top of page

EuroPerio10

10-cu Beynəlxalq Parodontologiya Konfransı

15-18 İyun 2022

Kopenhagen, Danimarka

EuroPerio10
IMG_6429.HEIC

Kopenhagendə Azərbaycanın da uğurla təmsil olunduğu EuroPerio10 beynəlxalq parodontologiya konfransı keçirildi.

15-18 iyun 2022-ci il tarixlərində Danimarkanın paytaxtı Kopenhagen şəhərində Avropa Parodontologiya Federasiyasının (EFP) təşkilatcılığı ilə EuroPerio10 10-cu beynəlxalq parodontologiya konfransı keçirildi. 100-dən çox ölkədən 7200-ə yaxın nümayəndənin iştirak etdiyi bu tədbirdə, Avropa Parodontologiya Federasiyasının tamhüquqlu üzvü olan Azərbaycan Parodontologiya Cəmiyyətidə aktiv iştirak edərək dəstək vermişdir. 130-dan çox məruzəçisi və elmi programı 41 sessiyadan ibarət olan dünya nüfuzlu konfransda ölkəmiz Azərbaycan Parodontologiya Cəmiyyətinin İdarə Heyəti üzvləri ilə yanaşı, ölkəmizdə və xariçi ölkələrdə fəaliyyət göstərən, habelə diplom sonrası təhsil alan 40-a yaxın azərbaycanlı həkim təmsil etmişdir. Həmçinin, bu konfransda azərbaycanlı alimlər tərəfindən parodontologiya və implantologiya sahəsində aparılan 10-a yaxın tətqiqatların nəticələri məruzə və poster olaraq təqdim olunmuşdur.

15 iyun tarixində EuroPerio10 konfransının açılış mərasimində Avropa Parodontologiya Federasiyasının üzvü olan olkələrin ənənəvi bayraq paradı  keçirilmişdir. Federasiyanın tamhüquqlu üzvü olaraq ilk dəfə iştirak etdiyi bu paradda Azərbaycan Parodontologiya Cəmiyyəti adına ölkəmizin bayrağı Cəmiyyətinin prezidenti Dr. Cavid Əhmədbəyli tərəfindən dalğalandırıldı. Acılış mərasimindən dərhal sonra Copenhagen City Hall-da keçirilən EuroPerio10 Speakers Dinner tədbirində konfransın məruzəçiləri və moderatorlarının şərəfinə ziyafət verildi.​​ Bu ziyafətə ölkəmiz adına Dr. Cavid Əhmədbəyli, Dr. Aslan Məmmədov və Dr. Rövşən Məmmədov dəvət olunmuşdur.

16 iyunda Avropa Parodontologiya Federasiyasının üzvü olan ölkələrin və diğər nüfuzlu beynəlxalq stomatoloji təşkilatların təmsil olunduğu ənənvi EFP Village sahəsində Azərbaycan Parodontologiya Cəmiyyətinin təqdimatı Cəmiyyətin İdarə Heyəti üzvü və EFP Village Azərbaycan koordinatoru Dr. Gülhuseyn Abdullayev tərəfindən aparılmışdır. Həmin gün Get Together Reception tədbirində Avropa Parodontologiya Federasiyasının üzvü olan olkələrin Parodontologiya Cəmiyyətlərinin rəsmi nümayəndələrinin şərəfinə ziyafət verilmişdir. Bu tədbirdə Azərbaycan Parodontologiya Cəmiyyəti Dr. Cavid Əhmədbəyli, Dr. Aslan Məmmədov, Dr. Rövşən Məmmədov, Dr. Gülhüseyn Abdullayev və Dr. Leyla Bəkirova tərəfindən təmsil olundu.

17 iyun 2022-ci il tarixində EuroPerio10 beynəlxalq parodontologiya konfransında Azərbaycan Parodontologıya Cəmiyyətinin vitse-prezidenti Dr.Aslan Məmmədovun moderator olduğu ‘‘Advanced surgical approaches to soft tissue reconstruction in Peri-implant dehiscence defects” mövzusunda və məruzəçiləri Daniel Thoma (İsveçrə), Mario Roccuzzo (İtaliya) və José Nart (İspaniya) olan sessiya keçirldi. Həmin gün Avropa Parodontologya Federasiyasının 30 illik yubileyinə həsr olunan kitab, Federasiyanın sabiq prezidenti və nəşrin müəllifi Dr.Joanna Kamma tərəfindən imzalanaraq Azərbaycan Parodontologıya Cəmiyyətinin prezidenti Dr. Cavid Əhmədbəyliyə təqdim olunaraq Cəmiyyətə hədiyyə olunmuşdur. Eyni gün MIS implant şirkəti tərəfindən təşkil olunan və Azərbaycan Parodontologiya Cəmiyyətinin üzvü olan nümayəndələrinində dəvət olunduğu MIS Party xüsusi əyləncə programı keçirilmişdir.

Konfransın son günü olan 18 iyun 2022-ci il tarixində EuroPerio10 beynəlxalq parodontologiya konfransının bağlanış mərasimi və Congress Evening qala geçəsi keçiridi. Növbəti EuroPerio11 11-ci beynəlxalq parodontologiya konfransı 14-17 May 2025-ci il tarixlərində Avstriyanın paytaxtı Viyana şəhərində keçiriləçək.

Şəkillər

Şəkilləri böyütmək üçün şəklin üzərinə klikləyin.

bottom of page