Avropa Diş Əti Sağlamlığı Günü 2018

12 May 2018

https://www.perio.az/diseti-saglamligi-gunu-2018

http://www.efp.org/events/european-gum-health-day/index.html

Ölkəmizdə 12 may 2018-ci il tarixində Azərbaycan Parodontologiya Cəmiyyəti Avropa Parodontologiya Federasiyası ilə birqə və Səhiyyə Nazirliyinin dəstəyi ilə “Sağlam həyat sağlam diş əti ilə başlayır” şüarı altında keçirilən Diş Əti Sağlamlığı Günü təntənəli qeyd olundu.

Bu günün məqsədi dişlər və implantlar ətrafında diş əti xəstəliklərinin ciddiyyəti haqqında ictimai məlumatlılığı artırmaq, bu xəstəliklər ilə əlaqəli sağlamlıq problemlərini gündəmə gətirməkdən, həmçinin diş əti sağlamlığının qorunub saxlanmasının əhəmiyyətini bildirməkdən ibarət idi.

Həmin günə aid təsirli bəyanatların verilməsi ilə yanaşı mətbuat konfransı, ödənişsiz parodontoloji müayinələr, təbliğat xarakterli buklet və plakatların paylanması və bu kimi məlumatların sosial şəbəkələrdə, eləcə də kütləvi informasiya vasitələrində yayımı kimi bir çox müxtəlif maarifləndirmə tədbirləri həyata keçirildi.

3 may 2018-ci il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və Üz-Çənə Cərrahiyyəsi kafedrasında ixtisasartırma kursuna cəlb olunan həkim-stomatoloqlar üçün kafedranın professoru - tibb elmləri doktoru Mahir Əliyev; dosenti - tibb üzrə fəlsəfə doktoru Rəhim Qarayev və Azərbaycan Parodontologıya Cəmiyyətinin prezidenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli tərəfindən “Diş əti xəstəliklərinin erkən diaqnostikası və müasir müalicə-profilaktika protokolları” mövzusunda məruzələr oxundu.

10 may 2018-ci il tarixində Azərbaycan Tibb Universitetinin stomatologiya ixtisası üzrə təhsil alan tələbələri və rezidentləri üçün Azərbaycan  Estetik Stomatologiya Assosiasiyasının sədri, terapevtik stomatologiya kafedrasinın dosenti, tibb üzrə fəlsəfə doktoru Ramiz Əhmədbəyli və 11 may 2018-ci il tarixində Azərbaycan Parodontologıya Cəmiyyətinin vitse-prezidenti, ortopedik stomatologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Aslan Məmmədov tərəfindən “Parodont xəstəliklərinin müalicəsində müasir yanaşmalar” mövzusunda seminarlar keçirildi.

7 may 2018-ci il tarixində Curaprox Azərbaycan komandası Azərbaycan Parodontologiya Cəmiyyəti ilə birqə stomatoloq Nübar Məmmədova tərəfindən "İlk Nur" uşaq baxçasında "Ağız boşluğunun gigiyenasına" dair seminar keçirmişdir. Seminar zamanı 25 uşaq müayinədən keçmişdir, həmçinin onlara ağız boşluğu sağlamlığı və gigiyenasına aid maarifləndirici məlumatlar verilmişdir. Tədbirin sonunda həkim tərəfindən onların ağız boşluğunda olan problemləri ilə valideynləri məlumatlandırılmış və onlara tövsiyyələr verilmişdir.

1-12 may 2018-ci il tarixilər arasında Dr. Cavid Əhmədbəyli, Dr. Aslan Məmmədov, Dr. Rövşən Məmmədov, Dr. Rəhim Qarayev, Dr.Vəfa Quliyeva, Dr. Leyla Nadirova, Dr. Günel Həsənova, Dr. Nərgiz Ramazanova, Dr. Elxan Məmmədov tərəfindən ödənişsiz parodontoloji müayinələr aparılan 110-a yaxın insanda bu xəstəliklərin əhəmiyyəti haqqında və tövsiyyə olunan müalicə-profilaktika tədbirləri haqqında ətraflı məlumatlar verilmişdir.​

16 may 2018-ci il tarixındə Rusiyə Parodontologiya Assosiasiyası və Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universiteti tərəfindən dəvət olunan Dr. Cavid Əhmədbəyli, Sankt-Peterburq şəhərində keçirilən Parodontologiyanın seçilmiş məsələlərinə və Avropa Diş Əti Sağlamlığı gününə həsr olunmuş beynəlxalq konfransda “Diş əti çəkilmələrinin müasir cərrahi müalicəsi” movzusunda məruzə ilə çıxış etmişdir.

Bununla bağlı Cəmiyyətimizin İdarə Heyyətinin üzvlərinə, bu tədbirin Azərbaycan koordinatörü Dr. Aslan Məmmədova və bizə qoşularaq dəstək verən həkimlərimizə, dövlət qurumlarımıza, şirkətlərə və həmçinin ictimaiyyətə təşəkkürümüzü bildiririk. 

Çap versiyasını yükləmək üçün PDF şəklinin üzərinə klikləyin.

Şəkillər

Şəkilləri böyütmək üçün şəklin üzərinə klikləyin.

Videolar

Xəbərlər

Xəbərlər səhifəsinə keçmək üçün şəklin üzərinə klikləyin.

  • Facebook - Grey Circle
  • Grey Instagram Icon
  • YouTube - Grey Circle
  • Google Places - Grey Circle

© 2012-2019 PERIOAZ