top of page

Quintessenz Azərbaycanın 2-ci beynəlxalq konfransı

16 dekabr 2023

Bakı-Azərbaycan

Proqramı yükləmək üçün klikləyin

IMG_4265.PNG

Bakıda Quintessenz Azərbaycanın 2-ci beynəlxalq konfransı keçirildi.

16 dekabr 2023-cü il tarixində Bakı şəhərində Ritz-Carlton hotelində Quintessence Azərbaycan və Azərbaycan Parodontologiya Cəmiyyətinin həmtəşkilatçılığı ilə Mariano Sanz (İspaniya), Cavid Əhmədbəyli (Azərbaycan), Aslan Məmmədov (Azərbaycan) və Samir Kərimov (Azərbaycan) kimi tanınmış xarici və yerli mütəxəssislər mühazirəçi kimi dəvət olunan Quintessenz Azərbaycanın 2-ci beynəlxalq konfransı keçirilmişdir.

Mariano Sanz tərəfindən təqdim olunan “Diş çəkimi zamanı qərarın verilməsi - diş yuvası qoruma texnikası yoxsa dərhal implantasiya” və İmplant yerləşdirilmədən əvvəl sümük regenerasiyası üçün yeni yanaşmalar” adlı mühazirələrdə dişlərin çəkilməsindən sonra çəkim boşluğunun qorunması və ya implantların dərhal yerləşdirilməsi qərarlarının verilməsinin, implant tətbiqindən öncə sümüyün müasir regenerativ sübutlar əsasında rekonstruksiyası haqqında ətraflı məlumat verilmişdir.

Cavid Əhmədbəyli tərəfindən təqdim olunan “Peri-implant xəstəliklərin profilaktikası və müalicəsi” adlı mühazirədə implant ətrafı toxumaların iltihabi xəstəliklərinin mövcudluğu və onlara qarşı mübarizənin aparılması, bu kimi xəstəlikləri olan insanlarda məlumatlılığın təşviq edilməsi və ağız boşluğu sağlamlığınının təmin olunması, xəstəliklərin Avropa Parodontologiya Federasiyasının yeni nəşr olunmuş rəhbərliyi əsasında erkən diaqnostikası, profilaktikası, qeyri-cərrahi və cərrahi müalicəsinin əhəmiyyəti haqqında ətraflı məlumat verilmişdir.

Aslan Məmmədov tərəfindən təqdim olunan “Estetik bölgədə implantasiya” adlı mühazirədə ağız boşluğunun estetik nahiyyəsində dişlərin çəkilməsindən sonra sümük qüsurunun təhlili, implanların 3 boyutlu planlaması və  cərrahi tətbiqi, implant ətrafı sərt və yumşaq toxumaların biomateriallar ilə aqumentasiyasının, həmçinin implantüstü qapaqların dərhal yerləşdirilməsinin ən son elmi sübutlara əsaslanan müalicə üsulları haqqında ətraflı məlumat verilmişdir. 

Samir Kərimov tərəfindən təqdim olunan “Rəqəmsal stomatologiyanın əsas aspektləri” adlı mühazirədə restorativ və ortopedik stomatologiyada rəqəmsal texnologiyaların tətbiqi və onların istifadəsinin həkimlər və xəstələr üçün üstünlükləri haqqında ətraflı məlumat verilmişdir. 

Ölkəmizdə və dünyada Parodontologiyanın və İmplantologiyanın inkişafındakı xidmətlərə görə Azərbaycan Parodontologiya Cəmiyyətinin İdarə Heyətinin qərarı ilə ''Fəxri Üzvlük'' ilə təltif olunan dünya şöhrətli alim Prof. Mariano Sanza Quintessence Azərbaycan və Azərbaycan Parodontologiya Cəmiyyətinin həmtəşkilatçılığı ilə 16 dekabr 2023-cü il tarixində Bakı şəhərində Ritz-Carlton hotelində keçirilən Quintessenz Azərbaycanın 2-ci beynəlxalq konfransında Cəmiyyətin İdarə Heyəti üzvləri tərəfindən Fəxri Üzvlük plaketi və müxtəlif hədiyələr təqdim olunmuşdur.

Tədbirdə 200 nəfərə yaxın yerli və xarici həkim, rezident və tələbə iştirakı etmişdir. Məruzələr konfrans iştirakçıları tərəfindən böyük maraq ilə qarşılanmışdır və interaktif diskusiyaların aparılması ilə nəticələnmişdir. Konfransla birgə tədbirin foyesində sərgidə təşkil olunmuşdur.

Şəkillər

Şəkilləri böyütmək üçün şəklin üzərinə klikləyin.

bottom of page