CƏMİYYƏT
Haqqımızda
İdarə Heyəti
Fəxri Üzvlər
Haqqımızda
Azərbaycan Parodontologiya Cəmiyyəti 2012-ci ildə təsis edilmişdir. Cəmiyyətin əsas məqsədi ölkəmizdə parodontologiya ixtisasının inkişafına yardım etmək, həkimlərə və ictimaiyyətə dişlər və implantlar ətrafında diş əti sağlamlığının qorunub saxlanması və diş əti xəstəliklərinin ciddiyyəti, bu xəstəliklərin müasir biliklərə əsaslandırılmış erkən diaqnostikası və müalicəsinin əhəmiyyətini tanıtmaq, nəşrlər və digər elmi-maarifləndirici tədbirlər vasitəsi ilə tibbin digər sahələri ilə interdistiplinar kommunikasiyanı və tədqiqatları inkişaf etdirmək və gündəmə gətirməkdən ibarətdir. Cəmiyyət tərəfindən müxtəlif təhsil müəsissələri, yerli və beyləlxalq təşkilatlar, tanınmış alimlər və mütəxəssislər ilə sıx əməkdaşlıq edilməsi, beynəlxalq rəhbərliklərin və maarifləndirmə nəşrlərinin Azərbaycan dilində tərtib edilməsi ilə yanaşı müxtəlif beynəlxalq elmi və sosial maarifləndirici tədbirlər ölkəmizdə mütamədi olaraq həyata keçirilir.
Parodontologiya ixtisası və rezidentura təhsili (060944, 3 il) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 15 mart tarixli 103 nömrəli qərarına əsasən “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”na əlavə olunaraq rəsmi olaraq təsdiq olunmuşdur.
Azərbaycan Parodontologiya Cəmiyyəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən Davamlı Tibbi Təhsil üzrə akkreditasiya olunub və bu çərçivədə Cəmiyyət tərəfindən ölkəmizdə keçirilən elmi tədbirlərdə həkim-stomatoloqlar sertifikasiya üçün tələb olunan kreditlər əldə edirlər. Sertifikasiya dövrü ərzində həkim-stomatoloq hər il orta hesabla 48 kredit olmaqla 5 il ərzində minimum 240 kredit toplamalıdır.
Azərbaycan Parodontologiya Cəmiyyəti Avropa Parodontologiya Federasiyasının 2017-2022-ci illərdə assosiativ üzvü olub, 2022-ci ildən hal-hazıradək tamhüquqlu üzvüdür. Cəmiyyət üzvləri Avropa Parodontologiya Federasiyasının bütün üzvlük üstünlüklərindən faydalana bilərlər.