top of page

Azərbaycanda Diş Əti Sağlamlığı Günü 2020

 

Gingivit, parodontit peri-implantit dünyada yüz milyonlarla insana təsir edən qeyri-yoluxucu xroniki iltihabi diş əti xəstəlikləridir. Baxmayaraq ki, diş əti xəstəlikləri ilə şəkərli diabet, xroniki böyrək çatışmazlığı, revmatoid artrit, xərçəngin bəzi növləri, erektil disfunksiya, hamiləliyin ağırlaşmaları, ürək-damar xəstəlikləri və digər xroniki patologiyalar ilə əlaqəsi və ümumi sağlamlığa ciddi təhlükə yarada biləcəyini göstərən müxtəlif elmi tədqiqatlar mövcuddur, diş əti xəstəliyi ictimaiyyət tərəfindən hələ də az tanınır.

Ölkəmizdə 12 may 2020-ci il tarixində Azərbaycan Parodontologiya Cəmiyyətinin təşkilatçılığı və Səhiyyə Nazirliyinin dəstəyi ilə “Qanayan diş ətinə yox deyin” şüarı altında Beynəlxalq Diş Əti Sağlamlığı Günü qeyd olundu. Azərbaycanda artıq 5 ildir aktiv qeyd olunan bu günün məqsədi, xüssusən yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə, insanlarda dişlər və implantlar ətrafında diş əti xəstəliklərinin ciddiyyəti haqqında ictimai məlumatlılığı artırmaq, diş əti sağlamlığının qorunub saxlanmasının və erkən diaqnostikasının vacibliyini bildirmək ilə yanaşı hamiləlik, şəkərli diabet və ürək-damar xəstəlikləri arasındaki əlaqələrin əhəmiyyətini ön plana çıxararaq gündəmə gətirməkdən ibarətdir. Bu il yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbi ilə 50-dən çox ölkədə Avropa Parodontologiya Federasiyası ilə birqə təşkilata üzv olan ölkələrin Parodontologiya Cəmiyyətləri tərəfindən bu günə aid müxtəlif sosial maarifləndirici tədbirlər onlayn olaraq keçirildi.

 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun onlayn ixtisasartırma kursuna cəlb olunan həkim-stomatoloqlara institutun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Azərbaycan Parodontologıya Cəmiyyətinin prezidenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli tərəfindən “COVID-19 pandemiyası dövründə diş əti sağlamlığı. Ambulator şəraitdə parodont xəstəliklərinin cərrahi müalicəsi” mövzusunda onlayn məruzələr oxundu. Azərbaycan Tibb Universitetinin stomatologiya ixtisası üzrə təhsil alan tələbələrə universitetin terapevtik stomatologiya kafedrasının dosenti, Azərbaycan  Estetik Stomatologiya Assosiasiyasının sədri,  tibb elmləri doktoru Ramiz Əhmədbəyli və ortopedik stomatologiya kafedrasının assistenti, Azərbaycan Parodontologəya Cəmiyyətinin vitse-prezidenti, tibb üzrə fəlsəfə doktoru Aslan Məmmədov tərəfindən “Stomatoloji xəstəliklərinin erkən diaqnostikası və müasir müalicə-profilaktika tədbirləri” mövzusunda onlayn seminarlar keçirildi. Azərbaycan Parodontologiya Cəmiyyətinin vitse-prezidenti, Diş Əti Sağlamlığı Günü Azərbaycan koordonatoru Rövşən Məmmədov tərəfindən Diş Əti Sağlamlığı Gününə həsr olunmuş nəşrlər və videolar ölkəmizdə fəaliyyət göstərən həkimlərə və Cəmiyyətin üzvlərinə göndərilmişdir. Həmçinin, vebinarlar, sosial media kampaniyaları, instagram və facebookda canlı yayım sessiyaları kimi çox sayda maarifləndirmə tədbirləri Azərbaycan dilində keçirilmişdir.

Ətraflı: 

https://www.perio.az/disetisaglamligigunu

http://www.efp.org/events/european-gum-health-day/index.html

Şəkillər

Şəkilləri böyütmək üçün şəklin üzərinə klikləyin.

Post_Cuadrado_Instagram logo.jpg
BANNER_CORONA_01 with Logo.jpg
infografic_causes_of_gum_diseases_HiRes.
infografic_improve_your_life_HiRes.jpg
infografic_gum_diseases_HiRes.jpg

Videolar

Xəbərlər

Xəbərlər səhifəsinə keçmək üçün şəklin üzərinə klikləyin.

Gum Health Day Azerbaijan
Gum Health Day Azerbaijan
ADHTI Gum Health Day 2020
ADHTI Gum Health Day 2020
AZERTAC Gum Health Day 2020
bottom of page