
Perio & Caries layihəsi Avropa Parodontologiya Federasiyası (EFP) və Avropa Kariyes Tədqiqat Təşkilatının (ORCA) birqə təşkilatçılığı və Colgate şirkətinin dəstəyi ilə keçirilən Avropa Parodontologiya Qurultayında dişlərin kariyesi və parodont xəstəlikləri arasındakı vacib məqamlarının konsensus hesabatından ibarətdir.
Diş əti xəstəlikləri və dişlərin kariyesi ortaq genetik, etioloji və ekoloji amillərə malik olsalar da, müxtəlif trayektoriyalarla inkişaf edirlər. Bu layihəsinin məramı müəyyən edilən bu oxşarlıqların aşkar edilməsinə, hər bir xəstəliyin xüsusiyyətlərinin araşdırılmasına, hər iki hal üçün ayrı-ayrılıqda şəxslərə və ümumi əhali qruplarına profilaktik məsləhətlərin verilməsinə yönəldilmişdir.
Perio & Caries layihəsinin mühüm nəticələrinə aşağıdakılardan ibarətdir:
-
Həm kariyes, həm də parodont xəstəliyi ilə əlaqədar mikroorqanizmlər metabolik olaraq çox növlü, diş ərpləri kimi yüksək səviyyədə təşkil olunmuşdur.
-
Bu xəstəliklərin inkişaf etməsi müxtəlif stress amillərinin yaratdığı çoxsaylı mikrobların təsiri ilə sıx əlaqədardır. Kariyes zamanı qida şəkərinin və orqanik turşuların fermentasiyası asidogen və turş maddələrin miqdarının artmasına səbəb olur. Gingivitlərdə isə, diş əti kənarında ərpin toplanması iltihaba və proteolitik və çox zaman anareob bakteriya növlərin yaranmasına səbəb olur.
-
Parodont xəstəlikləri və kariyesə meyillikdə genetik amilin böyük rolunun olmasına dair güclü dəlillər mövcuddur və nisbi risk səviyyəsi 50% olaraq qiymətləndirilir.
-
Bütün dünyada kariyesin və parodont xəstəliklərinin yayılma səviyyəsində azalma müşahidə olunsa da, əhali sayının artması ilə yanaşı ağızda mövcud dişlərin daha uzun müddət qalması bu xəstəliklərin daha da proqressivləşməsinə səbəb olur.