Afinada Azərbaycan Parodontologiya Cəmiyyətinin iştirakı ilə Avropa Parodontologiya Federasiyasının Baş Assambleyası keçirildi
20–21 mart 2026-cı il tarixlərində Yunanıstanın paytaxtı Afina şəhərində Avropa Parodontologiya Federasiyasına üzv olan 45 ölkənin iştirakı ilə Federasiyanın illik Baş Assambleyası keçirilmişdir.
Tədbirdə ölkəmiz Azərbaycan Parodontologiya Cəmiyyətinin İdarə Heyətinin prezidenti Cavid Əhmədbəyli və Cəmiyyətin İdarə Heyətinin vitse-prezidenti, eyni zamanda ölkəmizin Federasiyadakı nümayəndəsi Aslan Məmmədov tərəfindən təmsil olunmuşdur.
Assambleyanın gündəliyində əsas müzakirə mövzularından biri 2026-cı ilin 6–7 mart tarixlərində Bakı şəhərində, Bakı Konqres Mərkəzində Avropa Parodontologiya Federasiyası və Azərbaycan Parodontologiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə regionda ilk dəfə keçirilən “EFP Perio Master Clinic 2026” konqresi olmuşdur.
Konqresin Təşkilat Komitəsinin sədri Cavid Əhmədbəyli Federasiyanın İcraiyyə Komitəsinə və ölkə nümayəndələrinə təqdim etdiyi hesabatda qeyd etmişdir ki, tədbirdə 35-dən çox dünya şöhrətli alim və mütəxəssis iştirak etmiş, 56 ölkədən 800-ə yaxın yerli və xarici stomatologiya mütəxəssisi və alim bir araya gələrək konfransın yüksək səviyyədə və çox uğurla keçirilməsinə töhfə vermişdir. Tədbir Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən davamlı peşəkar inkişaf üzrə akkreditasiya olunmuşdur. Bununla yanaşı, konqres müddətində stomatologiya sahəsində dünyanın 13 nüfuzlu şirkətinin təmsil olunduğu sərgi təşkil edilmişdir. Avropa Parodontologiya Federasiyasının təşəbbüsü olan Diş Əti Sağlamlığı Günü çərçivəsində 5 mart tarixində, konfransdan əvvəl Bakı Konqres Mərkəzinin qarşısında xüsusi qurulmuş çadırda Azərbaycan Parodontologiya Cəmiyyətini təmsil edən parodontoloqlar və rezidentlər tərəfindən 60 nəfərə ödənişsiz stomatoloji müayinələr keçirilmişdir.
Toplantı çərçivəsində Federasiyanın 2025–2026-cı illər üzrə fəaliyyəti və əldə olunan nailiyyətlər, Beynəlxalq Diş Əti Sağlamlığı Günü, 2027-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək EFP International Perio Master Clinic və 2028-ci ildə Almaniyanın Münhen şəhərində keçiriləcək EuroPerio12 beynəlxalq konfransına hazırlıq, Bolqarıstan və Panama parodontologiya cəmiyyətlərinin Federasiyaya yeni üzv kimi qəbul olunması, müxtəlif komitələrin hesabatları, yeni təyinatlar, elmi nəşrlər, maarifləndirmə kampaniyaları və digər aktual məsələlər geniş müzakirə olunmuşdur. Baş Assambleya müddətində rəsmi nümayəndələr üçün ziyafət gecəsi, Afina şəhərində bələdçili piyada turu və Akropol Muzeyinə ekskursiya təşkil olunmuşdur.
2026–2027-ci illər ərzində Avropa Parodontologiya Federasiyasının prezidenti vəzifəsini Serbiya Respublikasından professor Mia Rakic icra edəcəkdir.
Ətraflı: https://www.efp.org/news-events/news/highlights-of-the-efp-general-assembly-2026-in-athens/






Azərbaycan Avropa Parodontologiya Federasiyasının “EFP Perio Master Clinic 2026” beynəlxalq stomatoloji konqresinə ev sahibliyi edib
2026-cı il 6–7 mart tarixlərində Bakı Konqres Mərkəzində Avropa Parodontologiya Federasiyası (EFP) və Azərbaycan Parodontologiya Cəmiyyətinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin dəstəyi ilə “EFP Perio Master Clinic 2026” beynəlxalq stomatoloji konqres keçirilib.
Tədbir 55 ölkədən 800-ə yaxın yerli və xarici stomatologiya mütəxəssisini, rezidentləri və alimləri bir araya gətirib. Bununla yanaşı, konqres müddətində Bakı Konqres Mərkəzində stomatologiya sahəsində dünyanın 13 nüfuzlu şirkətinin təmsil olunduğu beynəlxalq sərgi təşkil olunub.
Avropa Parodontologiya Federasiyasının təşəbbüsü olan Diş Əti Sağlamlığı Günü çərçivəsində 5 mart tarixində, konqresdən əvvəl Bakı Konqres Mərkəzinin qarşısında xüsusi qurulmuş çadırda Azərbaycan Parodontologiya Cəmiyyətini təmsil edən parodontoloqlar və rezidentlər tərəfindən 60 nəfərə ödənişsiz stomatoloji müayinələr keçirilib.
KonqresinTəşkilat Komitəsinin sədri Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Parodontologiya kafedrasının dosenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin İdarə Heyətinin prezidenti Cavid Əhmədbəyli, Elmi Komitənin sədri isə İspaniyanın Madrid Komplutense Universitetinin Parodontologiya kafedrasının müdiri və professoru, dünya parodontologiya elminin aparıcı simalarından biri Mariano Sanz olub.
Ətraflı: https://www.perio.az/periomasterclinic2026
Azərbaycan Parodontologiya Cəmiyyətinin təşkilatçılığı ilə parodontologiya üzrə simpozium və master-klass keçirilmişdir
24–25 yanvar 2026-cı il tarixlərində Bakı şəhərində Azərbaycan Parodontologiya Cəmiyyətinin təşkilatçılığı ilə “Diş əti xəstəliklərinin müalicəsində yeniliklər” mövzusunda elmi-praktik simpozium və master-klass keçirilmişdir. Tədbirin əsas məqsədi müasir parodontologiyada tətbiq olunan aktual müalicə yanaşmalarının təqdim edilməsi, stomatoloqların nəzəri biliklərinin zənginləşdirilməsi və klinik bacarıqlarının inkişaf etdirilməsi olmuşdur.
Simpoziumun əsas mühazirəçiləri İstanbul Universitetinin Parodontologiya kafedrasının professoru, Türkiyə Parodontologiya Cəmiyyətinin sədri Ali Çekici və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Parodontologiya kafedrasının dosenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli olmuşdur.
Elmi proqram çərçivəsində Cavid Əhmədbəyli tərəfindən “Parodont xəstəliklərinin müalicəsinə müasir yanaşmalar” mövzusunda məruzə təqdim edilmiş, Ali Çekici isə “İmplant ətrafında rast gəlinən problemlər və onların həlli yolları” mövzusunda çıxış etmişdir.
25 yanvar 2026-cı il tarixində keçirilən master-klass zamanı Ali Çekici tərəfindən “Dürr Dental Vector Paro sistemi ilə diş və implant ətrafı toxumaların qeyri-cərrahi parodontoloji müalicəsi” mövzusunda praktiki təlim həyata keçirilmişdir. Təlim çərçivəsində parodont və peri-implant xəstəliklərinin qeyri-cərrahi müalicə metodları, implant ətrafı toxumalarda yaranan patologiyaların idarə olunması və müasir texnologiyaların klinik tətbiqi iştirakçılara ətraflı şəkildə nümayiş etdirilmişdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Davamlı Peşəkar İnkişaf üzrə akkreditasiya olunmuş tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, elmi diskussiyalar və praktiki yanaşmalar vasitəsilə peşəkar bilik mübadiləsinin genişlənməsinə əhəmiyyətli töhfə vermişdir.






Azərbaycan Parodontologiya Cəmiyyəti tərəfindən təşkil olunan Parodontologiya Kurikulumunun iştirakçılarına rəsmi şəhadətnamə diplomaları və təşəkkürnamələr təqdim olundu
Azərbaycan Parodontologiya Cəmiyyətinin təhsil layihəsi olan və 2023-cü ildən etibarən ölkəmizdə təşkil edilən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil üzrə akkreditasiyadan keçmiş, 2 seminar və 5 master-klassdan ibarət parodont və peri-implant xəstəliklərinin diaqnostikası, qeyri-cərrahi və cərrahi müalicəsini əhatə edən PERİOAZ Parodontologiya Kurikulumu uğurla yekunlaşmışdır.
Kurikulumun 2026-cı il məzunlarına rəsmi şəhadətnamə diplomları, mühazirəçilərə, könüllülərə və tərəfdaşlara isə təşəkkürnamələr təqdim olunmuşdur.
Layihə çərçivəsində iştirakçılar müasir parodontologiya üzrə həm nəzəri biliklərini dərinləşdirmiş, həm də praktiki bacarıqlarını inkişaf etdirmək imkanı əldə etmişlər. Kurikulum ölkəmizdə parodontologiya sahəsində peşəkar kadrların hazırlanmasına və beynəlxalq standartlara uyğun klinik yanaşmaların tətbiqinə mühüm töhfə vermişdir.
.
Vyanada Azərbaycanın da uğurla təmsil olunduğu EuroPerio11 beynəlxalq parodontologiya konfransı keçirildi.
14-17 may 2025-ci il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Parodontologiya Federasiyasının (EFP) təşkilatcılığı ilə EuroPerio11 beynəlxalq parodontologiya konfransı keçirildi. 107 ölkədən 10 000-ə yaxın nümayənin qatıldığı bu tədbirdə, Avropa Parodontologiya Federasiyasının tamhüquqlu üzvü olan Azərbaycan Parodontologiya Cəmiyyətidə aktiv iştirak edərək dəstək vermişdir. 130-dan çox məruzəçisi və elmi programı 41 sessiyadan ibarət olan dünya nüfuzlu konfransda ölkəmiz Azərbaycan Parodontologiya Cəmiyyətinin İdarə Heyəti üzvləri ilə yanaşı, ölkəmizdə və xariçi ölkələrdə fəaliyyət göstərən, habelə diplom sonrası təhsil alan 60-a yaxın azərbaycanlı həkim təmsil etmişdir. Həmçinin, bu konfransda azərbaycanlı alimlər tərəfindən parodontologiya və implantologiya sahəsində aparılan tətqiqatların nəticələri məruzə və poster olaraq təqdim olunmuşdur.
14–17 may 2025-ci il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Parodontologiya Federasiyasının təşkilatçılığı ilə EuroPerio11 beynəlxalq parodontologiya konfransı keçirilmişdir. 107 ölkədən 10 000-ə yaxın nümayəndənin iştirak etdiyi bu mötəbər tədbirdə Avropa Parodontologiya Federasiyasının tamhüquqlu üzvü olan Azərbaycan Parodontologiya Cəmiyyəti də aktiv iştirak edərək konfransa öz töhfəsini vermişdir.
130-dan çox məruzəçinin iştirakı və 41 elmi sessiyadan ibarət zəngin proqramı ilə seçilən bu nüfuzlu beynəlxalq konfransda ölkəmiz Azərbaycan Parodontologiya Cəmiyyətinin İdarə Heyətinin üzvləri ilə yanaşı, həm ölkə daxilində, həm də xarici ölkələrdə fəaliyyət göstərən, eləcə də diplomdan sonrakı təhsil alan 60-a yaxın azərbaycanlı həkim tərəfindən təmsil olunmuşdur.
Konfransda azərbaycanlı alimlər tərəfindən parodontologiya və implantologiya sahəsində aparılan tədqiqatların nəticələri məruzə və poster təqdimatları şəklində nümayiş etdirilmişdir.
Tədbir çərçivəsində 100-dən çox elmi sessiya, canlı cərrahi əməliyyatların nümayişi, interaktiv müzakirələr və praktiki seminarlar təşkil olunmuşdur. Konfransda parodont xəstəlikləri ilə ümumi sağlamlıq arasındakı əlaqə, rəqəmsal stomatologiya və davamlı stomatologiya kimi aktual mövzular geniş müzakirə edilmişdir.
EuroPerio11 həmçinin beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi, yeni texnologiyaların təqdimatı və qlobal peşəkar şəbəkələşmə baxımından iştirakçılar üçün mühüm platforma olmuşdur.
Ətraflı: https://www.efp.org/news-events/news/europerio11-four-unforgettable-days-in-vienna/












Böyük Britaniyada Azərbaycan Parodontologiya Cəmiyyətinin iştirakı ilə Avropa Parodontologiya Federasiyasının Baş Assambleyası keçirildi
28–29 mart 2025-ci il tarixlərində Böyük Britaniyanın Birmingham şəhərində Avropa Parodontologiya Federasiyasına üzv olan 43 ölkənin iştirakı ilə Federasiyanın Baş Assambleyası keçirilmişdir. Azərbaycan Parodontologiya Cəmiyyəti bu mötəbər tədbirdə Cəmiyyətin prezidenti Cavid Əhmədbəyli və vitse-prezidenti, ölkəmizin Federasiyadakı nümayəndəsi (EFP Delegate) Aslan Məmmədov tərəfindən təmsil olunmuşdur.
Assambleyanın gündəliyində əsas müzakirə mövzularından biri 5–7 mart 2026-cı il tarixlərində Bakı şəhərində, Bakı Konqres Mərkəzində Azərbaycan Parodontologiya Cəmiyyəti və Federasiyanın birgə təşkilatçılığı ilə keçiriləcək “EFP Perio Master Clinic 2026” konfransı olmuşdur. Konfransın Təşkilat Komitəsinin sədri Cavid Əhmədbəyli tədbirə hazırlıq prosesi, eləcə də konfransın Elmi Komitəsinin sədri, Madrid Komplutense Universitetinin professoru Mariano Sanz tərəfindən təqdim olunan elmi proqram barədə Federasiyanın İcraiyyə Komitəsinə və ölkə nümayəndələrinə ətraflı məlumat vermişdir.
Bundan əlavə, Baş Assambleyada Cavid Əhmədbəyli Avropa Parodontologiya Federasiyasının Kommunikasiya və Əlaqələndirmə Komitəsinin 2025–2028-ci illər üzrə yeni tərkibinə üzv seçilmişdir. Qeyd olunan komitə Federasiyanın kommunikasiya strategiyalarını və təşəbbüslərini idarə edərək parodontologiya sahəsində məlumatların effektiv şəkildə yayılmasını təmin edir.
Toplantı çərçivəsində Federasiyanın 2024–2025-ci illər üzrə fəaliyyəti və əldə olunan nailiyyətlər, 12 may – Beynəlxalq Diş Əti Sağlamlığı Günü, 2025-ci ilin 13–18 may tarixlərində Vyanada keçiriləcək EuroPerio11 beynəlxalq konfransı, Federasiyaya yeni üzv ölkələrin qəbulu, müxtəlif komitələrin hesabatları, yeni nəşrlər, maarifləndirmə kampaniyaları və digər aktual məsələlər geniş müzakirə olunmuşdur.
Rəsmi nümayəndələr üçün dünyanın aparıcı təhsil ocaqlarından biri olan Birmingham Universitetinin Stomatologiya Məktəbi və Xəstəxanasına xüsusi tur təşkil edilmişdir. Ziyarət zamanı Stomatologiya Məktəbinin dekanı, görkəmli alim, professor Iain Chapple tərəfindən universitetin klinikası, auditoriyaları, simulyasiya və təlim texnologiyaları, tədqiqat laboratoriyaları və elmi fəaliyyəti haqqında ətraflı məlumat təqdim olunmuşdur.
2025–2026-cı illər ərzində Avropa Parodontologiya Federasiyasının prezidenti vəzifəsini Yunanıstanın Afina Universitetinin professoru Spyros Vassilopoulos icra edəcəkdir.













