Dişlər və implantlar ətrafında sümük toxumasının qorunması və bərpası
23 Dekabr 2017
Bakı, Azərbaycan
Bakıda 23.12.2017 tarixində Azərbaycan Parodontologiya Cəmiyyəti və Geistlich Biomaterials şirkətinin təşkilatçılığı ilə Uzm. Dr. Cavid Əhmədbəyli və Dr. Şəbnəm Muradova tərəfindən ''Dişlər və implantlar ətrafında sümük toxumasının qorunması və bərpası'' üzrə seminar & master-klass keçirildi.
Seminarda məruzəçilər tərəfindən praktik həkimlərə diş çəkim boşluğunun qorunması, vertikal & horizontal aqumentasiya, sinus-liftinq, parodontitlər və peri-implantitlərin cərrahi müalicəsində müasir cərrahi texnikalar ilə biomaterialların istifadəsi haqqında ətraflı məlumat verildi.
Master-klass sırasında iştirakçılar diş çəkimindən sonra boşluğun qorunması və implant öncəsi hazırlıqların aparılmasını qoyun başlarında Geistlich biomaterialları istifadə edərək öz praktik biliklərini artırdılar.
Şəkillər
Şəkilləri böyütmək üçün şəklin üzərinə klikləyin.