Avropa Diş Əti Sağlamlığı Günü

12 May 2017

#PerioDay

Azərbaycanda mayın 12-də Azərbaycan Parodontologiya Cəmiyyəti Avropa Parodontologiya Federasiyası ilə birgə “Dişəti Sağlamlığı Vacibdir” şüarı altında Avropa Dişəti Sağlamlığı Günü təntənəli qeyd olundu.

Ölkəmizdə həmin günə aid təsirli bəyanatların verilməsi ilə yanaşı mətbuat konfransı, seminarlar, ödənişsiz parodontoloji müayinələr, təbliğat xarakterli buklet və plakatların paylanması və bu kimi məlumatların sosial şəbəkələrdə, eləcə də kütləvi informasiya vasitələrində yayımı kimi bir çox müxtəlif maarifləndirmə tədbirləri həyata keçirildi:

 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və Üz-Çənə Cərrahiyyəsi kafedrasında ixtisasartırma kursuna cəlb olunan həkim-stomatoloqlar üçün Azərbaycan Parodontologıya Cəmiyyətinin prezidenti, həmin kafedranın assistenti, tibb üzrə fəlsəfə doktoru, uzman doktor Cavid Əhmədbəyli tərəfindən “Diş əti xəstəliklərinin erkən diaqnostikası və müasir müalicə-profilaktika protokolları” mövzusunda seminar və Dr. Leyla Bəkir tərəfindən Curaprox ilə birqə master-klass keçirildi.

Azərbaycan Tibb Universitetinin stomatologiya ixtisası üzrə təhsil alan tələbələri və rezidentləri üçün Azərbaycan  Estetik Stomatologiya Assosiasiyasının sədri, terapevtik stomatologiya kafedrasinın dosenti, tibb üzrə fəlsəfə doktoru Ramiz Əhmədbəyli və Azərbaycan Parodontologıya Cəmiyyətinin vitse-prezidenti, ortopedik stomatologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Aslan Məmmədov tərəfindən “Parodont xəstəliklərinin müalicəsində müasir yanaşmalar” mövzusunda seminarlar keçirildi.

5A Dent stomatoloji klinikasında Dr. Cavid Əhmədbəyli və Dr. Şəbnəm Muradova, ATU-nun stomatoloji klinikasında Dr. Aslan Məmmədov, Dental Club stomatoloji klinikasında Dr. Rövşən Məmmədov, GP stomatoloji klinikasında Dr. Cavid Əliyev və Dr. Rəhim Qarayev tərəfindən ödənişsiz parodontoloji müayinələr aparılaraq pasientlərə bu xəstəliklərin əhəmiyyəti haqqında və tövsiyyə olunan müalicə-profilaktika tədbirləri haqqında ətraflı məlumatlar verildi.

Azərbaycan Parodontologiya Cəmiyyəti adından üzvlərimizi və ölkəmizdə fəaliyyət göstərən stomatoloq və parodontoloqları Avropa Dişəti Sağlamlığı Günü münasibətiylə təbrik edirik, dişəti xəstəlikləri ilə mübarizədə bizə qoşularaq dəstək verən həkimlərə və ictimaiyyətə öz minnəttarlığımızı bildiririk.

Şəkillər

Şəkilləri böyütmək üçün şəklin üzərinə klikləyin.

Cavid Ahmedbeyli EGHD2017
Cavid Ahmedbeyli EGHD2017
press to zoom
Cavid Ahmedbeyli6 EGHD2017
Cavid Ahmedbeyli6 EGHD2017
press to zoom
Cavid Ahmedbeyli2 EGHD2017
Cavid Ahmedbeyli2 EGHD2017
press to zoom
Cavid Ahmedbeyli7 EGHD2017
Cavid Ahmedbeyli7 EGHD2017
press to zoom
Cavid Ahmedbeyli3 EGHD2017
Cavid Ahmedbeyli3 EGHD2017
press to zoom
Cavid Ahmedbeyli5 EGHD2017
Cavid Ahmedbeyli5 EGHD2017
press to zoom
Cavid Ahmedbeyli4 EGHD2017
Cavid Ahmedbeyli4 EGHD2017
press to zoom
Shabnam Muradova2 EGHD2017
Shabnam Muradova2 EGHD2017
press to zoom
Shabnam Muradova EGHD2017
Shabnam Muradova EGHD2017
press to zoom
Aslan Mamedov EGHD2017
Aslan Mamedov EGHD2017
press to zoom
Aslan Mamedov2 EGHD2017
Aslan Mamedov2 EGHD2017
press to zoom
Rovshan Mamedov3 EGHD2017
Rovshan Mamedov3 EGHD2017
press to zoom
Rovshan Mamedov2 EGHD2017
Rovshan Mamedov2 EGHD2017
press to zoom
Rovshan Mamedov EGHD2017
Rovshan Mamedov EGHD2017
press to zoom
Cavid Aliyev EGHD2017
Cavid Aliyev EGHD2017
press to zoom
Cavid Aliyev2 EGHD2017
Cavid Aliyev2 EGHD2017
press to zoom
Rahim Qarayev EGHD2017
Rahim Qarayev EGHD2017
press to zoom

Videolar

  • Facebook - Grey Circle
  • Grey Instagram Icon
  • YouTube - Grey Circle
  • Google Places - Grey Circle