top of page

Forum Perio-Endodontika Beynəlxalq Elmi-Praktik Konfrans

05 fevral 2023

Bakı-Azərbaycan

Proqramı yükləmək üçün klikləyin

Forum Perio-Endodontika.png
Forum Perio & Endodontica.jpg

Bakıda Forum Perio-Endodontika Beynəlxalq elmi-praktik konfrans keçirildi.

Azərbaycan Parodontologiya Cəmiyyətinin və Limon Dental şirkətinin həm-təşkilatçılığı ilə 5 fevral 2023-cü il tarixində Badamdar Estates Baku hotelində “Forum Perio-Endodontika" beynəlxalq elmi-praktik konfrans keçirildi. Konfransla birgə tədbirin foyesində sərgidə təşkil olunmuşdur.

 

Konfransa parodontologiya və endodontiya üzrə Cavid Əhmədbəyli (Azərbaycan), Nəriman Cabbarlı (Almaniya), Məhəmməd Məmmədli (Almaniya) Zaur Mustafayev (Azərbaycan) kimi tanınmış mütəxəssislər mühazirəçi kimi dəvət olunmuşdurlar.

 

Konfransın açılışında konfransın Təşkilat Komitəsinin sədri, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli tərəfindən təşkilatın son illərdəki fəaliyyəti, əldə olunan nailiyyətləri və gələcək layihələr haqqında ətraflı məlumat verilmişdir. 

 

Dəvət olunan lektorlar tərəfindən aşağıdaki mövzularda mühazirələr konfrans iştikaçılarına təqdim olunmuşdur: Endodontik-parodontal zədələnmələrin diaqnostikası və müalicəsi (Cavid Əhmədbəyli), Kök kanallarının instrumentasiyası haqqında bilməli olduğunuz hər şey.  Müasir protokollar və faydalı məsləhətlər (Nəriman Cabbarlı), Kök kanallarının kimyəvi təmizlənməsi 3D obturasiyası (Məhəmməd Məmmədli), Periapikal patologiyaların konservativ müalicəsi (Zaur Mustafayev).

 

Konfransın sonunda Limon Dental şirkətinin dəstəyi ilə Nəriman Cabbarlı tərəfindən Kök kanallarının instrumentasiyasının və obturasiyasının müasir tətbiqi qaydaları mövzusunda master-klass da keçirilmişdir.

 

Tədbirdə 200 nəfərə yaxın yerli və xarici həkim, rezident və tələbə iştirakı etmişdir. 

 

Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil üzrə akkreditasiya olunmuşdur və bu tədbirdə iştirak edən həkimlər DDT kreditləri əldə etmişdirlər. 

Şəkillər

Şəkilləri böyütmək üçün şəklin üzərinə klikləyin.

bottom of page