top of page
EFP

Azərbaycan Parodontologiya Cəmiyyəti Avropa Parodontologiya Federasiyasının üzvüdür. Cəmiyyət üzvləri Avropa Parodontologiya Federasiyasının bütün üzvlük üstünlüklərindən faydalana bilərlər.  http://www.efp.org/efp-societies/index.php

ÜZVLÜK ÜSTÜNLÜKLƏRİ

1. Azərbaycan Parodontologiya Cəmiyyəti tərəfindən təşkil olunan tədbirlərdə PERIOAZ Member olaraq qeydiyyat öncəliyi və güzəştli qeydiyyat hüququEstePerio Beynəlxalq Konqresı, Seminarlar, Kurslar, Parodontologiya Kurikulumu. Bütün bu tədbirlər AR Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunur və bu tədbirlərdə iştirak edən həkimlər Davamlı Tibbi Təhsil kreditləri əldə edirlər. https://www.perio.az/tedbirler

 

2. Avropa Parodontologiya Federasiyasının Federasiyaya üzv olan 38 ölkənin Parodontologiya Cəmiyyətləri tərəfindən təşkil olunan tədbirlərdə PERIOAZ Member olaraq qeydiyyat öncəliyi və güzəştli qeydiyyat hüququ. Bütün bu tədbirlər təşkilatçılar tərəfindən akkreditasiya olunur və bu tədbirlərdə iştirak edən həkimlər Davamlı Tibbi Təhsil kreditləri əldə edirlər. https://www.efp.org/news-events/upcoming-events-from-efps-member-societies/

 

3. Avropa Parodontologiya Federasiyasının təşkil etdiyi tədbirlərdə PERIOAZ Member olaraq qeydiyyat öncəliyi və güzəştli qeydiyyat hüququ: EuroPerio International Congress, EFP Perio Master Clinic, EFP Virtual Perio Sessions. Bütün bu tədbirlər Avropa Parodontologiya Federasiyası tərəfindən akkreditasiya olunur və bu tədbirlərdə iştirak edən həkimlər Davamlı Tibbi Təhsil kreditləri əldə edirlər.  https://www.efp.org/news-events/

 

4. Avropa Parodontologiya Federasiyasının saytında (EFP.org) Members bölməsində fərdi hesap və EFP Member olaraq Federasiyanın bütün onlayn üzvlük üstünlüklərindən faydalanma hüququ. https://www.efp.org/members/index.html

5. Avropa Parodontologiya Federasiyasının rəsmi nəşri Journal of Clinical Periodontology, parodontologiya və implantologiya sahəsində yüksək impakt faktorlu elmi-tədqiqat jurnalına onlayn abunəlik və tam mətn məqalələrin PDF olaraq əldə olunma hüququ.  https://onlinelibrary.wiley.com/journal/1600051x

ÜZVLÜK HAQQI

Azərbaycan Parodontologiya Cəmiyyətində & Avropa Parodontologiya Federasiyasında illik üzvlük haqqı + Journal of Clinical Periodontology jurnalında onlayn abunəlik (2024): 150 AZN

İLKİN ÜZVLÜK MÜRACİƏTİ

Azərbaycan Parodontologiya Cəmiyyəti üzvlüyünə ilk dəfə müraciət edən Həkimlər tərəfindən üzvlük anketininin bütün xanalarının tam doldurularaq imzalanması və PDF formatında şəxsiyyət vəsiqəsi ilə birlikdə info@perio.az ünvanına e-mail olaraq göndərilməsi, həmçinin illik üzvlük haqqının onlayn ödənilməsi tələb olunur. Üzvlük haqqının 3D Secure Sistemini dəstəkləyən Visa və ya MasterCard kartları ilə onlayn ödənilməsi mümkündür. Üzvlük müraciətini edərək, Qaydalar və Şərtləri qəbul edirsiniz və əməl etməyə razılıq verirsiniz.

ÜZVLÜYÜN YENİLƏNMƏSİ

Azərbaycan Parodontologiya Cəmiyyəti üzvlüyünün yenilənməsi üçün Həkimlər tərəfindən illik üzvlük haqqının onlayn ödənilməsi tələb olunur. Üzvlük haqqının 3D Secure Sistemini dəstəkləyən Visa və ya MasterCard kartları ilə onlayn ödənilməsi mümkündür. Üzvlük yenilənməsi müraciətini edərək, Qaydalar və Şərtləri qəbul edirsiniz və əməl etməyə razılıq verirsiniz. Azərbaycan Parodontologiya Cəmiyyətinin və Avropa Parodontologiya Federasiyasının bütün üzvlük üstünlüklərindən tam faydalanmaq üçün illik üzvlük və jurnalda onlayn abunəlik haqqı cari ilin 15 fevral tarixinə qədər tam odənilməlməsi xahiş olunur. 

bottom of page