top of page

Məxfilik Siyasəti

Şəxsi məlumatların toplanması və istifadəsi

Şəxsi məlumatlarınız (ad, soyad, telefon və e-mail) veb-səhifədə Azərbaycan Parodontologiya Cəmiyyəti üzvlük, xəbərlər bülleteninə abunəlik, tədbirlərə qeydiyyat, sual və təkliflər ünvanlanması kimi müraciətləriniz olduqda tərəfimizdən sizinlə telefon və ya elektron poçt vasitəsi ilə əlaqə saxlamaq üçün toplanılır və istifadə olunur. Apardığınız əməliyyatlarla əlaqədar olmayan məlumatlarla bağlı tam razılığınız olmadan şəxsi məlumatlarınızdan istifadə edilməyəcək və üçüncü tərəfə ötürülməyəcək. Məlumatlarınızı qanunvericiliklə tələb olunan və ya onları toplama məqsədimiz üçün yararlı olduğu müddətdə saxlayırıq.

 

Veb brauzer kukiləri

Veb-səhifəmiz istifadəçi təcrübəsini artırmaq üçün “kukilər”dən istifadə edir. İstifadəçinin veb brauzeri həmin kukiləri qeyd edib saxlamaq məqsədilə, o cümlədən bəzən onlar barədə məlumatı izləmək məqsədilə onları sərt diskdə yerləşdirir. İstifadəçi kukilərdən imtina etmək üçün öz veb brauzerini tənzimləməyi və ya təyin etməyi seçə bilər ya da kukilərin göndərildiyi zaman bu barədə xəbərdar edilməsini seçə bilər. Bunu edərkən nəzərə alın ki, veb-səhifənin bəzi hissələri lazımi şəkildə işləməyə bilər.

 

Sosial şəbəkə plaqinləri

Veb-səhifəmiz bəzi sosial şəbəkələr üçün sosial plaqinlərdən ibarətdir. Sosial plaqindən (“Bəyənmək/Tövsiyə etmək kimi) ibarət veb-səhifəyə daxil olduqda istifadəçinin brauzeri sosial şəbəkə serverlərinə bağlanır və sosial plaqinlər üçün tələb olunan məzmun yüklənir. İstifadəçi öz sosial şəbəkə hesabına daxil olduqda, sosial şəbəkə həmin ziyarəti istifadəçinin sosial şəbəkə hesabındakı səhifəsinə bağlaya bilər. İstifadəçi həmin məlumatın sosial şəbəkəyə ötürülməsini istəmədikdə, veb-səhifəmizə baş çəkməzdən əvvəl həmin sosial şəbəkədən çıxmalıdır.

Qaydalar & Şərtlər

Ümumi qaydalar və şərtlər 

www.perio.az veb-səhifəsindən istifadə etməklə siz aşağıdakı “Şərtlərə” və Azərbaycan Respublikasının qanunvericiliyi əsasında tənzimlənən bütün mövcud qanun və qaydalara riayət edəcəyinizi açıq şəkildə bildirirsiniz.   

 

Ticarət nişanları

www.perio.az veb-səhifəsində olan Azərbaycan Parodontologiya Cəmiyyətinin və diğər bütün loqotiplər qeydiyyatdan keçmiş əmtəə nişanlarıdır və heç bir halda Azərbaycan Parodontologiya Cəmiyyətinin qabaqcadan yazılı icazəsi olmadan istifadə edilə bilməz. 

 

Müəlliflik hüququ

Bu veb-səhifənin məzmunu Azərbaycan Parodontologiya Cəmiyyətinin mülkiyyəti hesab olunur və müəlliflik hüquqları ilə qorunur. Bu qaydalar və şərtlərin təminatında heç bir halda Azərbaycan Parodontologiya Cəmiyyətinin öz ticarət nişanları, müəlliflik hüquqları və ya digər özəl məlumatları ilə bağlı hər hansı zidd ifadə və ya nəzərdə tutulan hüquqa yol verilmir. 

 

İcazə verilən istifadə

Sizə yalnız bu veb-səhifəsindəki səhifələrə baş çəkmək, onlara baxmaq və onların nüsxəsini öz şəxsi istifadəniz üçün saxlamaq hüququ verilir. Yerdə qalan hər hansı məqsədlə veb-səhifəsindəki materialların satılması, surətininin çoxaldılması, yüklənilməsi, dərc olunması, dəyişdirilməsi və ya digər bir şəkildə yayılması qadağandır. Veb-səhifəsində qanunsuz və/və ya icazəsiz istifadə olduqda bu kimi hallar araşdırılacaq və buna qarşı müvafiq qanuni tədbirlər görüləcəkdir.

Üzvlük haqqlarının ödənilməsi

Azərbaycan Parodontologiya Cəmiyyəti Avropa Parodontologiya Federasiyasının üzvüdür. Cəmiyyət üzvləri Avropa Parodontologiya Federasiyasının bütün üzvlük üstünlüklərindən faydalana bilərlər. Üzvlük üstünlüklərindən (https://www.perio.az/uzvluk) tam faydalanmaq üçün illik üzvlük haqqları hər il 31 yanvar tarixinə qədər tam odənilməlidir. Əks halda, xəbər verilmədən üzvlüyünuzə xitam veriləcəkdir.

Ödənişlərin təhlükəsizliyi 

Bütün ödənişlər Visa, Visa Electron, Maestro & MasterCard şirkətlərinin 3D Secure sistemi tərəfindən qorunur. Kart sahibinin məxfi kart məlumatlarını saxlanılmamaqdadır.

 

Ödəniş haqqlarının qaytarılması

Azərbaycan Parodontologiya Cəmiyyətinin illik üzvlük haqları qeri qaytarılmır. Azərbaycan Parodontologiya Cəmiyyətinin təşkil etdiyi tədbirlərin baş tutmasına 60 gün və ya daha çox müddət qaldıqda qeydiyyat haqqı geri qaytarılarsa, ödənişin 50%-ı tutulur. Geri qaytarılacaq məbləğlər tədbirdən sonra 30 iş günü ərzində ödənilir. Azərbaycan Parodontologiya Cəmiyyətinin təşkil etdiyi tədbirin baş tutmasına 59 gün və ya daha az müddət qaldıqda qeydiyyat haqqı geri qaytarılmır. Qeydiyyat haqqını geri qaytarma tələbi info@perio.az ünvanına yazılı şəkildə göndərilməlidir. 

 

Bu sayta birbaşa və ya diğər saytlardan daxil olmaqla məxvilik siyasəti ilə ümumi qaydalar və şərtlərdə qeyd olunmuş qaydaları qəbul edirsiniz.

bottom of page