top of page
  • Facebook - Grey Circle
  • Grey Instagram Icon
  • YouTube - Grey Circle
  • Google Places - Grey Circle

  HOME              ABOUT             EVENTS              NEWS              PATIENTS              CONTACT  

EstePerio2018 Facebook Cover ENG

Hörmətli həmkarlar, qonaqlar, xanımlar və cənablar...

 

Böyük sevinç hissi ilə qeyd etmək istəyirik ki, 9-10 Noyabr 2018-cı il tarixlərində Holiday Inn Baku Hotelində Azərbaycan Parodontologiya Cəmiyyətinin və Azərbaycan Estetik Stomatologiya Assosiasiyasının birqə təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Avropa Parodontologiya Federasiyasının dəstəyi ilə EstePerio2018 3-cü Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqresi keçiriləcəkdir. Konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil üzrə akkreditasiya olunub və bu tədbirdə iştirak edəçək və ya şifahi/əyani tezisləri təqdim edən həkim-stomatoloqlar sertifikasiya kreditləri əldə edəçəklər. 

Bu beynəlxalq tədbirin məqsədi Azərbaycan Respublikasında parodontologiya və estetik stomatologiya sahəsinin inkişaf etdirilməsinə yardım etmək, dövlət və özəl sektorda fəaliyyət göstərən stomatoloqlar arasında maarifləndirmə işi apararaq onların bu sahədə bilik və təcrübələrinin təkmilləşdirmək, həmçinin son illər ərzində ölkəmizdə və dünyada bu sahədə həyata keçirilən əsas tədqiqat fəaliyyətləri haqqında məlumat və gələcək elmi-tədqiqat işlərinə istiqamət verilməsindən ibarətdir.

Konqresə parodontologiya, implantologiya, estetik və rəqəmsəl stomatologiya sahəsində kliniki və elmi qabiliyyətlərinə görə beynəlxalq səviyyədə lider kimi tanınmış, prof. Mario Aimetti (Italiya), prof. Sofia Aroca (Fransa), prof. Esra Can (Türkiyə), prof. Yuliya Çumakova (Ukrayna), prof. Korkud Demirel (Türkiyə)  prof. İlya Rabinovich (Rusiya), prof. Lüdmila Orexova (Rusiya), prof. Michele Reners (Belçika), prof. Massimo De Sanctis (Italiya), dr. Cem Yıldız (Türkiyə) və dos. Emir Yüzbaşıoğlu (Türkiyə) kimi  görkəmli alimlər dəvət olunublar. Elmi proqram ilə yanaşı gənc alimlər apardıqları elmi tədqiqatların nəticələrini bu konqresdə e-poster və şifahi olaraq təqdim edə biləcəklər. Sərgi konqreslə birgə keçiriləcəkdir və konqres mərkəzinin foyesində yerləşəcək.

 

Güman edirik ki, konqresin keçiriləcəyi bu günlər Azərbaycan stomatologiyasının inkişaf tarixində xüsusi iz qoyacaqdır. EstePerio2018 Təşkilat Komitəsi adından, Sizi salamlayır və iştirakınızı səbrsizliklə gözləyirik.

EstePerio2018 Konqresinin Fəxri Prezidenti

Prof. Selcuk Yilmaz

Təşkilat Komitəsinin Sədri

Uzm. Dr. Cavid Əhmədbəyli

Elmi Komitənin Sədri

Dos. Ramiz Əhmədbəyli

Məruzəçilər
Dəvətli Məruzəçilər

Prof. Mario Aimetti

Turin, İtaliya

Prof. Sofia Aroca

Paris, Fransa

Prof. Esra Can

İstanbul, Türkiyə

Prof. Yuliya Çumakova

Odessa, Ukrayna

Prof. Korkud Demirel

İstanbul, Türkiyə

Prof. Lüdmila Orexova

Sankt-Peterburq, Rusiya

Prof. İlya Rabinoviç

Moskva, Rusiya

Prof. Michele Reners

Liege, Belçika

Prof. Massimo De Sanctis

Milan, İtaliya

Dr. Cem Yıldız

Ankara, Türkiyə

Dos. Emir Yüzbaşıoğlu

İstanbul, Türkiyə

Prof. Mario Aimetti 1987-ci ildə Turin Universitetində fərqlənmə ilə Tıp və Cərrahiyyə dərəcəsini alıb. 1990-ci ildə stomatologiya üzrə və 1995-ci ildə isə üz-çənə cərrahiyyəsi (1995) sahəsində ixtisaslaşmışdır. Hal-hazırda Turin Universitetinin Pariodontologiya kafedrasının rəhbərinidir və həmin universitetdə Avropa Parodontologiya Federasiyası (EFP) tərəfindən akkreditə olunmuş parodontologiya üzrə rezidentura proqramının direktorudur. İtaliya Parodontologiya Cəmiyyətinin həqiqi üzvü və həmin təşkilatın 2018-2019-cu illərdə prezidentidir. Amerika Parodontologiya Akademiyasının və Amerika Osseointegrasiya Akademiyasının üzvüdür. 100-dən artıq beynəlxalq məqalənin müəllifidir. "Quintessence" nəşriyyatı tərəfindən çap olunmuş və Prof. Gianni Ricci ilə birgə yazılmış "Parodontologiyada diaqnostika və müalicə" və İtaliya Parodontologiya Cəmiyyətinin nəşri olan "Parodontoloji və İmplantoloji müalicə" kitablarının müəllifidir.

 Parodont toxumalarının regenerasiyasında innovativ yanaşmalar 

Ümumi sağlamlığa ciddi təsir edən, parodont xəstəlikləri kimi, yoluxucu və xroniki iltihabi xəstəlikləri olan insanlarda dəstəkləyici parodontoloji müalicənin tədbiqi yüksək peşəkar məsuliyyətə malik bir tibbi müdaxilədir. Yeni müalicə üsullarının istifadəsi ilə qabaqcıl texnologiyaların inteqrasiyası stomatoloqlara parodontont xəstəlikləri olan əksər insanlarda kifayət qədər uğurlu müalicənin təqbiqinə imkan yaradır. Tibbin bütün sahələrində bu tendensiya geniş yayılmışdır və eyni zamanda nəticənin effektiv və səmərəli olması üçün yeni sadələşdirmiş və minimal invaziv müalicə modellərinə ehtiyac yaradır. Parodont toxumalarının regenerasiyası zamanı biotexnologiyaların istifadəsi, həmçinin cərrahi müdaxilələr zamanı yara müalicəsinin bioloji mexanizmlərini istismar edən minimal invaziv yanaşmalara yönəldilir. Son illərdə aparılan elmi araşdırmalar qeyri-cərrahi parodontoloji müalicə ilə birqə innovativ farmakoloji vasitələrin tədbiqi sümük qüsurlarının bərpa müalicəsində effektiv nəricələr alınmışdır. Məruzədə parodontiti olan insanlarda sümük qüsurunun anatomiyasına uyğun bəzi klinik hallarda qan laxtası, kök hüceyrəlar və ya amelogeninlərin istifadə ilə minimal invaziv parodontoloji cərrahiyyə ilə daha effektiv nəticələr verən və bununla daha invaziv cərrahiyyə müdaxilələrinin istifadə ehtiyacını ortadan qaldıran yanaşmalar göstəriləcəkdir.

Prof. Sofia Aroca 1985-ci ildə Macarıstanın Budapeşt Universitetində Stomatologiya dərəcəsi almışdır; 1991-ci ildə dental biomaterialllar kafedrasınında rezidenturanı bitirmişdir, 1992-ci ildə Oral İmplantologiya Mütəxəssisi Sertifikatını almışdır, 1996-cı ildə Fransanın Paris VII universitetində Pariodontologiya üzrə rezidenturanı bitirmişdir; 2010-cu ildə isə Macarıstanın Szeged Universitetinin Stomatologiya fakültəsinində doktorluq dissertasiyası müdafiə etmişdir. Fransanın Paris VII Universitetin 1998 illdən əməkdaşıdır və hal-hazırda həmin universitetin Parodontologiya & Oral İmplantologiya kafedrasının professorudur. 2008-ci ildən Macarıstanın Szeged Universitetinin, 2009-ci ildən İsveçrənin Bern Universitetinin ziyarətçi professorudur. 2012-ci ildən Macarıstanın Szeged Universitetinin fəxri professorudur.

 Implantlar ətrafında keratinləşmiş toxumaların artırılması 

İmplant tədbiqi zamanı klinik məqsədimiz funksionallıq, stabillik və estetikanın yaxşılaşdırılmasıdır. İmplantlar ətrafında yumşaq toxuma boyun nahiyyəsində dairəvi liflərdən ibarət olan sıx və həssas anatomik quruluşdan ibarətdir. Yoğun bağ və keratinləşdirilmiş toxumadan ibarət olan bu birləşmə səthi sızdırmazlığ effekti ilə mikroorganizmləra qarşı diş implantının uzunmüddətli müvəffəqiyyəti üçün bir ön şərtdir. İmplantlar ətrafında keratinləşmiş toxumaların çatışmazlığı və ya vaxtında bərpa olunmaması boyun nahiyyəsində epitelin apikal migrasiyasına ilə ərpin yiğılmasına, diş əti iltihabına, sümük rezorbsiyasına, yumşaq toxumanın çəkilməsinə ilə peri-implant xəstəliklərə səbəb ola bilər. Məruzə sırasında kliniki və elmi təcrübəyə əsaslanaraq implantların ətrafında yumşaq toxumaların düzgün idarə olunmasl ilə keratinləşdirilmiş toxumanın artırılması üçün müasir cərrahi üsullar və mərhələləri ətraflı müzakirə olunacaqdır.

Prof. Esra Can İstanbul Universitetinin 1994-cü ildə stomatologiya fakültəsini və 1999-ci ildə Restavrativ Stomatologiya kafedrasında doktorantura proqramını bitirərək Tibb üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini alib. 2002-ci ildən fəaliyyət göstərdiyi İstanbuldaki Yeditepe Universiteti Restavrativ Stomatologiya kafedrasının 2006-ci ildən dosenti və 2014-ci ildən professorudur. Yaponyanın Tokio Universitetində və ABŞ-ın Pensilvaniya Universitetində ziyarətçi tədqiqatçı olmuşdur. Tədqiqatları bir çox nüfuzlu beynəlxalq jurnallarda dərc olunmuşdur.  2015-2016-cı illərdə CED IADR-in prezidenti vəzifəsində çalışmışdır. Türk Restavrativ Diş Həkimliyi Dərnəyinin 2017-ci ildən bəri prezidenti. Onun tədqiqat mövzuları əsasən adqeziv stomatologiya, stomatoloji materialları, dişlərin ağardılması, kompozit restavrasiyalar, keramik vinirlər, endodontik müalicə olunmuş dişlərin bərpası.  Bu mövzular üzrə müxtəlif tədbirlərdə kurslar verir və mühazirələr oxuyur. IADR, Türk Diş Həkimi Dərnəyi, Dental Lazer Akademiyası Dərnəyi, Türk Restavrativ Diş Həkimliyi Dərnəyinin və Adqeziv Stomatologiya Cəmiyyətinin həqiqi üzvüdür.

 

 Diaqnostikadan fiksasiyaya doğru keramik vinirlər 

Müasir estetik stomatologiya minimal diş səthinin hazırlanması ilə həyata keçirilən uzunmüddətli restavrasiyalara nail olmaq məqsədi daşıyır. Son illərdə minimal invaziv yanaşma və müvəffəqiyyətli klinik nəticələrə görə, keramik vənərlər dişin konturları, rəngini, formasını, uzunluğunu və yerinin dəyişidirilməsi ilə diastemaları bağlamağ, qırılmış və endodontik müalicə olunmuş dişləri bərpa etmək və ya tam gülümsəməni yenidən tərtib etmək məqsədi ilə stomatologlar və xəstələr tərəfindən ən sıx tərcih olunan müalicə metoduna çevrilmişdir. Keramik vinirlərin estetik və klinik müvəffəqiyyəti doğru diaqnoz, müalicə planlaması, dişlərin hazırlınması və adqeziya prosedurlarına əsaslanır. Bu təqdimat sırasında kliniki təcrübəmə və elmi araşdırmalara əsaslanaraq, diaqnozda, müalicə planlaşdırmasında, müxtəlif hallarda dişin hazırlanması və adqeziv materiallarla müxtəlif növ kliniki hallar göstəriləcəkdir. Həmçinin bu məruzədə postoperatif həssaslıq, marjinal rəng pozuqluğu, qırılma və vinirlərin qopması kimi mümkün uğursuzluqların aradan qaldırılması üçün kliniki həllər, həmçinin və vinirlərin dayanıqlığının yaxşılaşdırılması strategiyaları da müzakirə olunacaqdır.

Prof. Yuliya Çumakova Odessa Milli Tibb Universiteti Stomatologiya İnstitutunun Parodont Xəstəlikləri kafedrasının professoru və müdiridir, 1997-ci ildə tibb elmləri namizədi, 2008-ci ildə tibb elmləri doktoru elmi dərəcələrini və 2014-cü ildə professor elmi adı əldə etmişdir. Ukrayna Periodontologiya Cəmiyyətinin Baş katibi  və Cəmiyyətin Avropa Parodontologiya Federasiyası Ukrayna nümayəndəsidir. Ukrayna Lazer Stomatologiya Cəmiyyətinin vitse-prezidentidir. 

 Uşaqlar və böyüklərdə professional ağız boşluğu gigiyenasının müasir konsepsiyası 

Məruzə sırasında mikrobial ərpin quruluşu və inkişaf mərhələləri, supragingival və subgingival ərpin tərkibinin xüsusiyyətləri haqqında müasir anlayış, ərpin diş çürüklərində, parodontitə və peri-implantitin inkişaflnda rolu haqqında məlumatlar təqdim edəcək və ətraflı müzakirə olunacaq. Həmçinin, mikrobial ərpdən ibarət olan biofilmin müasir identifikasiya metodları, insanlarda ağız boşluğunun gigiyenik vəziyyətinin qiymətləndirilməsi, insanlarda fərdi ağız gigiyena vasitələri ilə ilə yanaşı professional təmizliklər sırasında biofilmin çıxarılmasının müxtəlif üsullarının (kimyəvi və mexaniki biofilmlərin idarə edilməsi) səmərəliliyinin müqayisəli təhlili və "İstiqamətləndirilmiş biofilm müalicəsi" adli innovativ müalicə protokolunda ibarət olan, Perio-Flow və Piezon kimi, elmi və klinik sübutlarla sübut edilmiş hava axını texnologiyalarının istifadə haqqında ətraflı məlumat veriləcəkdir.

Prof. Korkud Demirel İstanbul Universitetinində 1985-ci ildə Stomatologiya Fakültəsini bitirmişdir və 1992-ci ildə doktorantura proqramını bitirərək Tibb üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini almışdır. Həmin universitetdə 2002-ci ildən Parodontologiya kafedrasında professor vəzifəsində işləyir. 1991-ci ildən şəxsi klinikasında özəl pratik fəaliyyətini davam ettirir. Parodontoloji plastik cərrahiyyə, yumşaq toxuma reqenerasiyası, diş implantları və sümük rejenerasiyası, siqaret və periodontal xəstəliklərin əlaqəsi sahəsində tədqiqatlar aparır və məruzələr oxuyur. Türk Parodontologiya Cəmiyyətinin və Avropa Parodontologiya Federasiyasının keçmiş prezidentidir. Bir sıra kitabların, elmi nəşrlərin, fəsillərinin müəllifi, həmçinin beynəlxalq kitabların Türk dilinə tərcümə redaktorudur.

 

 Diş çəkilməsindən dərhal sonra implant cərrahiyyəsi: bioloji və kliniki əsaslar 

İnsanlarda çənənin ön nahiyyələrində müalicənin planlaşdırılması estetik tələblər səbəbindən çətin ola bilir, və bu səbəblə həm dodağa əlavə dəstəyi, eləcə də çəhrayı estetikanı təmin etmək üçün yumşaq toxuma konturlarını qorumaq çox vacibdir. Diş çəkilmi nahiyyəsində dərhal implant cərrahiyyəsi və onun birincil stabilliyini təmin edərək doğru istiqamətdə yerləşdirməsi müasir implantologiyanın ən çox tələb olunan cərrahiyyə növü olmasına baxmayaraq bu proseduranın çətinliyi nəzərə alındıqda cərrah üçün xüsusi bilqi və təcrübə tələb edir. Əlavə olaraq dərhal yerləşdirilmiş implantı üzərinə müvəqqəti protezin təqbiqi transmukozal sağalmanın və bioloji genişliyin formalaşması kimi müsbət nəticələr verir. Məruzə sırasında diş çəkilməsindən dərhal sonra implant cərrahiyyəsi sırasında bioloji və kliniki əsaslar ətraflar müzakirə olunacaqdır.

Prof. Lüdmila Orexova Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universitetinin Terapevtik stomatologiya və parodontologiya kafedrasının müdiridir, Tibb elmləri Doktoru, Rusiya Parontologiya Cəmiyyətinin prezidentidir. "Paradontologiya","Stomatologiya" "Endodontiya Bu gün" və "Stomatoloji Təhsil" adlı klinik və elmi-tədqiqat jurnallarının redaksiya heyətinin üzvüdür. Parodontologiya, immunologiya və dişləri müalicəsi sahəsində aparıcı mütəxəssisdər, həmçinin Sankt-Peterburqda və Rusiya Federasiyasının digər regionlarında tibbi xidmət göstərənlərin həkimlərə davamlə tibbi təhsil üzrə Rusiya Federasiyası Səhiyyə Nazirliyinin ekspertdir. 460 elmi məqalənin, 17 monoqrafiyanın, 4 dərsliyin ("Terapevtik stomatologiya" və "Stomatologiya" məşhur nəşrlər daxil olmaqla), 26 metodik tövsiyyənin, 2 müəlliflik şəhadətnamənin, 7 patentin və müasir stomatologiyanın mühüm problemlərini vurğulayan tibbi protokolların müəllifidir.

 Dişlər və implantlar ətrafında dəstəkləyici parodontoloji müalicə 

Hal hazırda dünyada dişlər və implantlar ətrafında dəstəkləyici parodontoloji müalicənin əhəmiyyəti haqqında müsbət təcrübəyə malikdir. Parodontoloji dəstəkləyici müalicə proqramı hər bir xəstə üçün ayrı-ayrılıqda aparılmalı və yerli patogenetik amillərin təbiətinə və şiddətinə, ümumi somatik patologiyanın varlığına, orqanizmin fizioloji xüsusiyyətlərinə və müalicənin əvvəlində baş verən patoloji proseslərə əsaslanaraq təqbiq olunmalıdır. Məruzə sırasında diş və implantların ətrafında dəstəkləyici parodontoloji müalicəsinin əsas mərhələləri və təqbiq olunma vaxtının müəyyənləşdirilməsinin əsaslandırılması göstəriləcəkdir.

Prof. İlya Rabinoviç Rusiya Federasiyasının əməkdar həkimi, tibb elmləri doktoru, Moskva şəhərindəki Mərkəzi Stomatologiya və Üz-çənə Cərrahiyyəsi Tədqiqat İnstitutunun Terapevtik stomatologiya şöbəsinin və Kariesologiya & endodontiya kafedrasının müdiridir. Rusiya Federasiyasının Diplomdan Sonrakı Təhsil Akademiyasının terapevtik stomatologiya kafedrasının professorudur. Avropa Ağız Boşluğu Selikli Qişasının Xəstəlikləri Akademiyasının (EAOM) həqiqi üzvüdür. Moskva Stomatoloji Assosiasiyasının fəxri prezidenti, 150-dən çox elmi əsərin, monoqrafiyanın, stomatologiya üzrə dərsliklərin və fəsillərinin müəllifidir.

 Ağız boşluğu selikli qişasının xəstəliklərinin estetik aspektləri 

Məruzədə insanlarda üzün görünən sahələrində (dodaqlar, üz dərisi, gülmə zamanı diş əti kənarı, onkoloji xəstəliklərin yerli deformasiyaları və s.) kimi ağız boşluğu selikli qişasının xəstəliklərinin estetik aspektlərinin diaqnostikasi və müalicəsi müzakirə olunacaqdır.

Prof. Michele Reners 1987-ci ildə Belçikanın Liège Universiteti Stomatologiya Fakültəsini və 1991-ci ildə Fransanın Paris VII Universitetində Parodontologiya üzrə rezidenturanı bitirmişdir. 1991-ci ildən Liege şəhərində şəxsi klinikasında özəl praktik fəaliyyətini davam ettirir. 2000-ci ildən Belçikanın Liège Universitetinin və 2006-cı ildən Fransanın Paris Universitetinin əməkdaşıdır və ziyarətçi professorudur. 2013-cü ildən "l'information Dentaire" Fransız Dental jurnalının baş redaktorudur. EuroPerio9 2018 Amsterdam Təşkilat Komitəsinin prezidenti olmuşdur. 2013-2014-cü illərdə Avropa Pariodontologiya Federasiyasının prezidenti, 2006-2011-ci illərdə Belçika Parodontologiya Cəmiyyətinin Prezidenti, 2000-ci ildən Belçika Səhiyyə Nazirliyinin Parodontologiya üzrə Tanınma Komitəsinin üzvüdür.

 Parodont xəstəliklərində stressin rolu 

Stress orqanizmin  xarici və ya daxili qıcıqlandırıcılara qarşı dinamik reaksiyasıdır və insanın daha öncə qarşılaşmadığı vəziyyət qarşısında fizioloji və psixoloji reaksiyaların birləşməsindən ibarətdir. Stresin organizimimizə təsiri nevroloji, immunoloji, psixoloji və endokrin sistemlər arasında mövcud şəbəkə ilə olduğu aydın bir şəkildə izah olunur. Stresin parodont xəstəliklərinin inkişafı və irəliləyişi üzərində depresif bir immun sistem və davranış dəyişikliyi təsiri ilə özünü nümayiş etdirilir. Məruzə sırasında elmi əsaslar ilə birqə kliniki hallar nümunələri üzərində stress dövrundə olan xəstələrə və digər peşə sahiblərinə veriləcək kliniki tövsiyyələr ətraflı müzakirə olunacaq.

Prof. Massimo De Sanctis 1982-ci ildə ABŞ-ın Boston Universitetindən məzun olmuşdur və həmin universitetdən Parodontologiya üzrə mütəxəssis dərəcəsi almışdır. 1987-1989-ci illərdə Roma Universitetində, 1989-1999-cu illərdə Bologna Universitetində və 2000-2014-cü illərdə Siena Universitetində Parodontologiya kafedrasınn professoru vəzifəsində çalışmıdır. 2015-ci ildən Vita Salute San Raffaele Milano Parodontologiya kafedrasınn professoru və müdiridir. 100-dən çox elmi məqalənin müəllifidir. Fellow of the International College of Dentistry və Amerika Parodontologiya Akademiyasının həqiqi üzvüdür. İtaliya Parodontologiya Cəmiyyətinin keçmiş prezidentidir.

 Çoxsaylı diş əti çəkilmələrinin estetik rekonstruksiyasında parodontoloji cərrahiyyə və restovrativ müdaxilələr arasındaki əlaqə 

Son vaxtlarda xəstələrin estetik gözləməsi daim artdığından, diş əti çəkilmələri olan insanlarda parodontoloji plastik cərrahiyyə əməliyyatlarının əsas məqsədi təkcə kök səthinin örtülməsi deyil, həm də estetik uğurlu nəticələrin əldə olunmasından ibarət olmuşdur. Bu kimi qüsurların müalicəsində ən çox taça istiqamətlənmiş dilimin tək başına və ya birləşdirici toxuma qraftı ilə birqə istifadəsi tərcih olunur.  Bu növ əməliyyatlarda qarşılaşa biləcəyimiz ən sıx problemlərdən biri də diş əti çəkilməsi nahiyyəsində mina-sement birləşməsinin olmaması və pazvari qüsur ilə nəticələnməsi. Bu səbəbdən cərrahiyyə sırasında diş əti kənarının yeni konturunun təyyin olunması çətinlik yaradır. Məruzədə əməliyyat sırasında diş əti kənarının yeni konturunun vəziyyətini proqnozlaşdırmaqda etibarlı ola biləcək, anatomik interdental papilanın ideal boyunun hesablanmasına əsaslanan yeni bir texnika göstəriləcakdir. Bu üsul ilə təyyin olunan yeni mina-sement birləşməsinin  ətrafında cərrahiyyə sonrasında əldə olunan stabil və estetik nəticələr göstəriləcək. 

Dr. Cem Yıldız 2007-ci ildə Gazi Universiteti Stomatologiya Fakültəsində Parodontologiya üzrə Doktoranturanı bitirərək Tibb üzrə Fəlsəfə Doktoru (PhD) elmi dərəcəsini əldə etmişdir. Hal-hazırda dişlər ətrafında parodontoloji regenerasiya, implantlar ətrafında yumşaq toxuma aqumentasiyası və dental implantlar mövzusunda Türkiyədə və xaricdə müxtəlif elmi təqdimatları var. Bir sıra yerli və beynəlxalq təşkilatlarda implantologiya və parodontologiya üzrə kurslar təşkil verir. International Team for Oral Implantology (ITI) təşkilatında "ITI Türkiyə & Azərbaycan Study Club" koordinatorudur və həmin təşkilatın "ITI Beynəlxalq Məruzəçisidir". European Federation of Periodontology (EFP), Türk Periodontoloji Dərnəyi və Türk Estetik Stomatologiya Akademiyası Dərnəyinin (EDAD) aktiv üzvüdür. 2008-2017 illəri arasında Türk Parodontologiya Dərnəyinin və Türk Estetik Stomatologiya Akademiyası Dərnəyinin (EDAD) Ankara nümayəndəsi olaraq vəzifə yerinə yetirmiş və 2018-ci ildə həmin təşkilatın İdarə Heyətinə seçilmişdir. 2002-ci ildən 2018-ci ilə qədər Primadent Ağız Diş Sağlığı ve İmplantoloji klinikasında, 2018-ci ildən etibarən isə Dr. Cem Yıldız Estetik Diş Hekimliği ve İmplantoloji Diş Kliniğinde özəl kliniki fəaliyyətini davam etdirir.

 

 Estetik nahiyyədə implant cərrahiyyəsi zamanı yumşaq toxuma aqumentasiyası 

Müasir stomatologiyada diş çatışmazlığının ənənəvi müalicə üsulu olaraq implant müalicəsinin istifadəsi bu tarixə qədər yüksək bir müvəffəqiyyət nisbəti ilə əlaqələndirilir. Bu gün ən yüksək nailiyyətlərə nail olmaqda əsas rol implantın ətrafındakı yumşaq toxuma miqdarı və keyfiyyəti ilə bağlıdır. Diş-diş əti əlaqəsi və uyğunluğu dentofasial estetikanın əsasını təşkil edir. Həm təbii dişlər ətrafında, həm də implant ətrafında qəbul edilən estetik müvəffəqiyyət, bu dento-gingival uyğunluğunun qorunması və ya yenidən qurulması yolu ilə əldə edilir. Bu səbəbdən, xüsusilə estetik nahiyyədə, implant dəstəkli restavrasiyalara bitişik olan dişlərlə harmoniya və ya nöqsan olan bu harmoniyanın bərpası, və yumşaq toxumanın təbii görünüşünün qorunub saxlanmasında və yenidən qurulması ilə əlaqəlidir. Bu məruzə estetik nahiyyədə implant tətbiqlərində müalicənin planlaşdırılmasına, düzgün və effektiv cərrahi texnika seçilməsinə, yumşaq toxumanın idarə edilməsinə və qorunmasına yönəldiləcəkdir.

Dr. Emir Yüzbaşıoğlu Ondokuz Mayıs Universitetinin 2003-cü ildə Stomatologiya Fakültəsini bitirmişdir və 2006-ci ildə Ortopediya kafedrasında doktorantura proqramını bitirərək Tibb üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini almışdır. Medipol UniversitetiOrtopediya kafedrasında 2010-ci ildən assistent, 2017-ci ildən isə dosent vəzifəsində işləyir. 2012-ci ildən İstanbul Medipol Universitetinin Rejeneratif və Bərpa Olunan Tibbi Tədqiqatlar Mərkəzinın (REMER) əməkdaşıdır. Həmçinin, Beykent Universiteti Stomatologiya Fakültəsinin əməkdaşıdır. Türk Diş Həkimləti Birliyinin (TDB), Türk Prosthodontiya və İmplantologiya Cəmiyyətinin (TPİD), Beynəlxalq Dental Araşdırmalar Assosiasiyasının (IADR), Beynəlxalq İmplantoloqlar Təşkilatının (ITI), Deutsche Gesellschaft für Orale Implantologie DGOI), Avropa Kosmetik Diş Həkimliyi Dərnəyinin (ESCD) və Kompüter Dəstəkli Diş Həkimliyi Akademiyası (CADA) həqiqi üzvüdür. Beynəlxalq və yerli elmi jurnallarda 35-dən çox elmi məqalənin müəllifidir. 100-dən elmi toplantıda və davamlı tibbi təhsil kurslarda məruzə ilə çıxış etmişdir və kurs vermişdir. Bir neçə elmi jurnalın redaksiya heyətinin üzvüdür.

 “Rəqəmsal Stomatologiya: kliniki praktikamızda keçmişdən bu günə nələr dəyişdi? 

Bu gün yaşanan texnoloji inkişaflar nəticəsində stomatoloji praktikadada əhəmiyyətli dəyişikliklər baş vermişdir. Ən əhəmiyyətli dəyişikliklər xüsusən rəqəmsəl texnologiyaların təkrarlanan həll proseslərinə cəlb olunmasıdır. CAD-CAM proqramlarının və digər rəqəmsəl tətbiqlərin effektivliyi klinik iş axışına müxtəlif səviyyələrə dəstək verirlər. Məruzə sırasında rəqəmsal texnologiyalarda ki yeniliklərin klinik təcrübəmizə təsiri, effektivliyi, bu mühitdə rəqəmsəl diaqnostikanın həyatımız necə təsir göstərdiyini və yaxın gələcəkdə mütəxəssisləri hansı yeniliklər gözləyəcək ətraflı müzakirə olunacaq.

* Məruzəçi sıralaması soyadlarına görə təqdim olunmuşdur.

Elmi Proqram
Elmi Proqram

9 Noyabr 2018, Cümə

08:00 - 09:30        Qeydiyyat

 

09:30 - 10:30        Açılış Mərasimi

 Moderator: Prof. Afət Ağazadə

10:30 - 11:30         Prof. Mario Aimetti (Turin, Italiya): Parodont toxumalarının reqenerasiyasında innovativ yanaşmalar.

11:30 - 12:30         Prof. Sofia Aroca (Paris, Fransa): Implantlar ətrafında keratinləşmiş toxumaların artırılması.

12:30 - 13:00        Çay Fasiləsi

Moderator: Dr. Xaqani Hüseynov

13:00 - 14:00        Prof. Esra Can (İstanbul, Türkiyə): Keramik vinirlər: Diaqnostikadan fiksasiyaya qədər

14:00 - 15:00        Nahar Fasiləsi

Moderator: Dr. Cabbar Həsənov

15:00 - 16:00         Prof. Korkud Demirel (İstanbul, Türkiyə): Diş çəkilməsindən dərhal sonra implant cərrahiyyəsi: bioloji və kliniki əsaslar 

 

16:00 - 17:00         Prof. Yuliya Çumakova (Odessa, Ukrayna): Uşaqlar və böyüklərdə professional ağız boşluğu gigiyenasının müasir

                               konsepsiyası.

17:00 - 17:30         Çay Fasiləsi

Moderator: Dr. Aslan Məmmədov

17:30 - 18:30         Dr. Cem Yıldız (AnkaraTürkiyə): Estetik nahiyyədə implant cərrahiyyəsi zamanı yumşaq toxuma aqumentasiyası.

 

10 Noyabr 2018, Şənbə

 

Moderator: Dos. Cavid Əhmədbəyli

09:30 - 10:30          Prof. Lüdmila Orexova (Sankt-Petersburq, Rusiya): Dişlər və implantlar ətrafında dəstəkləyici parodontoloji müalicə.

10:30 - 11:30          Prof. Michele Reners (Liege, Belçika): Parodont xəstəliklərində stressin rolu.

11:30 - 12:00          Çay Fasiləsi

Moderator: Prof. Selçuk Yılmaz

12:00 - 13:00           Prof. Massimo De Sanctis (Milan, Italiya): Çoxsaylı diş əti çəkilmələrinin estetik rekonstruksiyasında parodontoloji      

                                 cərrahiyyə və restovrativ müdaxilələr arasındaki əlaqə. 

13:00 - 14:00          Nahar Fasiləsi

 

Moderator: Dos. Ramiz Əhmədbəyli

14:00 - 15:00          Prof. İlya Rabinovich (Moskva, Rusiya): Ağız boşluğu selikli qişasının xəstəliklərinin estetik aspektləri.

15:00 - 16:00          Dos. Emir Yüzbaşıoğlu (İstanbul, Türkiyə): “Rəqəmsal Stomatologiya: Kliniki praktikamızda keçmişdən bu günə nələr

                                dəyişdi?

16:00 - 16:30          Çay Fasiləsi

Moderator: Dr. Rövşən Məmmədov - Dr. Vüqar Qurbanov

16:30 - 17:30         Şifahi poster məruzələri

                               OP1: Deepa Dhruvakumar (Hindistan)

                               OP2: Sila Cağrı Işler (Türkiyə)

                               OP3: Toğrul Əliyev (Azərbaycan)

                               OP4: Hikmət Baxışov (Azərbaycan)

                               OP5: Valeh Qəhrəmanov (Azərbaycan)

17:30 - 18:00         Bağlanış mərasimi

20:00 - 01:00         Qala Gecəsi - Vertical 29 Restoran-Club. Ünvan: Azure Business Center, 29-cu mərtəbə, Nobel Prospekti 15, Bakı şəh.

                               Xüsusi qeyd: Qala gecəsində yalnız konqres qeydiyyatını tamamlamış həkimlər və onların ailə üzvləri iştirak edə biləcəklər. 

Qeydiyyat haqqına daxildir: Show program, şam yeməyi və premium spirtli içkilər. Qeydiyyat - 100 azn.

İştirak 125 nəfər ilə məhduddur. Qeyim tərzi: Eleqant, şık.

EstePerio2018 Təşkilat Komitəsinin qala gecəsi üzrə məsul üzvü: Dr. Xəyal Səmədov

Keçiriləcək Yer

Holiday Inn Baku Hotel

Keykab Xanim Səfərəliyeva küçəsi 5, AZ1010, Bakı şəh., Azərbaycan

https://www.ihg.com/holidayinn/hotels/us/en/baku/bakhi/hoteldetail

holiday-inn-baku-3714857856-16x5.jpg
Keçiriləçək Yer
Qeydiyyat
Qeydiyyat

Qeydiyyat başa çatmışdır!

Qeydiyyat haqqı

30 sentyabr 2018

tarixinə qədər

31 oktyabr 2018 

tarixinə qədər

01 noyabr 2018

tarixindən sonra

-

-

-

HƏKİM-STOMATOLOQLAR

-

-

-

TƏLƏBƏ & REZİDENTLƏR

-

-

-

Qeydiyyat haqqına aşağıdakılar daxildir:

  • Konqres çantası və materiallar

  • Elmi proqramda iştirak

  • Sərgi sahəsinə giriş

  • 4 çay fasiləsi və 2 nahar yeməyi (Cümə & Şənbə)

ŞƏRTLƏR VƏ QAYDALAR:

  • Azərbaycan Parodontologiya Cəmiyyəti üzvlüyü və üzvlük üstünlükləri haqqında ətraflı məlumat - https://www.perio.az/uzvluk

  • Tələbə və rezidentlər üçün göstərilən endirimli qiymətlərdən faydalanmaq üçün etibarlılıq müddəti qüvvədə olan tələbə bileti və ya rəsmi qaydada təsdiq olunmuş arayış təqdim olunmalıdır.

  • 14 sentyabr 2018-ci il tarixindən əvvəl qeydiyyatın ləğv olunması halında, qeydiyyat haqqının yalnız 50%-i geri qaytarılacaqdır. Bu tarixdən sonra qeydiyyat haqqı geri qaytarılmır. Geri qaytarılacaq məbləğlər konqresdən sonra ödəniləcəkdir. Qeydiyyatın ləğv olunma tələbi info@perio.az ünvanına yazılı şəkildə göndərilməlidir.

ONLAYN QEYDİYYAT 

Ön qeydiyyatınız uğurludur. Xahiş edirik qeydiyyatınızı tamamlamaq üçün ödəniş edin

Ödəniş Üsulları

Kredit kartı ilə onlayn ödəniş

İştirakçı onlayn ödəməni 3D Secure Sistemini dəstəkləyən VISA və ya MASTERCARD kredit kartları ilə edə bilər. Onlayn ödəmək üçün klikləyin

Qeydiyyat ofisində ödəniş

İştirakçı qeydiyyat ofisinə yaxınlaşaraq ödəməni yerində edə bilər. Ünvan: Azərbaycan Parodontologiya Cəmiyyəti, Zərifə Əliyeva küçəsi 31B, AZ 1000, Bakı şəhəri   Ünvanı Google Maps xəritəsində görmək üçün klikləyin

Əlavə suallarınız varsa bizimlə əlaqə saxlaya bilərsiniz:

Vəfa Quliyeva, EstePerio2018 Təşkilat Komitəsinin qeydiyyat üzrə məsul üzvü

info@perio.az

+994124930025

AZƏRBAYCAN PARODONTOLOGİYA CƏMİYYƏTİNİN ÜZVLƏRİ

Tərəfdaşlar
Tərəfdaşlar

Tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə tərəfdaş şirkətlərə təşəkkür edirik:

TƏRƏFDAŞLAR

NƏŞRİYYAT TƏRƏFDAŞLARI

TEXNİKİ TƏŞKİLATÇI

SƏRGİDƏ İŞTİRAK

EstePerio2018 Təşkilat Komitəsi adından, ölkəmizdə fəaliyyət göstərən stomatoloji şirkətləri konqresdə və sərgidə tərəfdaş olaraq iştirak etməyə dəvət edirik. Sərgi konqreslə birgə keçiriləcəkdir və konqres mərkəzinin foyesində yerləşəcək. Sərgi sahəsinin bölgüsü zamanı daha əvvəl müraciət etmiş şirkətlərə üstünlük veriləcəkdir.

EstePerio2018 Sergi I.jpg
new log0101.jpg

Sərgi sahəsinin qurulması

8 Noyabr 2018 18.30 - 23.30

 

Sərginin müddəti

9 Noyabr 2018 08.00 - 18.00

10 Noyabr 2018 08.00 - 18.00

 

Sərgi sahəsinin demontajı

10 Noyabr 2018 18.30 - 20.30

Əlavə suallarınız varsa bizimlə əlaqə saxlaya bilərsiniz:

Rövşən Məmmədov, EstePerio2018 Təşkilat Komitəsinin sərgi üzrə məsul üzvü

info@perio.az

rovshan.dental@gmail.com

+994503792840

Screen Shot 2018-08-06 at 3.58.12 PM_edi

DIAMOND SPONSOR

PLATINUM SPONSOR

Screen Shot 2018-10-03 at 2.35.37 PM_edi

GOLD SPONSOR

logo.png
Screen Shot 2018-10-03 at 2.35.37 PM_edi

SILVER SPONSOR

Screen Shot 2018-10-17 at 11.36.08 PM_ed
Screen Shot 2018-10-17 at 11.35.40 PM_ed
Screen Shot 2018-10-17 at 11.36.00 PM_ed
Screen Shot 2018-10-17 at 11.35.40 PM_ed
armada 1.jpg
logotam2016_png.png
Screen Shot 2018-10-17 at 11.35.50 PM_ed
Screen Shot 2018-10-18 at 4.50.07 PM_edi
Screen Shot 2018-10-29 at 2.17.40 PM_edi
Tezislərin qəbulu
Tezislərin qəbulu

EstePerio2018 Elmi Komitəsi adından, azərbaycanlı alimlər tərəfindən parodontologiya, implantologiya, estetik və rəqəmsal stomatologiya sahəsində aparılan orijinal elmi tədqiqatların nəticələrini bu konqresdə təqdim  etməyə dəvət edirik. Konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil üzrə akkreditasiya olunub və bu tədbirdə şifahi və əyani tezisləri təqdim edən həkim-stomatoloqlar əlavə 5 (beş) sertifikasiya kreditləri əldə edəcəklər. 

Təqdimat növləri

Elmi Araşdırma

​Təqdimatın tərkibi aşağıdakılardan ibarət olmalıdır: Tədqiqatın məqsədi, material & metodlar, nəticələr və onların müzakirəsi

 

Klinik hal

Klinik hal təqdimatı innovative müalicə üsulları, hal ilə bağlı müalicə hesabatı (case report) və ya seriyalarını (case series) təsvir etməlidir. ​Təqdimatda müalicənin Hesabatda qısa xülasəsi, klinik prosedurun təsviri və nəticələri təsviri olmalıdır.

  • Tezislər Azərbaycan və İngiliz dillərində yazılmalıdır.

  • Tezis xülasələri 300 sözdən çox olmamalıdır. Xüsusilə elmi araşdırma təqdimatları üçün nəticələrinizdən bəzi məlumatlar mütləq daxil edilməlidir. Hər bir tezis təqdimatında yanlız bir cədvəl istifadə oluna bilər, şəkillər və videolar yüklənə bilməz. Göndərmədən öncə tezislər diqqətlə oxunmalı və bütün əlavə qeydlərin tam olduğundan əmin olunulmalıdır.

  • Insanlar üzərində aparılan kliniki eksperimentlər mütləq Dünya Tibb Təşkilatının Helsinki Deklarasiyasının prinsiplərinə uyğun olmalıdır.

  • Heyvanlar üzərində aparılan eksperimentlər etik qaydalara riayət olunduğuna dair səlahiyyətli yerli orqanlar tərəfindən nəzərdən keçirilməlidir və qəbul edilməlidir.

  • Bütün təqdimatlar ekspert hakimlər qrupu tərəfindən nəzərdən keçiriləcəkdir və qəbul edilən tezislər ilə əlaqəli son qərar bu qrup tərəfindən veriləcəkdir. 

  • Hər bir müəllifin yalnız bir tesiz göndərilməsinə icazə verilir.

  • Tezislərin son göndərilmə tarixi: 5 Oktyabr 2018

  • Tezislərin qəbul olub-olmaması haqqında məlumat tarixi: 17 Oktyabr 2018

  • Qəbul olunan e-poster təqdimatlarının PDF formatında son göndərilmə tarixi: 25 Oktyabr 2018

  • Qəbul edilmiş tezislərin müəlliflərdən ən azı birinin 20 oktyabr 2018-ci il tarixinə qeydiyyatdan keçməsi və konqresdə iştirak etməsi mütləqdir.

Qəbul edilən bütün tezislərin xülasələri EstePerio2018 Yekun Proqramında nəşr olunacaq və müəllif tərəfindən PDF formatında göndərilən e-poster təqdimatları sərgi salonunda olan monitorlarda təqdim olunacaq.

E-Poster Təqdimatı

Tezislərin poster təqdimatının əsas formatı e-poster təqdimatı olacaq. 

  • E-posterinizi portret istiqamətdə 1 səhifəlik PDF-fayl kimi hazırlayın. Şriftin ölçüsü 16 istifadə olunmalıdır. E-posteri hazırlayarkən doğru ölçülü Powerpoint şablon nümunəsindən istifadə edə bilərsiniz (yükləmək üçün klikləyin).

  • Təqdimat mövzusunun tam adı, müəllifləri və təmsil etdikləri elmi-tədqiqat qurumlarının adı daxil edilməlidir. Şəkillər, cədvəllər və mətnlər ən azı 1,5 metr məsafədən oxunmalıdır.

  • Konqresdə təqdim olunan e-posterlər göndərilən tezislər ilə eyni mövzunu əhatə etməlidir.

  • Təqdimat mövzusuna aid şəkillər və videolar e-posterlərdə istifadə oluna bilərlər. Videolar aşağıdakı formatda olmalıdır: .mp4, .mpg, .mov, .avi / Maksimal fayl ölçüsü 40MB olmalıdır / Maksimal video sayısı 1 olmalıdır / Videoda səs dəstəklənmir.

Şifahi Təqdimat

Ən yaxşı 5 tezisin müəllifləri şifahi təqdimat üçün dəvət olunacaq. Dəvət olunan müəlliflər 10 dəqiqəlik şifahi məruzənı konqres iştirakçılarına əsas auditoriyada şifahi tədqdimatlar sessiyasında məruzə edəçəklər. Hər bir təqdimatdan sonra sədarət tərəfindən 2 dəqiqəlik sual-cavab mərhələsi olacaqdır.

QƏBUL EDİLƏN TEZİZLƏR

 

Şifahi Təqdimat

 

OP 101. CASE SERIES ON VERSATILITY OF AUTOGENOUS GRAFTS IN THE SUCCESS OF IMPLANTS

Deepa D, Arunkumar KV Swami Vivekanand Subharti University, Meerut - India.

 

OP 102. COMPARISON OF CLINICAL OUTCOMES OF MAXILLARY MILLER CLASS I MULTIPLE GINGIVAL RECESSIONS WITH THICK OR THIN PHENOTYPE TREATED WITH MODIFIED CORONALLY ADVANCED TUNNEL AND SUBEPITHELIAL CONNECTIVE TISSUE GRAFT

Bakhishov H, Isler SC, Ozdemir B Gazi University, Ankara - Turkey.

 

OP 103. TENT-POLE & I-PRF COMBINATION IN HORIZONTAL BONE AUGMENTATION (CASE SERIES - 30 MONTH FOLLOW-UP)

Aliyev T. Katip Celebi University, Izmir - Turkey 

 

OP 104. RIDGE SPLIT TECHNIQUE & SOFT TISSUE AUGMENTATION ON THE REHABILITATION OF A SEVERE ATROPHIC POSTERİOR MANDIBULAR AREA (CASE REPORT)

Bakhishov H, Bozyel B, Özdemir B.  Gazi University, Ankara – Turkey

 

OP 105 - CORRELATION BETWEEN PRIMERY STABILITY, PLACEMENT TORGUE AND HOUNSFIELD UNIT VALUES OF DENTAL IMPLANTS

Gahramanov V, Aydoğdu A, Toptaş M, Ünver T.  Bezmialem Vakif University, Istanbul - Turkey

 

E-Poster Təqdimatlar

EP 201 - THE PROSTHETIC REHABILITATION OF A FULLY EDENTULOUS MAXILLA TREATED WITH USING THE ‘‘TORONTO BRIDGE ” TECHNIQUE. A CASE REPORT

Abbasov E. Ondokuz Mayis University, Samsun - Turkey

 

EP 202 - WOUND HEALING WITH COLLAGEN SPONGE IN IMMEDIATE IMPLANT SURGERY.

Ismayilov B. Universita degli Studi Guglielmo Marconi, Rome - Italy

 

EP 203 - USE OF DIFFERENT RESEARCH METHODS IN DENTAL PRACTICE

Mammadov F. Azerbaijan Medical University, Baku - Azerbaijan

 

EP 204 - THE IMPORTANCE OF PROBIOTIC USE IN DENTAL PRACTICE

Ahmedbeyli C. Azerbaijani State Advanced Training Institute for Doctors, Baku - Azerbaijan

 

EP 205 - FREQUENCY OF APPLICATION OF VARIOUS PREVENTIVE MEASURES IN DENTISTRY

Ahmedbeyli C., Qarayev R., Seydibayov O. Azerbaijani State Advanced Training Institute for Doctors, Baku - Azerbaijan

 

EP 206 - EVALUATION OF ATTACHED GINGIVA AT PERI-IMPLANT SITE AND FREE GINGIVAL FLAP APPLICATION: A CASE REPORT

Tahirov V.

Private Practice, Ganja - Azerbaijan 

 

EP 207 - BONE AUGMENTATION IN THE FRONTAL REGION AND FORMATION OF GINGIVA. CASE REPORT

Bilalzadeh S. Azerbaijan Medical University, Baku - Azerbaijan

 

EP 208 - EFFECTIVENESS OF THE USE OF A DIODE LASER IN THE TREATMENT OF PERMANENT TEETH WITH PERIAPICAL LESIONS

Mamedzade R. Azerbaijan Medical University, Baku - Azerbaijan

 

EP 209 - PERIPHERAL GIANT CELL GRANULOMA ASSOCIATED WITH A DENTAL IMPLANT: A CASE REPORT

Gurbanov V. Private Practice, Baku - Azerbaijan

Əlavə suallarınız varsa bizimlə əlaqə saxlaya bilərsiniz:

Vüqar Qurbanov, EstePerio2018 Təşkilat Komitəsinin tezislər üzrə məsul üzvü

info@perio.az

surgeryvugar@gmail.com

+994552844104

Ümumi Məlumat
Ümumi Məlumat

Tədbir

EstePerio2018 3-cü Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqresi

Tarix

9-10 Noyabr 2018

Keçiriləcək Yer

Holiday Inn Baku Hotel, Bakı şəhəri

Təşkilatçılar

Azərbaycan Parodontologiya Cəmiyyəti

Azərbaycan Estetik Stomatologiya Assosiasiyası

 

Konqresin Fəxri Presidenti

Prof. Selçuk Yılmaz

 

Təşkilat Komitəsi

Cavid Əhmədbəyli (Stomatoloq, Uzman Doktor, Tibb üzrə Fəlsəfə Doktoru, Dosent), Sədr

Elçin Abbasov (Stomatoloq, Tibb üzrə Fəlsəfə Doktoru)

Rüstəm Ağazadə (Stomatoloq, Tibb üzrə Fəlsəfə Doktoru)

Nərgiz Əliyeva (Stomatoloq)

Hikmət Baxışov (Stomatoloq)

Rəhim Qarayev (Stomatoloq, Tibb üzrə Fəlsəfə Doktoru, Dosent)

Vəfa Quliyeva (Stomatoloq)

Vüqar Qurbanov (Stomatoloq, Tibb üzrə Fəlsəfə Doktoru)

Hüseyn Hüseynzade (Stomatoloq, Tibb üzrə Fəlsəfə Doktoru)

Emil İmanov (Stomatoloq, Tibb üzrə Fəlsəfə Doktoru)

Bəhruz Ismayılov (Stomatoloq, Tibb üzrə Fəlsəfə Doktoru)

Aslan Məmmədov (Stomatoloq, Tibb üzrə Fəlsəfə Doktoru)

Rövşən Məmmədov (Stomatoloq)

Şəbnəm Muradova (Stomatoloq)

Leyla Nadirova (Stomatoloq)

Rəsul Nəsrəddinov (Stomatoloq)

Xəyal Səmədov (Stomatoloq)

Elmi Komitə

Dos.Ramiz Əhmədbəyli, Sədr

Prof. Afət Ağazadə

Prof. Mario Aimetti 

Prof. Mahir Əliyev 

Prof. Rena Əliyeva

Prof. Sofia Aroca

Prof. Esra Can

Prof. Yulia Çumakova

Prof. Korkud Demirel

Prof. Kamal Gafarov

Cabbar Həsənov (Stomatoloq, Tibb üzrə Fəlsəfə Doktoru)

Xəqani Hüseynov (Stomatoloq)

Prof. Ludmila Orexova

Prof. Ilya Rabinovich

Prof. Çingiz Rəhimov

Prof. Michele Reners

Prof. Massimo de Sanctis

Prof. Oktay Seyidbəyov

Cem Yıldız (Stomatoloq, Tibb üzrə Fəlsəfə Doktoru)

Emir Yüzbaşıoğlu (Stomatoloq, Tibb üzrə Fəlsəfə Doktoru, Dosent)

Dəstək

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

Avropa Parodontologiya Federasiyası

Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu

Azərbaycan Tibb Universiteti

Azərbaycan Stomatoloji Assosiasiyası

Azərbaycan İmplantoloqlar İctimai Birliyi

Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti

Azərbaycan Estetik Diş Həkimliği Akademik Dərnəyi

IMPERIO


Konqresin rəsmi dili 
İngilizcə.
 Azərbaycan & Rus dillərinə sinxron tərcümə olunacaqdır.

Davamlı tibbi təhsil krediti

Konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil üzrə akkreditasiya olunub və bu tədbirdə iştirak edəçək və ya tezisləri təqdim edən həkim-stomatoloqlar sertifikasiya kreditləri əldə edəçəklər. 

Konqresin rəsmi saytı 
www.perio.az/esteperio2018baku


Sertifikat
Sertifikatlar bütün iştirakçılara konqresdən dərhal sonra qeydə alınmış e-mail ünvanına göndəriləcəkdir.

EstePerio2108 A2 PDF Poster Yükləmək üçün klikləyin

POSTER a2 AZ.jpg
Congress_A5_az_2018-1.jpg
Congress_A5_az_2018-2.jpg
bottom of page