top of page

Xəbərlər Arxivi (2013-2021)

Bakıda EstePerio2013 1-ci Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqresi keçirildi (30.04.2013)

Bakıda 25-27 Aprel 2013-cü il tarixilərində 150-dən çox həkimin iştirakı ilə Azərbaycan Parodontologiya Cəmiyyəti və Azərbaycan Estetik Stomatologiya Assosiasiyasının birgə əməkdaşlığı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə EstePerio2013 1-ci Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqresi keçirildi. Beynəlxalq konqresə Böyük Britaniya, İtaliya, İsrail, Türkiyə və diğər ölkələrdən parodontologiya və estetik stomatologiya sahəsində xarici mütəxəssislər, həmçinin Azərbaycan alimləridə məruzələri ilə iştirak etdilər. Elmi proqram ilə yanaşı konqres öncəsi master-klasslara da keçirildi. 

Link: http://www.perio.az/tedbir-esteperio2013

2013

''Dişəti Aqumentasiyası & Dişəti Çəkilmələrinin Cərrahi Müalicəsi'' mövzusu üzrə kurs keçirildi  (22.04.2013) 

Link: http://www.perio.az/tedbir-wpps2013

''Parodontoloji Müayinə, Alətlərin İstifadə Prinsipləri, Konservativ Parontoloji Müalicənin Əsasları'' mövzusu üzrə kurs keçirildi (22.04.2013) 

Link: http://www.perio.az/tedbir-wipt2013

2014

Parisdə Azərbaycanın da qatıldığı Avropa Parodontologiya Federasiyasının "İmplantlar ətrafında plastik və rekonstruktiv cərrahiyyə" mövzusunda konfrans keçirilmişdir, 7-8 Fevral 2014, Paris (Fransa) (11.02.2014)

7-8 fevral 2014-cü il tarixi müddətində Fransanın paytaxtında Azərbaycanın da qatıldığı Avropa Parodontologiya Federasiyasının (AFP-nin) "İmplantlar ətrafında plastik və rekonstruktiv cərrahiyyə" mövzusunda klinisist mütəxəssislər üçün 1-ci Konfransı keçirilmişdir. Bu konfransda ölkəmizi Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Dr. Cavid Əhmədbəyli təmsil etmişdir. Dr. Cavid Əhmədbəyli konfransın gedişində Fransa, İspaniya, İtaliya, Türkiyə, İsrail, Ukrayna və Rusiyadan olan həmkarları və AFP-nin rəhbər organlarındakı məsul şəxslərlə bir çox görüşlər keçirmiş və Cəmiyyətin AFP ilə əlaqələrinin perspektiv imkanlarını müzakirə etmişdir.

Link: http://news.milli.az/society/349450.html

2015

''Dişlər və implantlar ətrafında parodont xəstəliklərinin profilaktikası'' və digər mövzularda Avropa Parodontologiya Federasiyasının klinik protokollar nəşr olundu (15.11.2015)

Stomatoloqlar, parodontoloqlar, qiqiyenistlər və tələbələr üçün çox əhəmiyyətli olan ''Dişlər və implantlar ətrafında parodont xəstəliklərinin profilaktikası'' və digər mövzusularda Avropa Parodontologiya Federasiyasının kliniki protokolları nəşr olundu.

Link: http://prevention.efp.org/guidelines/

Avropa Parodontologiya Federasiyasının Plenar İclası üzrə canlı yayın vebinarı keçirildi  (09.11.2015)

Avropa Parodontologiya Federasiyasının təşkil etdiyi, Prof. Mariano Sanz, Prof. Iain Chapple, Prof. Søren Jepsen, Prof. Maurizio Tonetti məruzə etdikləri ''Dişlər və implantlar ətrafında diş əti xəstəliklərinin əhəmiyyəti və effektiv qarşısının alinması'' mövzusunda canlı yayın vebinarı keçirildi.

Webinar link: http://efp.stream-congress.com/index.php

Bakıda PerioBaku2015 Beynəlxalq Parodontologiya Konqresi keçirildi (28.09.2015)

25-26 sentabr 2015-cü il tarixlərində Bakıda Kempinski Badamdar Hotelinin Konqres mərkəzində PerioBaku2015 Beynəlxalq Parodontologiya konqresi keçirildi. Bu tədbirdə stomatologiyanın parodontologiya sahəsində, diş əti xəstəliklərinin etiopatogenezindən təsnifatına qədər, etioloji müalicəsindən cərrahi müalicəsinə qədər son nailiyyətlər və perspektivlər Prof. Claudio Mongardini (İTALİYA) , Prof. Giano Ricci (İTALİYA), Prof. Andrea Pilloni (İTALİYA) , Prof. Roberto Rotundo (İTALİYA), Prof. Roberto Rossi (İTALİYA) kimi dünyaca məhşur olan qabaqcıl Parodontologiya mütəxəssisləri tərəfindən geniş məlumat verildi, həmçinin ölkəmizdə Parodontologiya sahəsinin inkişafının gələcək planları müzakirə olundu.

iTOP təşkilatının ''Ağız boşluğu gigiyenasının fərdi təlimi'' mövzusunda seminarı və kursu keçirildi (24.09.2015)

24 sentyabr 2015 Kempinski Badamdar Bakı hotelində iTOP təşkilatının ''Ağız boşluğu gigiyenasının fərdi təlimi'' mövzusunda seminarı və kursu keçirildi. Məruzəçilərin Dr. Fariz Emciyev, Dr. Cavid Əhmədbəyli, Dr. Gunay Həbibzadə olduğu və əsas müzakirə mövzusu ''Parodont xəstəliklərinin profilaktikası və müalicəsi'' olan bu tədbirdə, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Dr. Cavid Əhmədbəyli ''Parodont xəstəliklərinin profilaktikası və müalicəsində antimikrob vasitələrin rolu və effektivliyi'' mövzusunda məruzə ilə çıxış etdi.

Link: http://www.itop-dental.com/en

Fəxri Üzvlər 2015  (01.09.2015)
Azərbaycan Parodontologiya Cəmiyyətinin İdarə Heyyətinin qərarı ilə Prof. Selçuk Yilmaz (Yeditepe Universiteti, Türkiyə) və Prof. Andrea Pilloni (Roma Sapienza Universiteti, İtaliya) ölkəmizdə Parodontologiyanın inkişafındaki xüsusi xidmətlərinə görə FƏXRI ÜZVLÜK təltif olundu.

Link: http://www.perio.az/fexriuzvler

Londonda Azərbaycanın da təmsil olunduğu EuroPerio8 beynəlxalq parodontologiya və implantologiya konfransı keçirildi (08.06.2015)

3-6 iyun 2015-cü il tarixi müddətində Böyük Britaniyanın paytaxtı London şəhərində Azərbaycanın da qatıldığı Avropa Parodontologiya Federasiyasının təşkilatcılığı və Britanya Parodontologıya Cəmiyyətinin həm-təşkilatcılığı ilə EuroPerio8, 8-ci beynəlxalq parodontologiya və implantologiya konfransı keçirilmişdir. Dünya nüfuzlu konfransda ölkəmizi Azərbaycan Parodontologıya Cəmiyyətinin idarə heyyəti üzvləri ilə yanaşı ölkəmizdə və xariçi ölkələrdə fəaliyyət göstərən və diplom sonrası təhsil alan 50-ə yaxın Azərbaycanlı həkimlər təmsil etmişdir. Həmçinin, konfransda Cavid Əhmədbəyli, Aslan Məmmədov, Rüstəm Ağazadə, Seymur Qurbanov və diyər həkimlər tərəfindən parodontologiya sahəsində aparılan tətqiqatların nəticələri təqdim olunmuşdur.

Link: http://news.milli.az/society/349450.html

''Parodontoloji Müalicənin Əsasları'' mövzusu üzrə Azərbaycan Tibb Universitetinin Stomatologiya ixtisası üzrə təhsil alan tələbə və rezidentləri üçün seminar keçirildi   (19.04.2015) Link: http://www.perio.az/tedbir-spt2015

''Konservativ Parodontoloji Müalicə'' mövzusu üzrə praktik stomatoloqlar üçün seminar keçirildi (02.03.2015) 

Link: http://www.perio.az/tedbir-sipt2015

2016

Fəxri Üzvlər 2016 (01.11.2016)
Azərbaycan Parodontologiya Cəmiyyətinin İdarə Heyyətinin qərarı ilə Prof. Nikolaos Donos’a (London Queen Mary Universiteti, Böyük Britaniya), Prof. Wim Teughels’ə (Löven Katolik Universiteti, Belçika), Prof. Irına Makeeva’ya (I.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti, Rusiya Federasıyası) və Prof. Oktay Seyıdbayova (Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan) ölkəmizdə Parodontologiyanın inkişafındaki xüsusi xidmətlərinə görə FƏXRI ÜZVLÜK təltif olundu.

Link: http://www.perio.az/fexriuzvler

Bakıda EstePerio2016 2-ci Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqresi keçirildi (01.11.2016)

Bakıda 28-29 Oktyabr 2016-cı il tarixilərində 350-dən çox həkimin iştirakı ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycan Parodontologiya Cəmiyyəti, Azərbaycan Estetik Stomatologiya Assosiasiyası və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının birgə əməkdaşlığı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə EstePerio2016 2-ci Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqresi keçirildi. Konqresin məqsədi Azərbaycan Respublikasında parodontologiya və estetik stomatologiya sahəsinin inkişaf etdirilməsinə yardım etmək, dövlət və özəl sektorda fəaliyyət göstərən stomatoloqlar arasında maarifləndirmə işi apararaq onların bu sahədə bilik və təcrübələrinin təkmilləşdirmək, həmçinin son illər ərzində ölkəmizdə və dünyada bu sahədə həyata keçirilən əsas tədqiqat fəaliyyətləri haqqında məlumat və gələcək elmi-tədqiqat işlərinə istiqamət verilməsindən ibarət idi.​ Bu beynəlxalq tədbirdə Böyük Britaniya, Belçika, Türkiyə, Rusiya və diğər ölkələrdən parodontologiya və estetik stomatologiya sahəsində kliniki və elmi qabiliyyətlərinə görə beynəlxalq səviyyədə lider kimi tanınmış xarici mütəxəssislər, həmçinin ölkəmizdə və xaricdə təhsil almış Azərbaycan alimləri və stomatoloqları da məruzələri ilə iştirak etdilərHəkimlərimizin bu sahədəki praktik biliklərinin də təkmilləşdirilməsi məqsədi ilə elmi proqram ilə yanaşı konqres öncəsi master-klasslara da keçirildi. 

Link: http://www.perio.az/tedbir-esteperio2016

''Diş & İmplant ətrafında Yumuşaq Toxuma Rekonstruksiyası'' mövzusu üzrə kurs keçirildi (28.02.2016) 

Link: http://www.perio.az/tedbir-wpps2016

''Dişlər & İmplantlar ətrafında Konservativ Parodontoloji Müalicə'' mövzusu üzrə kurs keçirildi (24.01.2016) 

Link: http://www.perio.az/tedbir-wipt2016

2017

''Sümük Toxumasının Qorunması və Bərpası'' mövzusu üzrə Master-klass keçirildi (25.12.2017) 

Link: https://www.perio.az/biomateriallar-cerrahi-kurs2017

Avropa Parodontologiya Federasiyasının EFP Perio Insight 5-ci buraxılışı nəşr olundu  (18.12.2017)

EFP Perio Insight-in 5-ci buraxılışının əsas məqaləsi Prof. Anton Sculean (Bern Universiteti, İsveçrə) tərəfindən qələmə alınıb və parodontoloji regenerativ cərrahiyyənin konsepsiyası haqqındadır. Bu buraxılışda həmçinin, EFP prezidenti Prof. Soren Jepsen 2018-ci ildə Amsterdamda keçiriləçək EuroPerio9 Parodontologiya Konqresi və onun elmi proqramı barədə müsahibə vermişdir.

Link: https://www.efp.org/publications/perioinsight/perioinsight05/

Avropa Parodontologiya Federasiyası ''EFP PerioVision Foto Müsabiqəsi'' keçiririr. Son müraciət tarixi: 26 Fevral 2018 (12.12.2017) 

Ətraflı: https://www.perio.az/efp-periovision-foto-musabigesi

Avropa Parodontologiya Federasiyasının EFP Perio Insight 4-cü buraxılışı nəşr olundu  (02.08.2017)

EFP Perio Insight-in 4-cü buraxılışının əsas məqaləsi Amsterdamdakı Stomatoloji Akademik Mərkəzində Bruno G. Loos və Deon P.M. Chin tərəfindən aparılan parodontal xəstəliklərin etiologiyasında genetikanın rolu haqqında tədqiqatların nəticələri və mövcud məlumatların dərin təhlilindən ibarətdir. Bu buraxılışda həmçinin, Avropa Parodontologiya FederasiyasıAzərbaycan Parodontologiya Cəmiyyəti və EFP-yə üzv olan diğər Milli Parodontologiya Cəmiyyətləri ilə birgə 50-ə yaxın təşkilatın dəstəklədiyi, parodont xəstəliklərinin insan sağlamlığına və rifahına təsirinin azaldılması məqsədi ilə qlobal çağırışa dair hesabat da daxil olunmuşdur.

Link: https://www.efp.org/publications/perioinsight/perioinsight04/

Avropa Parodontologiya Federasiyası (AFP) akkreditə etdiyi parodontologiya üzrə rezidentura proqramının məzunları üçün xüsusi EFP ALUMNI layihəsini həyata keçirir  (02.08.2017)

Avropa Parodontologiya Federasiyası (EFP) 10 ölkədə 17 universitetdə tədbiq olunan və onun tərəfindən akkreditə olunmuş parodontologiya üzrə rezidentura programının məzunları arasında şəbəkə yaratmaq üçün EFP ALUMNI layihəsini başlatdı. EFP ALUMNI layihəsi rezidentura programının müəllim və professorları, 400-dən artıq məzunları, və Federasiyanın İdarə Heyyyətinin üzvləri  üçün nəzərdə tutulub.

Yeditepe Universitetində EFP tərəfindən akkreditə olunmuş parodontologiya üzrə rezidentura programının 2011-ci il məzunu və Azərbaycan Parodontologıya Cəmiyyətinin prezidenti Dr. Cavid Əhmədbəyli EFP ALUMNI lahiyəsinin ilk və yeganə azərbaycanlı üzvüdür.

Link:

https://www.efp.org/newsupdate/efp-alumni-project-online-registration/

https://www.efp.org/education/alumni/index.php

Azərbaycanda 12 May Avropa Diş Əti Sağlamlığı Günü təntənəli qeyd olundu (15.05.2017) 

Ətraflı: https://www.perio.az/tedbirler-adsg2017

Azərbaycan Parodontologiya Cəmiyyəti Avropa Parodontologiya Federasiyasının üzvlüyünə qəbul olundu (04.04.2017)

Azərbaycan Parodontologiya Cəmiyyəti Avropa Parodontologiya Federasiyasının İspanyanın Santiago De Compostela şəhərində keçirilən Baş Assambleyasının Ümümi Yığıncağında 30-cu üzvü seçildi.

 

Bu tədbirdə ölkəmizi Azərbaycan Parodontologıya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə institutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli təmsil etdi.

 

Həmin Yığıncaqda Avropa Parodontologiya Federasiyasının İdarə Heyyəti üzvlərinin və təşkilata üzv olan 29 ölkənin Milli Parodontologiya Cəmiyyət təmsilcilərinə Azərbaycan Parodontologiya Cəmiyyətinin son illərdəki fəaliyyəti, ölkəmizdəki Parodontologiya sahəsindəki təhsilin, müalicə-profilaktik xidmətin təşkili və elmi tədqiqatlar haqqında hesabatı müzakirə olunduqdan sonra Cəmiyyətimiz Təşkilatın üzvlüyünə səs çoxluğu ilə qəbul olundu.

Ətraflı: 

http://www.efp.org/newsupdate/azerbaijan-perio-society-efp-30th-member/

http://www.efp.org/events/galleries/ga-santiago-2017/index.html

Maltada 3-4 Mart 2016 tarixlərində Avropa Parodontologiya Federasiyasının ''Peri-implantitlər: Etiologiyadan Müalicəyə'' mövzusunda 2-ci Perio Master Klinik Konfransı keçirildi. (07.03.2017)

3-4 Mart 2017-ci ildə Maltada Avropa Parodontologiya Federasiyasının və Türk Parodontologiya Cəmiyyətinin təşkilatçılığı ilə “Peri-implantitlər: etiologiyadan müalicəyə” mövzusunda klinisist mütəxəssislər üçün 2-ci Perio Master Klinik konfransı keçirilmişdir. Bu tədbirdə ölkəmizi Azərbaycan Parodontologıya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə institutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, t.ü.f.d. Cavid Əhmədbəylinin rəhbərliyi ilə implantologiya sahəsində Azərbaycanlı həkimlər təmsil etmişlər. Konfrasın gedişində Ispaniya, İsveçrə, Italiya, Türkiyə, Israil və Ukraynadan olan həmkarlar və Avropa Parodontologiya Federasiyasının rəhbərləri ilə bir çox görüşlər keçirilmiş, həmçinin Azərbaycan Parodontologıya Cəmiyyətinin bu təşkilat ilə mövcud əlaqələrinin inkişafı və perspektiv planları müzakirə edilmişdir.

Link: http://www.bizimyol.info/news/93532.html

2018

Azərbaycanda 12 may 2018-ci il tarixində Azərbaycan Parodontologiya Cəmiyyəti Avropa Parodontologiya Federasiyası ilə birqə və Səhiyyə Nazirliyinin dəstəyi ilə “Sağlam həyat sağlam diş əti ilə başlayır” şüarı altında keçirilən Diş Əti Sağlamlığı Günü təntənəli qeyd olundu.

Ətraflı: https://www.perio.az/diseti-saglamligi-gunu-2018

Viyanada Avropa Parodontologiya Federasiyasının Baş Assambleyası keçirildi

17 Mart 2018-ci il tarixində Viyanada, Avstriya Parodontologiya Cəmiyyətinin ev sahibliyi etdiyi Avropa Parodontologiya Federasiyasına üzv olan 30 ölkənin iştirakı ilə, federasiyanın Baş Assambleyası keçirildi. Bu tədbirdə ölkəmizi Azərbaycan Parodontologıya Cəmiyyətinin prezidenti Dr. Cavid Əhmədbəyli təmsil etdi. Avropa Parodontologiya Federasiyasının 2018-2019 il üzrə prezidenti İsveçrənin Bern Universitetindən Prof. Anton Sculean seçildi. Həmin yığıncaqda Avropa Parodontologiya Federasiyasının 2017-2018 illərdəki fəaliyyəti və əldə olunan nailiyyətlər, yaxın zamanda keçiriləcək EuroPerio9 beynəlxalq konfransı və Avropa Diş Əti Sağlamlığı Gününə hazırlıqların aparılması, yeni nəşlər, EFP Alumni, Perio & Caries, Oral Sağlamlıq & Hamiləlik kimi lahiyələr və qündəlikdə olan diğər vacib məsələlər müzakirə olundu. Yiğıncaqdan sonra Avropa Parodontologiya Federasiyasına üzv olan ölkə nümayəndələrinin şərəfinə Palais Ferstel Vienna Sarayında ziyafət təşkil olundu.

Link: https://www.efp.org/events/galleries/ga-vienna-2018/index.html

Dr. Cavid Əhmədbəyli Amsterdamda keçiriləcək EuroPerio9 Beynəlxalq Parodontologiya Konfransının PerioTalks sessiyasında məruzə ilə çıxış edəçək.

19-24 iyun 2018-ci il tarixlərində Amsterdamda Avropa Parodontologiya Federasiyasının təşkilatçılığı və ona üzv olan 30 ölkənin milli cəmiyyətlərinin həm-təşkilatçılığı ilə EuroPerio9 Beynəlxalq Parodontologiya Konfransı keçiriləcək. Həmin konfransın əsas auditoriyasında 20 iyun 2018 tarixində 13:30-15:30 saat arasında 30 ölkədən seçilmiş 8 məruzəçilər TEDx formatında PerioTalks sessiyasında çıkış edəçəklər. Həmin sessiyada ölkəmizi təmsil edən Azərbaycan Parodontologıya Cəmiyyətinin prezidenti Dr. Cavid Əhmədbəyli “Life experience changing national periodontology vision” mövzusunda məruzə ilə cıxış edəcək. Bu sessiyaya professional hazırlıq məqsədi ilə Viyanada 14 mart 2018-ci il tarixində EuroPerio9 konfransının təşkilat komitəsi və TEDx professional təlimçi Barbara Rogoski tərəfindən 8 məruzəçiyə xüsusi kurs keçirildi.

Link: https://www.efp.org/newsupdate/young-speakers-in-europerio9-perio-talks/

Azərbaycan Parodontologiya Cəmiyyəti “Peşakar tibbi birlik və assosiyasiyaların tibb elmi və ölkə səhiyyəsinin inkişafına cəlb edilməsi” konfransında təmsil olundu

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 19 dekabr 2018-ci il tarixində “Peşakar tibbi birlik və assosiyasiyaların tibb elmi və ölkə səhiyyəsinin inkişafına cəlb edilməsi” mövzusunda konfrans  təşkil etmişdir.  Tədbirdə peşəkar tibbi birlik və assosiyasiyaların səhiyyə sisteminin təkmilləşdirilməsi, səhiyyə siyasətinin formalaşmasında, həyata keçirilməsində və elmi tibbi yeniliklərin və nailiyyətlərin ölkədə tətbiqinin genişləndirilməsində rolunun gücləndirilməsi ətraflı müzakirə olunmuşdur. Konfransda respublikanın baş tibb mütəxəssisləri, 60-dan çox peşəkar tibbi birlik və assosiyasiaların nümayəndələri iştirak ediblər. Bu tədbirdə Azərbaycan Parodontologiya Cəmiyyəti təşkilatın prezidenti Dr. Cavid Əhmədbəyli tərəfindən təmsil olundu.

Bakıda EstePerio2018 3-cü Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqresi keçirildi

Bakıda 9-10 Noyabr 2018-ci il tarixlərində Azərbaycan Parodontologiya Cəmiyyətinin, Azərbaycan Estetik Stomatologiya Assosiasiyasının və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun birqə təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Avropa Parodontologiya Federasiyasının dəstəyi ilə EstePerio2018 3-cü Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqresi keçirildi. Holiday Inn Baku otelində keçirilən tədbirdə 350-dən çox yerli və xarici həkim, rezident və tələbə iştirakı etmişdir.

Link: http://www.perio.az/esteperio2018

EstePerio2018 1_edited.jpg

Ümumdünya Diabetlə Mübarizə Günü - 14 Noyabr 2018

Azərbaycan Parodontologiya Cəmiyyəti, Dünya Diabetlə Mübarizə Günü ilə bağlı Avropa Parodontologiya Federasiyası (EFP) və SUNSTAR tərəfindən təşkil olunan, Perio & Diabetes kampaniyasına qoşulur. Perio & Diabetes layihəsi, bu iki vacib xəstəliklə necə birlikdə mübarizə ediləcəyini, parodont xəstəlikləri və diabet arasında əhəmiyyətli əlaqəni ətraflı izah edir.

Link: http://www.efp.org/publications/projects/perioanddiabetes/overview/index.html

Screen Shot 2018-11-14 at 3.43.09 PM.jpg
Screen Shot 2018-11-14 at 3.45.04 PM.jpg

Ölkəmiz Gürcüstan Parodontologiya Assosiasiyası tərəfindən təşkil olunan PerioTbilisi2018 Beynəlxalq Konfransda təmsil olunmuşdur.

26-27 oktyabr 2018-ci il tarixlərində Gürcüstanın paytaxtı Tiflis şəhərində Gürcüstan Parodontologiya Assosiasiyasının təşkilatçılığı ilə PerioTbilisi2018 Beynəlxalq Parodontologiya Konfransı keçirilmişdir. Bu tədbirdə ölkəmiz, təşkilatçılar tərəfindən rəsmi dəvət olunan, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli tərəfindən təmsil olunmuşdur. Konfransın rəsmi açılış mərasimində Cavid Əhmədbəyli tədbir iştirakçılarına və beynəlxalq nümayəndələrə Azərbaycan Parodontologiya Cəmiyyətinin tarixi, son illərdə həyata keçirilən yerli və beynəlxalq fəaliyyətləri, Cəmiyyətin Avropa Parodontologiya Federasiyasında üzvlüyü və mühüm qlobal layihələrə verdiyi dəstəyi haqqında ətraflı məlumat vermişdir. Bu səfər sırasında Gürcüstan Parodontologiya Assosiasiyası və Azərbaycan Parodontologiya Cəmiyyəti ilə mövcud əlaqələrin inkişafı və perspektiv planları müzakirə edilmişdir. 

Parodont & Peri-implant Xəstəliklərin Yeni Beynəlxalq Təsnifatı nəşr olunmuşdur. 

Ətraflı: https://onlinelibrary.wiley.com/doi/epdf/10.1111/jcpe.12935

Screen Shot 2018-07-20 at 12.34.14 PM_edited.png

Amsterdamda Azərbaycanın da təmsil olunduğu EuroPerio9 beynəlxalq parodontologiya konfransı keçirildi.

20-23 iyun 2018-ci il tarixlərində Niderlandın paytaxtı Amsterdam şəhərində, Avropa Parodontologiya Federasiyasının (EFP) təşkilatcılığı və ona üzv olan 30 ölkənin Milli Parodontologiya Cəmiyyətlərinin həm-təşkilatcılığı ilə, EuroPerio9 9-cu beynəlxalq parodontologiya konfransı keçirilmişdir. 111 ölkədən 10232 həkim, tələbə, gigyenist və şirkət nümayəndələrinin qatıldığı bu tədbirdə EFP üzvü olan Azərbaycan Parodontologiya Cəmiyyəti də aktiv iştirak edərək dəstək vermişdir. Dünya nüfuzlu konfransda ölkəmizi Azərbaycan Parodontologıya Cəmiyyətinin idarə heyyəti üzvləri ilə yanaşı, ölkəmizdə və xariçi ölkələrdə fəaliyyət göstərən, habelə diplom sonrası təhsil alan 55 azərbaycanlı həkim təmsil etmişdir. Həmçinin, bu konfransda azərbaycanlı alimlər tərəfindən parodontologiya və implantologiya sahəsində aparılan 10-a yaxın tətqiqatların nəticələri şifahi və əyani təqdim olunmuşdur.

EuroPerio9 konfransının təntənəli rəsmi açılış mərasimi və ənənəvi EFP üzvü olkələrin bayraq paradı keçirilmişdir. Azərbaycan Parodontologiya Cəmiyyətinin 2017-ci ildə EFP-yə 30-cü üzv secilmiş olması səbəbi ilə ölkəmizin bayrağı bu tədbirdə ilk dəfə diğər üzv ölkələr ilə birlikdə dalğalanmışdır. Bayrağımızı Azərbaycan Parodontologıya Cəmiyyətinin prezidenti Dr. Cavid Əhmədbəyli qaldırdı. 

20 iyun 2018-ci il tarixində konfransın əsas auditoriyasında TEDx formatında EFP Alumni - PerioTalks sessiyası keçirilmişdir. Həmin sessiyada 30 ölkədən 8 seçilmiş məruzəçidən biri olan Dr.Cavid Əhmədbəyli “Life experience changing national periodontology vision” mövzusunda məruzə ilə cıxış etmişdir.

21 iyun 2018-ci il tarixində EFP üzvü Milli Parodontologiya Cəmiyyətlərinin və diğər Beynəlxalq Stomatoloji Təşkilatların təmsil olunduğu EuroPerio9 EFP Village xüsusi sərgi sahəsində Azərbaycan Parodontologiya Cəmiyyətinin baş katibi və EuroPerio9 Konqresində Azərbaycan Nümayəndəsi Dr. Rövşən Məmmədov konfrans iştirakçılarına Cəmiyyətimiz haqqında ətraflı məlumat verərək məruzə ilə çıxış etmişdir. 

 

22 iyun 2018-ci il tarixində EFP üzvü Milli Parodontologiya Cəmiyyətlərinin xanım üzvlərinin dəvət olunduğu “Women in Perio” xüsusi sessiyası keçirilmişdir. Azərbaycan Parodontologıya Cəmiyyətinin 10-a yaxın xanım üzvlərinin iştirak etdiyi bu tədbirdə, qadınların stomatologiyada və təşkilatlarda xüsusi rolu, həmçinin, onların EFP-nin gələcək fəaliyyətlərində iştirak imkanları müzakirə olunmuşdur.

23 iyun 2018-ci il tarixində EFP üzvü Milli Parodontologiya Cəmiyyətlərinin Sosial Media nümayəndələrinin toplantısı keçirilmişdir. Cəmiyyətimizi Dr. Vəfa Quliyeva və Dr. Leyla Nadirova təmsil etdikləri bu toplantıda, sosial medianin əhəmiyyəti, həmçinin EFP və Milli Parodontologiya Cəmiyyətlərinin müxtəlif sosial media platformarında yeniliklər, tədbirlər və insanların diş əti sağlamlığı haqqında ətraflı məlumatlandırılması kimi movzular müzakirə olunmuşdur. Həmin gün, EFP-nin Milli Parodontologiya Cəmiyyətləri arasında keçirdiyi 1-ci Foto Müsabiqənin (https://www.perio.az/efp-foto-musabigesi) müxtəlif kateqoriyalar üzrə qalibləri təqdim olundu. 

 

Azərbaycan Parodontologıya Cəmiyyətinin Prezidenti Dr. Cavid Əhmədbəyli, Vitse-prezidenti Dr. Aslan Məmmədov, Baş katibi və EuroPerio9 Konqresində Azərbaycan Nümayəndəsi Dr. Rövşən Məmmədov konfrasın gedişində EFP-nin üzvü olan bəzi ölkələrin (İspaniya, İtaliya, Türkiyə, İsrail, Ukrayına, Rusya və s.) parodontologiya cəmiyyəti nümayəndələri və EFP-nin rəhbər organlarındakı məsul şəxslərlə bir çox görüşlər keçirmiş və Azərbaycan Parodontologıya Cəmiyyətinin EFP-yə üzvlüyünün əhəmiyyəti və bu kimi tədbirlərin Azərbaycanda təşkil edilməsinin perspektiv imkanlarını müzakirə etmişdir. 

EuroPerio9 konfransının təntənəli bağlanış mərasimindən sonra Azərbaycan Parodontologıya Cəmiyyətinin üzvləri ACTA (Academic Centre for Dentistry Amsterdam) universitetini ziyarət edərək klinikanın fəaliyyəti və yeni texnologiyalar ilə taniş oldular.

 

Növbəti  EuroPerio10 Beynəlxalq Parodontologiya Konfransının 2-5 İyun 2021-ci il tarixlərində Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilməsinə qərar verilmişdir.

Rusiya Parodontologiya Assosiasiyası və Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Univerirsiteti tərəfindən dəvət olunan Dr. Cavid Əhmədbəyli, Beynəlxalq Parodontoloji Konfransda məruzə ilə çıxış etmiştir.

15-17 may 2018-ci il tarixlərində Rusiyanın Sankt-Peterburq  şəhərində Rusiya Stomatoloji Assosiasiyası, Rusiya Parodontologiya Assosiasiyası və Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universitetinin həm-təşkilatçılığı ilə ‘’Parodontologiyanın seçilmiş məsələləri’’ mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. Konfrans Rusiya Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil üzrə akkreditasiya olunmuşdur. 

 

Bu tədbirdə ölkəmizi, təşkilatçılar tərəfindən rəsmi dəvət olunan, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli və Azərbaycan  Estetik Stomatologiya Assosiasiyasının sədri, Azərbaycan Tibb Universitetinin terapevtik stomatologiya kafedrasinın dosenti, tibb üzrə fəlsəfə doktoru Ramiz Əhmədbəyli  təmsil etmişdilər.

 

Konfransın və sərginin rəsmi açılış mərasimində Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov, Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universitetinin prorektoru Prof. Andrey Yaremenko, Rusiya Stomatoloji Assosiasiyasının Prezidenti Prof. Vladimir Sadovskiy və Rusiya Parodontologiya Assosiasiyasının Prezidenti Prof. Lyudmila Orexova iştirak etmişlərdir.

 

Beynəlxalq konfransda Dr. Cavid Əhmədbəyli “Diş əti çəkilmələrinin müasir cərrahi müalicəsi” mövzusunda məruzə ilə çıxış etmişdir. Həmin məruzə konfrans iştirakçıları tərəfindən böyük maraq ilə qarşılanmışdı və interaktif diskusiyaların aparılması ilə nəticələnmişdir.

 

Konfransın gedişində Estoniya, Macarıstan  və Rusiyanın müxtəlif şəhərlərindən olan məruzəçilər və həmkarlar ilə, həmçinin Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universitetinin rəsmi ziyarəti sırasında universitetin rəhbərliyi ilə bir çox görüşlər keçirilmişdir. Bu görüşlər sırasında həmin universitet ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Azərbaycan Tibb Universiteti ilə, həmçinin Rusiyə Parodontologiya Assosiasiyası və Azərbaycan Parodontologiya Cəmiyyəti ilə mövcud əlaqələrin inkişafı və perspektiv planları müzakirə edilmişdir. Təşkilatçılara 2018-ci ilin noyabrında Azərbaycan Parodontologiya Cəmiyyəti və Azərbaycan Estetik Stomatologiya Assosiasiyası tərəfindən Bakıda keçiriləcək “EstePerio2018” 3-cü Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqresi haqqında məlumat verilmişdir.

 

Konfransın rəsmi nümayəndələri üçün Mixaylovskiy teatrında tamaşa və gəmidə yeməkli  ekskursiyadan ibarət rəsmi ziyafət gecəsi təşkil olunmuşdur.

2019

Azərbaycan Parodontologiya Cəmiyyətinin vitse-prezidenti Dr. Rövşən Məmmədov EuroPerio10 Ambassadorlar toplantısında ölkəmizi təmsil etmişdir.

Azərbaycan Parodontologiya Cəmiyyətinin vitse-prezidenti Dr. Rövşən Məmmədov Avropa Parodontologiya Federasiyasının təşkilatçılığı ilə keçiriləcək EuroPerio10 Beynəlxalq Parodontologiya konfransına hazırlıqlar məqsədi ilə 29 noyabr 2019-ci il tarixində Kopenhagen şəhərində Ambassadorlar toplantısında ölkəmizi təmsil etmişdir. EuroPerio10 konfransının Təşkilat Komitəsinin və 37 ölkənin nümayəndələrinin iştirak etdiyi bu tədbirdə konfrans ilə əlaqədar vacib məsələlər ətraflı müzakirə olunmuşdur. 

Rusiya Parodontologiya Assosiasiyası və Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universiteti tərəfindən dəvət olunan Azərbaycan Parodontologiya Cəmiyyətinin vitse-prezidenti Dr. Aslan Məmmədov Beynəlxalq Konfransda məruzə ilə çıxış etmiştir.

23 oktyabr 2019-ci il tarixində Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya Stomatoloji Assosiasiyası, Rusiya Parodontologiya Assosiasiyası və Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universitetinin həm-təşkilatçılığı ilə  “Parodont xəstəliklərinin diaqnostikasında, müalicəsində, profilaktikasında, estetik və funksional reabilitasiyasında interdissiplinar yanaşma” mövzusuna həsr olunmuş ‘’Şimal paytaxtın stomatologiyası’’ adlı beynəlxalq konfrans keçirilmişdir. Konfrans Rusiya Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil üzrə akkreditasiya olunmuşdur. Bu tədbirdə təşkilatçılar tərəfindən rəsmi dəvət olunan Azərbaycan Tibb Universitetinin ortopedik stomatologiya kafedrasının əməkdaşı, Azərbaycan Parodontologiya Cəmiyyətinin vitse-prezidenti & Avropa Parodontologiya Federasiyasında Azərbaycan nümayəndəsi, tibb üzrə fəlsəfə doktoru Aslan Məmmədov “İmplantologiyada yumuşaq və sərt toxumaların rekonstruksiyası ilə estetikanin təkmilləşdirməsi” mövzusunda məruzə ilə çıxış etmişdir. Həmin məruzə konfrans iştirakçıları tərəfindən böyük maraq ilə qarşılanmışdı və interaktif diskusiyaların aparılması ilə nəticələnmişdir.

Moskva Mərkəzi Elmi-Tədqiqat Stomatologiya & Üz-çənə Cərrahiyyəsi İnstitutu tərəfindən dəvət olunan Dr. Cavid Əhmədbəyli Beynəlxalq Konfransda məruzə ilə çıxış etmişdir.

25 oktyabr 2019-ci il tarixində Rusiyanın Moskva şəhərində Mərkəzi Elmi-Tədqiqat Stomatologiya & Üz-çənə Cərrahiyyəsi İnstitutu və Rusiya Stomatoloji Assosiasiyasının həmtəşkilatçılığı ilə “Parodontologiya və İmplantologiyada yumşaq və sərt toxumaların reqenerasiyası: müasir cərrahi və estetik aspektlər” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. Konfrans Rusiya Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil üzrə akkreditasiya olunmuşdur. 

 

Bu tədbirdə təşkilatçılar tərəfindən rəsmi dəvət olunan Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli “Diş əti çəkilmələrinin müasir parodontoloji cərrahiyyəsi: kliniki praktikada müvəfəqiyyət amilləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Həmin məruzə konfrans iştirakçıları tərəfindən böyük maraq ilə qarşılanmışdı və interaktif diskusiyaların aparılması ilə nəticələnmişdir.


Mərkəzi Elmi-Tədqiqat Stomatologiya & Üz-çənə Cərrahiyyəsi İnstitutunun ziyarəti sırasında qurumun rəhbərliyi ilə bir sıra görüşlər keçirilmişdir, həmin institut ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Azərbaycan Parodontologiya Cəmiyyəti ilə mövcud əlaqələrin inkişafı və perspektiv planları, müştərək elmi tədqiqatların aparılması və tədbirlərin keçirilməsi müzakirə edilmişdir.

İran Parodontologiya Akademiyasını tərəfindən dəvət olunan Dr. Cavid Əhmədbəyli Beynəlxalq Parodontologiya Konfransında məruzə ilə çıxış etmiştir və stomatologiya üzrə beynəlxalq jurnalın redaksiya şurasına daxil edilmişdir.

8-11 oktyabr 2019-ci il tarixlərində İranın Tehran şəhərində İran Parodontologiya Akademiyasının təşkilatçılığı ilə 19-cu beynəlxalq parodontologiya konqressi keçirilmişdir. Bu tədbirdə təşkilatçılar tərəfindən rəsmi dəvət olunan Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli ''Management of Gingival Recessions in Clinical Practice: Key factors'' mövzusunda məruzə ilə çıxış etmişdir.

 

Təşkilatçılar və konfrans iştirakçıları tərəfindən interaktif diskusiyaların aparılması ilə nəticələnən və böyük maraq ilə qarşılanan həmin məruzədən sonra Tehran və Təbriz Tibb Üniversitesinin rəhbərliyi ilə bir sıra görüşlər keçirilmişdir, həmin universitetlər ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Azərbaycan Parodontologiya Cəmiyyəti ilə mövcud əlaqələrin inkişafı, müştərək elmi tədqiqatların aparılması və elmi tədbirlərin keçirilməsinə qərar verilmiştir.

Həmçinin, Cavid Əhmədbəyli Təbriz Tibb Universitetinin və İran Parodontologiya Akademiyasının rəsmi nəşri olan ‘’Journal of Advanced Periodontology and Implant Dentistry‘’ jurnalının (https://japid.tbzmed.ac.ir) redaksiya şurasına daxil edilmişdir. Bu elmi jurnal parodontologiya və implantologiya sahəsi üzrə kliniki, biyoloji, mikrobioloji və immunoloji orijinal tədqiqatları və sistematik icmalları əhatə edir.

Parodontologiya ixtisası Azərbaycanda rəsmi olaraq təsdiq olunmuşdur.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”na  Parodontologiya ixtisası (060944, 3 il) əlavə olunaraq rəsmi olaraq təsdiq olunmuşdur.

http://e-qanun.az/framework/41781

http://www.efp.org/newsupdate/perio-recognition-azerbaijan/

Azərbaycanda 12 may 2019-ci il tarixində Azərbaycan Parodontologiya Cəmiyyətinin təşkilatçılığı və Səhiyyə Nazirliyinin dəstəyi ilə “Sağlam diş əti ilə gözəl təbəssüm” şüarı altında Diş Əti Sağlamlığı Günü qeyd olundu.

Ətraflı: https://www.perio.az/disetisaglamligigunu

IMG_1760.jpg

İsveçrədə Avropa Parodontologiya Federasiyasının Baş Assambleyası keçirildi

29-30 Mart 2019-ci il tarixində Bern şəhərində, İsveçrə Parodontologiya Cəmiyyətinin ev sahibliyi etdiyi Avropa Parodontologiya Federasiyasına (EFP) üzv olan 30 ölkənin iştirakı ilə federasiyanın Baş Assambleyası keçirildi. Bu tədbirdə ölkəmiz Azərbaycan Parodontologıya Cəmiyyətinin prezidenti Dr. Cavid Əhmədbəyli və EFP-də Azərbaycan Nümayəndəsi (EFP Delegate), Cəmiyyətin vitse-prezidenti Dr. Aslan Məmmədov tərəfindən təmsil olundu. 

 

Baş Asambleyadan öncə EFP-ə üzv olan 30 ölkə nümayəndələri ilə, dünyanın ən prestijli təhsil qurumlarından biri olan, Bern universitetinin (UniBern) Stomatologiya Mərkəzini ziyarət edildi, buradaki müasir fantom və pasient klinikalarını ilə yanaşı universitetin tədqiqat laboratoriyaları və elmi fəaliyyəti haqqında ətraflı məlumat verildi. EFP prezidenti Prof. Anton Sculean’ın təşəbbüsü ilə, ölkə nümayəndələri İsveçrə parlamentinə dəvət olundular. Ziyarət sırasında Parlament və ölkənin idarə olunma xüsusiyyətləri haqqında ətrafli məlumat verildi. Təqdimatdan sonra Cəmiyyətlərin rəsmi nümayəndələrinin şərəfinə parlamentdə rəsmi ziyafət verildi.

 

EFP-nin Baş Asambleya yığıncağında EFP və ona üzv olan 30 ölkə Cəmiyyətlərinin 2018-2019 illərdəki fəaliyyəti və əldə olunan nailiyyətlər, 12 may Diş Əti Sağlamlığı Günü maarifləndirmə gününə; 2020-ci ildə Dublin’də Perio Master Clinic və 2021-ci ildə Kopengagendə keçiriləcək EuroPerio10 beynəlxalq konfranslarına aid hazırlıqlar; Diş əti xəstəliklərin yeni beynəlxalq təsnifatı, Perio & Cardio kimi yeni layihələr və qündəlikdə olan diğər vacib məsələlər müzakirə olundu. EFP-nin 2019-2020 illəri üzrə prezidenti İtaliyanın Piza Universitetinin professoru Filippo Graziani seçildi.

Beynəlxalq Endokrinologiya Konfransında Azərbaycan Parodontologiya Cəmiyyəti tərəfindən diş əti xəstəlikləri və şəkərli diabet əlaqəsi geniş məruzə şəklində təqdim olundu.

23 fevral 2019-ci il tarixində Hyatt Regency Baku hotelində Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının təşkilatçılığı ilə ‘’Şəkərli Diabet’’ mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. 250 həkim-mütəxəssisin iştirak etdiyi bu tədbirin xarici məruzəçiləri Prof. Antonio Ceriello (İtalya) və Prof. Eberhard Standl (Almanya)  aktual mövzulara toxunaraq, endokrinologiya sahəsindəki müasir problemlər barədə fikir mübadiləsi apardılar. Həmçinin, bu konfransa təşkilatçılar tərəfindən dəvət olunan Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli ‘’Diş əti xəstəlikləri & Şəkərli Diabet: Vacib Məqamlar’’ mövzusunda məruzə ilə cıxış etdi. Bu məruzədə endokrinoloqlara parodontologiyanın aktual məsələləri, diş əti xəstəliklərinin yayılması, diaqnostikası, müalicəsi və profilaktikasının müasir səviyyəsi, Avropa Parodontologiya Federasiyasının Perio & Diabetes layihəsi, diş əti xəstəlikləri və şəkərli diabet arasında əhəmiyyətli əlaqə və bu iki xroniki xəstəliklərə qarşı nə şəkildə mübarizə aparılması haqqında ətraflı məlumat verilmiştir. 

2020

Azərbaycan Parodontologiya Cəmiyyəti və Avropa Parodontologiya Federasiyası arasında onlayn toplantı keçirildi.

6 dekabr 2020-ci il tarixində Azərbaycan Parodontologiya Cəmiyyəti və Avropa Parodontologiya Federasiyası arasında onlayn toplantı keçirildi. Avropa Parodontologiya Federasiyasının prezidenti professor Xavier Struillou, Federasiyanın Avropa əlaqələndirici koordinatoru Monica Guinea, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Dr.Cavid Əhmədbəyli, Avropa Parodontologiya Federasiyasında Azərbaycan nümayəndəsi Dr.Aslan Məmmədov və EuroPerio10 konqresində Azərbaycan nümayəndəsi Dr.Rövşən Məmmədovun iştirakı ilə çox səmərəli keçirilən bu toplantıda, Azərbaycan Parodontologiya Cəmiyyətinin üzvü olduğu Federasiya ilə mövcud olan yüksək səviyyəli tərəfdaşlıq və gələcək əməkdaşlığın dərinləşdirilməsinin aspektləri ətraflı müzakirə olundu.

Avropa Parodontologiya Federasiyasının Onlayn Baş Assambleyası keçirildi.

3 oktyabr 2020-ci il tarixində İtaliyanın Pisa şəhərində keçirilməsi nəzərdə tutulan Avropa Parodontologiya Federasiyasının (EFP) Baş Assambleyası pandemiya səbəbilə Federasiyaya üzv olan 37 ölkənin iştirakı ilə onlayn formatda keçirildi. Bu tədbirdə ölkəmiz Azərbaycan Parodontologıya Cəmiyyətinin prezidenti Dr.Cavid Əhmədbəyli, Avropa Parodontologiya Federasiyasında Azərbaycan Nümayəndəsi (EFP Delegate) Dr.Aslan Məmmədov, Layihələr Koordinatoru Dr.Hənifə Musayeva, EuroPerio10 Konqresində Azərbaycan Nümayəndəsi Dr.Rövşən Məmmədov və Tədbirlər Koordinatoru Dr.Leyla Nadirova tərəfindən təmsil olundu.

Azərbaycanda 12 may 2020-ci il tarixində Azərbaycan Parodontologiya Cəmiyyətinin təşkilatçılığı və Səhiyyə Nazirliyinin dəstəyi ilə “Qanayan diş ətinə yox deyin” şüarı altında Beynəlxalq Diş Əti Sağlamlığı Günü qeyd olundu.

Ətraflı: www.perio.az/disetisaglamligigunu

BANNER_CORONA_01 with Logo.jpg

Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Dr.Cavid Əhmədbəyli Dublində EFP Perio Master Klinik konfransında ölkəmizi təmsil etmişdir.

Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Dr.Cavid Əhmədbəyli 6-7 Mart 2020-ci ildə İrlandiyanın paytaxtı Dublində Avropa Parodontologiya Federasiyasının və İrlandiya Parodontologiya Cəmiyyətinin təşkilatçılığı ilə “Dişlər və implantlar ətrafında estetik sərt və yumuşaq toxuma rekonstruksiyası” mövzusunda klinisist mütəxəssislər üçün 3-ci Perio Master Klinik konfransında iştirak etmişdir.

Konfrasın gedişində müxtəlif ölkələrdən olan həmkarlar və Avropa Parodontologiya Federasiyasının rəhbərləri ilə bir çox görüşlər keçirilmiş, həmçinin Azərbaycan Parodontologıya Cəmiyyətinin bu təşkilat ilə mövcud əlaqələrinin inkişafı və perspektiv planları müzakirə edilmişdir.

https://www.efp.org/periomasterclinic/2020/index.html

2021

Azərbaycan Parodontologiya Cəmiyyətinin üzvü olduğu Avropa Periodontologiya Federasiyası təsis edilməsinin 30 illik yubileyini qeyd edir.

Avropa Parodontologya Federasiyası tibbin parodontologiya sahəsi üzrə elmi və diş əti sağlamlığının əhəmiyyətini təbliğ edən, əsas şuarı “daha yaxşı həyat üçün sağlam diş əti” olan nüfuzlu beynəlxalq təşkilatıdır. 1991-ci ildə təsis edilən Federasiya dünyada və Avropa qitəsində 16 000-ə yaxın ağız boşluğu sağlamlığı mütəxəssislərinin və alimlərinin üzv olduğu 37 milli parodontologiya cəmiyyətini özündə cəmləşdirir. Federasiya maarifləndirməni elmi sübutlara əsaslandırılmış və ictimai maraq kəsb edən mövzularda həkimləri və ictimaiyyətin müxtəlif təbəqələrini əhatə edən tədbirlər və kampaniyalar vasitəsilə həyata keçirir. Kliniki və elmi parodontologiyanın inkişafı EuroPerio beynəlxalq parodontologiya konqresi; Journal of Clinical Periodontology elmi jurnalı; nüfuzlu universitetlərdə parodontologiya ixtissası üzrə akkreditə olunmuş rezidentura proqramı; ictimaiyyət arasında diş əti sağlamlığının təbliğatı isə 12 May Diş əti Sağlamlığı Günü maarifləndirmə tədbiri kimi fəaliyyyətlər Avropa Parodontologiya Federasiyası və onu üzvü olan milli parodontologiya cəmiyyətləri tərəfindən həyata keçirilir.

Ətraflı: https://www.efp.org/news-events/news/efp-celebrates-30-years-of-promoting-periodontal-health-30689/

EFP 30

Azərbaycan Parodontologiya Cəmiyyətinin Avropa Parodontologiya Federasiyası və Gürcüstan Parodontologiya Cəmiyyəti ilə görüşü keçirilib.

Avropa Parodontologiya Federasiyasının prezidenti Lior Shapira (İsrail), Federasiyanın Avropa əlaqələndirici koordinatoru Monica Guinea (İspanya), Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli, Avropa Parodontologiya Federasiyasında Azərbaycan nümayəndəsi Aslan Məmmədov, EuroPerio konqresində Azərbaycan nümayəndəsi Rövşən Məmmədov, Gürcüstan Parodontologiya Cəmiyyətinin prezidenti Tatia Rokhvadze, Avropa Parodontologiya Federasiyasında və EuroPerio konqresində Gürcüstan nümayəndəsi Lali Kochiashvilinin iştirakı ilə onlayn formatda keçirilən toplantıda mövcud olan yüksək səviyyəli tərəfdaşlıq, gələcək əməkdaşlığın genişləndirilməsi və gündəlikdə olan diğər vacib məsələlər müzakirə olunub.

 

Avropa Parodontologiya Federasiyasının prezidenti Lior Shapira tərəfindən 2021-ci ildə Federasiyanın nəşri olan Journal of Clinical Periodontology jurnalının stomatologiya sahəsində ən yüksək impakt faktorlu statusa yüksəlməsi; 12 may Diş əti sağlamlığı gününün 50-dən çox ölkədə uğurla keçirilməsi; EFP PerioWebinar, PerioTalks və EuroPerio virtual tədbirlər silsiləsinin keçirilməsi; 2022-ci ildə Kopenhagendə keçiriləcək EuroPerio10 beynəlxalq konfranslarına aid hazırlıqlar; dünya nüfuzlu Economist jurnalında ‘’Time to take gum disease seriously: The societal and economic impact of periodontitis’’ dünya mətbuatını və ictimaiyyətini məlumatlandıran məqalənin nəşr olunması və digər yeniliklər haqqında məlumat verilmişdir.

 

Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli Cəmiyyətin ölkəmizdə və Federasiyası nəzdində son illərdəki fəaliyyəti və əldə olunan nailiyyətlər; parodontologiya ixtisasının dövlət tərəfindən təsdiq olunması; ali təhsil qurumlarında parodontologiya ixtisası üzrə rezidentura programının, davamlı tibbi təhsildə parodontologiya və implantologiya üzrə tədrisin, ağız boşluğu sağlamlığı mütəxəssislərinin sertifikasiyasının müasir tələblərlə uyğun yenilənməsi, həmçinin ‘’Parodont və peri-implant xəstəliklərinin klinika, diaqnostika və müalicəsi‘’ & ‘’Parodontitin konservativ, cərrahi və dəstəkləyici müalicəsi‘’ üzrə rəhbərliklər, parodont və peri-implant xəstəliklərinin yeni beynəlxalq təsnifatı, maarifləndirmə kampaniyaları (Perio&Caries, Perio&Diabet, Perio&Cardio, Oral Health & Pregnancy) kimi nəşrlərinin Azərbaycan dilində tərtib edilməsi, Cəmiyyətin təklifləri və gələcək fəaliyyətləri haqqında ətraflı məlumatlandırdı.

PERIOAZ-EFP Meeting 2021

Azərbaycanda 12 may 2021-ci il tarixində Avropa Parodontologiya Federasiyasının təşəbbüsü, Azərbaycan Parodontologiya Cəmiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə “Diş əti xəstəliklərinin qarşısı alına bilər” şüarı altında Beynəlxalq Diş Əti Sağlamlığı Günü kimi qeyd olundu. .

Ətraflı: www.perio.az/disetisaglamligigunu

bottom of page