Nəşrlər

Avropa Parodontologiya Federasiyasının və Azərbaycan Parodontologiya Cəmiyyətinin rəsmi nəşridir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısına daxil edilmiş, parodontologiya və implantologiya üzrə nüfuzlu elmi-tətqiqat jurnaldır. Jurnaldan tam mətn məqalələri sadəcə Azərbaycan Parodontologiya Cəmiyyətin Avropa Parodontologiya Federasiyasının saytındaki on-line üzvləri əldə edə bilirlər.

Stomatologiya, parodontologiya və implantologiya üzrə praktik və elmi fəaliyyətlə məşğul olan həkimlər üçün nəzərdə tutulub və ''Journal of Clinical Periodontology'' elmi-tətqiqat jurnalında nəşr olunan yeni elmi araşdırma nəticələrinin qısa xülasəsindən ibarətdir

Avropa Parodontologiya Federasiyası stomatologiya, parodontologiya və implantologiya üzrə praktik və elmi fəaliyyətlə məşğul olan həkimlər üçün nəzərdə tutulan nəşridir. Bu nəşr dünyanın aparıcı mütəxəssislərinin parodontologiya mövzusunda əsas və aktual məsələlərini ətraflı əhatə edən məqalələrini, həmçinin Kliniki Parodontologiya Jurnalında (JCP) dərc edilən son tədqiqatların xülasəsini təqdim edir.

Avropa Parodontologiya Federasiyasının və təşkilata üzv olan 30 ölkənin Milli Parodontologiya Cəmiyyətlərinin fəaliyyətləri, həmçinin digər əhəmiyyətli xəbərlərdən ibarət bülletendir və ildə üç dəfə nəşr olunur.
