma xüsusiyyətləri haqqında ətrafli məlumat verildi. Təqdimatdan sonra Cəmiyyətlərin rəsmi nümayəndələrinin şərəfinə parlamentdə rəsmi ziyafət verildi.

 

EFP-nin Baş Asambleya yığıncağında EFP və ona üzv olan 30 ölkə Cəmiyyətlərinin 2018-2019 illərdəki fəaliyyəti və əldə olunan nailiyyətlər, 12 may Diş Əti Sağlamlığı Günü maarifləndirmə gününə; 2020-ci ildə Dublin’də Perio Master Clinic və 2021-ci ildə Kopengagendə keçiriləcək EuroPerio10 beynəlxalq konfranslarına aid hazırlıqlar; Diş əti xəstəliklərin yeni beynəlxalq təsnifatı, Perio & Cardio kimi yeni layihələr və qündəlikdə olan diğər vacib məsələlər müzakirə olundu. EFP-nin 2019-2020 illəri üzrə prezidenti İtaliyanın Piza Universitetinin professoru Filippo Graziani seçildi.

Beynəlxalq Endokrinologiya Konfransında Azərbaycan Parodontologiya Cəmiyyəti tərəfindən diş əti xəstəlikləri və şəkərli diabet əlaqəsi geniş məruzə şəklində təqdim olundu.

23 fevral 2019-ci il tarixində Hyatt Regency Baku hotelində Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının təşkilatçılığı ilə ‘’Şəkərli Diabet’’ mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. 250 həkim-mütəxəssisin iştirak etdiyi bu tədbirin xarici məruzəçiləri Prof. Antonio Ceriello (İtalya) və Prof. Eberhard Standl (Almanya)  aktual mövzulara toxunaraq, endokrinologiya sahəsindəki müasir problemlər barədə fikir mübadiləsi apardılar. Həmçinin, bu konfransa təşkilatçılar tərəfindən dəvət olunan Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli ‘’Diş əti xəstəlikləri & Şəkərli Diabet: Vacib Məqamlar’’ mövzusunda məruzə ilə cıxış etdi. Bu məruzədə endokrinoloqlara parodontologiyanın aktual məsələləri, diş əti xəstəliklərinin yayılması, diaqnostikası, müalicəsi və profilaktikasının müasir səviyyəsi, Avropa Parodontologiya Federasiyasının Perio & Diabetes layihəsi, diş əti xəstəlikləri və şəkərli diabet arasında əhəmiyyətli əlaqə və bu iki xroniki xəstəliklərə qarşı nə şəkildə mübarizə aparılması haqqında ətraflı məlumat verilmiştir. 

Show More
  • Facebook - Grey Circle
  • Grey Instagram Icon
  • YouTube - Grey Circle
  • Google Places - Grey Circle

 © 2012-2021 AZƏRBAYCAN PARODONTOLOGİYA CƏMİYYƏTİ

8646

European Federation of Periodontology General Assembly Bern 2019