top of page

12 May Diş Əti Sağlamlığı Günü

 

Gingivit, parodontitperi-implantit dünyada yüz milyonlarla insana təsir edən qeyri-yoluxucu xroniki iltihabi diş əti xəstəliklərdir. Yayılma intensivliyinə görə dünyada 6-cı yeri tutur800 milyona yaxın insan (dünya əhalisinin təxminən 10%-i, yaşı 35-dən çox olan insanların 80%-i) bu xəstəlikdən əziyyət çəkir. Müalicə edilmədiyi halda dişlərin və implantların itkisinə səbəb olur, bu da insanlarda düzgün qidalanma çətinliyi, nitq qüsuru, özünə inamın azalması və həyat keyfiyyətinin aşağı düşməsi deməkdir. Baxmayaraq ki, diş əti xəstəlikləri ilə şəkərli diabet, ürək-damar xəstəlikləri, xroniki böyrək çatışmazlığı, revmatoid artrit, Alzheimer xəstəliyi, xərçəngin bəzi növləri, hamiləlik ağırlaşmaları, erektil disfunksiya və hətta Covid-19-un fəsadlarının ağırlaşmasına səbəb ola biləcəyi təsdiq edən müxtəlif elmi tədqiqatlar mövcuddur, diş əti xəstəliyi ictimaiyyət tərəfindən hələ də az tanınır. Diş əti xəstəlikləri asanlıqla diaqnoz olunur və klinik nəzarətdə saxlanıla bilir; müntəzəm və yüksək keyfiyyətli dəstəkləyici müalicə ilə müsbət kliniki nəticələrə nail olmaq olur. Bu səbəbdən ağız boşluğu sağlamlığının təmin olunaraq qorunması üçün stomatoloq və ya parodontoloqun müntəzəm ziyarət olunması, mövcud olan diş əti xəstəliklərinin müalicə olunması çox vacibdir.

 

Ölkəmizdə hər il 12 may tarixində Avropa Parodontologiya Federasiyasının təşəbbüsü, Azərbaycan Parodontologiya Cəmiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə “Diş əti xəstəliklərinin qarşısı alına bilər” şüarı altında Beynəlxalq Diş Əti Sağlamlığı Günü kimi qeyd olunur. Azərbaycanda artıq 6 ildir aktiv qeyd olunan bu günün məqsədi, xüsusən yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə, insanlarda dişlər və implantlar ətrafında diş əti xəstəliklərinin ciddiyyəti haqqında ictimai məlumatlılığı artırmaq, diş əti sağlamlığının qorunub saxlanmasının və erkən diaqnostikasının vacibliyini bildirmək ilə yanaşı ürək-damar xəstəlikləri, şəkərli diabet və hamiləlik arasındaki əlaqələrin əhəmiyyətini ön plana çıxararaq gündəmə gətirməkdən ibarətdir. 

 

Son iki ərzində yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbi ilə bu günə aid müxtəlif sosial maarifləndirici tədbirlər 50-dan çox ölkədə Avropa Parodontologiya Federasiyası ilə birgə təşkilata üzv olan ölkələrin Milli Parodontologiya Cəmiyyətləri tərəfindən onlayn formatda keçirilir.

 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Davamlı Tibbi Təhsil kurslarına cəlb olunan həkim-stomatoloqlara İnstitutun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli tərəfindən “Diş əti sağlamlığı: Diş əti xəstəliklərinin diaqnostikası və müalicəsi” mövzusunda onlayn məruzələr oxundu. Azərbaycan Tibb Universitetinin ortopedik stomatologiya kafedrasının assistenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin vitse-prezidenti, Diş Əti Sağlamlığı Günü Milli koordinatoru Hənifə Musayeva tərəfindən Avropa Parodontologiya Federasiyasının bu günə həsr olunmuş və Azərbaycan dilində tərtib olunmuş həssas dişlər, nəfəsin xoşagəlməz qoxusu, laxlayan dişlər və siqaret istifadəsi kimi amillərin diş əti xəstəliyinin əlaməti olmasıstomatoloqa ziyarətin əhəmiyyətini göstərən dörd ədəd qısa animasiya filmləri və posterlər ölkəmizdə fəaliyyət göstərən həkimlərə və ictimaiyyətə Cəmiyyətin rəsmi saytı və sosial media səhifələri vasitəsi ilətəqdim olunmuşdur.

Ətraflı: 

https://www.perio.az/disetisaglamligigunu

http://www.efp.org/events/european-gum-health-day/index.html

GHD2021D.png
GHD2021B.png

Videolar

Xəbərlər

Xəbərlər səhifəsinə keçmək üçün şəklin üzərinə klikləyin.

Diş Əti Sağlamlığı Günü 2021
Diş Əti Sağlamlığı Günü 2021 ADHTI.png
Diş Əti Sağlamlığı Günü 2021 AZERTAC.png
bottom of page