Parodontoloji Müayinə
PARODONTOLOQ
Parodontoloq – dişlər və implantlar ətrafında diş əti xəstəliklərinin qarşısının alınmasında, diaqnostikasında və müalicəsində, həmçinin ağız boşluğunda implantların yerləşdirilməsində ixtisaslaşmış stomatoloqdur.
Parodontologiya ixtisasını almaq üçün, stomatoloq diplomunu əldə etdikdən sonra, əlavə olaraq universitetlərdə 3-4 il rezidentura və ya doktorantura təhsili alınmalıdır. Təhsil müddətində diş və implantlar ətrafındakı parodont xəstəliklərin diaqnostikası və müalicəsi üçün lazım olan ən son texnikalar ilə tanış olunur, həmçinin plastik və regenerativ parodontolojı cərrahiyyə, və itirilmiş dişlərin yerində implant cərrahiyyəsi texnikalarının həyata keçirilməsi üçün xüsusi təlimlər keçirilir.
PARODONTOLOJİ MÜAYİNƏ
Parodontolojı muayinə ərəfəsində parodontoloq tərəfindən xəstənin tam tibbi və stomatoloji tarixçəsi nəzərdən keçirilir. Hər hansı bir dərmanın xəstə tərəfindən istifadəsi və ya parodontun sağlığına təsir göstərə biləcək, hamiləlik, kardiolojı, şəkərli diabet və bu kimi, hər hansı bir sistemik xəstəliklərin varlığı və müalicəsi haqqında parodontoloqun tam məlumatlandırılması çox vacibdir. Daha sonra ağız boşluğunda diş əti muayinə olunur, diş əti çəkilmələrinin varlığı, çənələr arasında dişlərin oklüziyyası və itirilmiş dişlər nahiyyəsi qiymətləndirilir. Parodontun sağlamlığını təyin etmək üçün, üzərində xüsusi xətkeşi olan, diş və diş əti arasında parodontolojı zond istifadə edilərək dişlər ətrafında cib dərinlikləri qiymətləndirilir. Əlavə olaraq, periapikal rentgen şəkillər vasitəsi ilə dişləri və implantları dəstəkləyən çənə sümüyü haqqında məlumat əldə olunur.
PARODONTOLOJI MÜAYİNƏNİN VƏ MÜALİCƏNİN ƏHƏMİYYƏTİ
Milyonlarla insan, dişlərin və implantlarım itkisinə yol aça bilən parodont xəstəliklərindən və buna səbəb olan ciddi infeksiyalara sahib olduqlarından xəbərsizdirlər. Diş əti xəstəlikləri riskinin və ya varlığının qiymətləndirilməsi üçün parodontolojı müayinədən keçin. Bəzi xəstələrin parodontolojı müalicələri ümumi stomatoloqlar tərəfindən idarə oluna bilər. Ancaq dünyada dişlər və implantlar ətrafındaki diş əti xəstəlikləri olan insanların sayı sürətlə artdıqca, xüsusən də bu xəstəliklərin digər sistemik xroniki xəstəliklərlə əlaqəsi elmi araşdlırmalar nəticəsində təsdiqləndikcə, keçmişdə və hal-hazırda diş xəstəlikləri olan insanlarda ümumi stomatoloqlar və ya ağız cərrahları yerinə bu sahədə ixtisaslaşmış və daha təcrübəli olan parodontoloqlar tərəfindən müayinə, müalicə və cərrahiyyə olunması əhəmiyyət kəsb edir.
Mənbəə:
European Federation of Periodontology http://www.efp.org/public
Canadian Academy of Periodontology www.cap-acp.ca
American Academy of Periodontology www.perio.org