İdarə Heyəti
CƏMİYYƏT
Haqqımızda
İdarə Heyəti
Fəxri Üzvlər

Cavid ƏHMƏDBƏYLİ
İdarə Heyətinin prezidenti
Cavid Əhmədbəyli 2000-2013-ci illərdə İstanbul şəhərində Yeditepe Universitetində ali təhsil alıb. 2005-ci ildə Yeditepe Universitetinin stomatologiya fakültəsini bitirdiktən sonra həmin universitetin Səhiyyə Elmləri İnstitutunda doktoranturaya daxil olub. Yeditepe Universitetində Avropa Parodontologiya Federasiyası tərəfindən akkreditə olunmuş parodontologiya üzrə rezidentura proqramını bitirərək 2011-ci ildə Federasiyanın Parodontologiya və İmplantologiya üzrə ixtisaslaşmış mütəxəssis diplomunu alıb. 2012-ci ildə Yeditepe Universitetinin parodontologiya kafedrasında «İncə biotipli çoxsaylı diş əti çəkilmələrin taca istiqamətlənmiş dilimlə təkbaşına və ya hüceyrəsiz dermal matrisa membranı ilə birlikdə cərrahi müalicəsi» mövzusunda dissertasiyanı müdafiə edərək Parodontologiya ixtisası üzrə doktorantura proqramını bitirib, Parodontologiya üzrə Fəlsəfə Doktoru (PhD in Periodontology) elmi dərəcəsini alıb. 2013-cü ildə Türkiyə Respublikası Səhiyyə Nazriliyi tərəfindən Parodontologiya ixtisası üzrə uzmanlıq diplomu verilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 2009-cu ildə Stomatologiya ixtisası, 2020-ci ildə Parodontologiya ixtisası üzrə tibb fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamələr verilib. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Tibb üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini alıb.
2015-2018-ci illərdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti olub, 2018-ci ildən hal-hazıradək kafedranın dosentidir. Tibb üzrə Elmlər Doktoru alimlik dərəcəsini almaq üçün planlaşdırılmış dissertasiya üzrə “İmplant ətrafı toxumaların iltihabi xəstəliklərinin profilaktika və müalicə tədbirlərinin təkmilləşdirilməsi” mövzusu Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurası tərəfindən 2017-ci ildə təsdiq olunub, hazırda tədqiqatlar Azərbaycan Tibb Universiteti və İstanbul Altınbaş universiteti ilə birqə yerinə yetirilir. Dişlər & implantlar ətrafında diş əti xəstəliklərinin qeyri-cərrahi müalicəsində antiseptik, antibiotik, probiotik & lazerlərin tədbiqi; reqenerativ və estetik plastik parodontoloji cərrahiyyəsi üzrə tədqiqatları yerli və beynəlxalq elmi konfranslarda təqdim olunub və nüfuzlu jurnallarda nəşr olunub. 45-a qədər elmi məqalənin, bir rəhbərliyin və tədris vəsaitinin müəllifidir. 2018-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Azərbaycan Tibb Universiteti rezidentlərinin Stomatologiya ixtisası üzrə yekun attestasiya komissiyasının üzvüdür. 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Dosent elmi adını alıb.
2008-ci ildən 2021-ci ilə qədər 5A Dent, 2022-ci ildən hal-hazıradək Estetik Diş stomatoloji klinikasında həkim-stomatoloq və həkim-parodontoloq olaraq fəaliyyət göstərir. Azərbaycan Parodontologiya Cəmiyyətini həm-təsisçisidir və hazırda həmin təşkilatın İdarə Heyətinin prezidentidir. 2013-cü, 2016-cı və 2018-ci illərdə Bakı şəhərində Azərbaycan Parodontologiya Cəmiyyəti tərəfindən təşkil olunan EstePerio Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Kongresslərinin Təşkilat Komitəsinin sədri olub. 2017-2018-ci illərdə Avropa Parodontologiya Federasiyasında Azərbaycan Parodontologiya Cəmiyyətinin nümayəndə heyətinin rəhbəri olub. 2017-ci ildə Avropa Parodontologiya Federasiyasının təşəbbüsü ilə keçirilən 12 May Beynəlxalq Diş Əti Sağlamlığı Günü üzrə Azərbaycanın Milli Koordinatoru olub. 2017-ci ildə İspanyanın Santiago De Compostela şəhərində Azərbaycan Parodontologiya Cəmiyyətinin Avropa Parodontologiya Federasiyasının 30-cu üzvü (assosiativ üzv) kimi qəbul edildiyi Baş Assambleyada Cəmiyyəti təmsil etmişdir. Avropa Parodontologiya Federasiyasının təşkilatcılığı ilə keçirilən EuroPerio9 (Amsterdam, 2018) və EuroPerio10 (Kopenhagen, 2022) beynəlxalq parodontologiya konfranslarının açılış mərasimlərində Avropa Parodontologiya Federasiyasına üzv olan ölkələrin ənənəvi bayraq paradında Azərbaycan Parodontologiya Cəmiyyəti adına ölkəmizin bayrağını dalğalanmışdır. 2019-cu ildə Azərbaycanda Parodontologiya ixtisasısın Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən tanınmasında fəal iştirak etmişdir. Parodont və peri-implant xəstəliklərinin yeni beynəlxalq təsnifatı, parodont xəstəlikləri-şəkərli diabet (Perio&Diabet), diş əti xəstəlikləri-dişlərin kariyesi (Perio&Caries), diş əti xəstəlikləri-ürək və damar xəstəlikləri (Perio&Cardio) və ağız boşluğu sağlamlığı və hamiləlik (Oral Health&Pregnancy) kimi beynəlxalq maarifləndirmə lahiyələrin Azərbaycan dilində tərtib edilməsi üzrə işçi qrupunun rəhbəri olub. Avropa Parodontologiya Federasiyası tərəfindən akkreditə olunmuş parodontologiya üzrə rezidentura proqramınının ilk Azərbaycanlı məzunu (EFP Alumni) olaraq 2018-ci ildə Niderlandın paytaxtı Amsterdam şəhərində Avropa Parodontologiya Federasiyasının təşkilatcılığı ilə keçirilən EuroPerio9 beynəlxalq parodontologiya konfransının PerioTalks sessiyasında “Life experience changing national periodontology vision” mövzusunda məruzə ilə cıxış etmişdir və 2021-ci ildə Federasiyanın nəşri olan Perio Life jurnalının 2-ci sayısında “Multidisciplinary or specialist practice?” müsahibə vermişdir. 2022-ci ildə Avstriyanın Viyana şəhərində Azərbaycan Parodontologiya Cəmiyyətinin Avropa Parodontologiya Federasiyasının tamhüquqlu üzvü kimi qəbul edildiyi Baş Assambleyada Cəmiyyəti təmsil etmişdir.
Azərbaycan Parodontologiya Cəmiyyətinin (PERIOAZ), Avropa Parodontologiya Federasiyasının (EFP), Beynəlxalq Parodontologiya Akademiyasının (IAP), Beynəlxalq Implantoloqlar Birliyinin (ITI), Stomatoloji Tədqiqatlar Beynəlxalq Akademiyasının (IADR) fəal üzvüdür. Azərbaycan, türk, ingilis və rus dillərini sərbəst bilir.

Aslan MƏMMƏDOV
İdarə Heyətinin vitse-prezidenti
Avropa Parodontologiya Federasiyasında Cəmiyyətin Nümayəndəsi
Aslan Məmmədov 2001-ci ildə Azərbaycan Tibb Universitetinin stomatologiya fakultəsini bitirmişdir. 2004-ci ildə Almaniyanin Erlangen-Nurenberg universitetinin klinikasinda operativ stomatologiya və parodontologiya şöbəsində rezidentura proqramını bitirmişdir. 2006-ci ildə Hamburg Eppendorf Universitetinin Mərkəzi Klinikasinda oral implantologiya üzrə curriculum keçmişdir. 2007-2010-ci illər ərzində Almaniyada Münxen IPI institunun parodontologiya üzrə ixtisaslaşma programını bitirmişdir. 2011-2013-ci illərdə Almaniyanida Frankfurt şəhərində W.Goethe Universitetində 2 illik təhsildən sonra, oral implantologiya üzrə «Master of Science» (MSc) elmi ixtisas dərəcəsini almışdır. 2013-2015-ci illər ərzində Avstriyada Vena Tibb Universitetinin Parodontologiya kafedrasinda elmi araşdırmalar və parodontologiya ixtisasi üzrə təhsilini davam etdirməkdədir və 2014-ci ildə həmin universitetdə Avstriya Parodontologiya Cəmiyyətinin Mütəxəsis sertifikatını almışdır. 2015-ci ildə tibb üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini almışdır. Azərbaycan Tibb Universitetinin ortopedik stomatologiya kafedrasının assistentidir. 2016-2018-ci illərdə ABŞ-ın Sietl şəhərindəki Kois Mərkəzinin davamlı stomatoloji təhsil proqramını bitirmişdir.
2015-ci ildən Azərbaycan Parodontologiya Cəmiyyətininin İdarə Heyətinin üzvü və vitse-prezidentidir. 2019-cü ildən hal-hazıradək Avropa Parodontologiya Federasiyasında Azərbaycan Parodontologiya Cəmiyyətinin nümayəndə heyətinin rəhbəridir. 2016-cı və 2018-ci illərdə Bakı şəhərində Azərbaycan Parodontologiya Cəmiyyəti tərəfindən təşkil olunan EstePerio Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Kongresslərinin Təşkilat Komitəsinin üzvü olub. 2018-ci ildə Avropa Parodontologiya Federasiyasının təşəbbüsü ilə keçirilən 12 May Beynəlxalq Diş Əti Sağlamlığı Günü üzrə Azərbaycanın Milli Koordinatoru olub. Parodont və peri-implant xəstəliklərinin yeni beynəlxalq təsnifatının Azərbaycan dilində tərtib edilməsi üzrə işçi qrupunun üzvü olub. 2022-ci ildə Avstriyanın Viyana şəhərində Azərbaycan Parodontologiya Cəmiyyətinin Avropa Parodontologiya Federasiyasının tamhüquqlu üzvü kimi qəbul edildiyi Baş Assambleyada Cəmiyyəti təmsil etmişdir.
Azərbaycan Parodontologiya Cəmiyyətinin (PERIOAZ), Avropa Parodontologiya Federasiyasının (EFP), Almaniya Parodontologiya Cəmiyyətinin (DGParo), Avstriya Parodontologiya Cəmiyyətinin (OeGP), Amerika Parodontologiya Akademiyasinin (APP), Almaniya Dental Implantologiya Assosiasiyasınin (DCZI) və Beynəlxalq Implantologlar Birliyinin (ITI) fəal üzvüdür. Azərbaycan, rus, ingilis və alman dillərini sərbəst bilir.

Rövşən MƏMMƏDOV
İdarə Heyətinin vitse-prezidenti
EuroPerio Konqresində Azərbaycan Nümayəndəsi
Rövşən Məmmədov 2002-ci ildə Azərbaycan Tibb Universitetinin stomatologiya fakultəsini bitirmişdir. 2012-ci ildə Ankara şəhərində IDEA-nın (İnterdisiplinar Dişhekimliği Eğitim Akademisi) Parodontologiya üzrə 4 moduldan ibarət təkmilləşdirmə kursunu bitirmişdir. Bakıdaki Dental Club stomatoloji klinikasının təsisçisidir və 2004-ci ildən həmin klinikada parodontologiya və implantologiya sahəsi üzrə həkim-stomatoloq olaraq fəaliyyət göstərir.
2017-ci ildən Azərbaycan Parodontologiya Cəmiyyətininin İdarə Heyətinin üzvüdür, 2018-ci ildə Cəmiyyətin Baş Katibi, 2019-ci ildən hal-hazıradək İdarə Heyətinin vitse-prezidentidir. 2016-cı və 2018-ci illərdə Bakı şəhərində Azərbaycan Parodontologiya Cəmiyyəti tərəfindən təşkil olunan EstePerio Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Kongresslərinin Təşkilat Komitəsinin üzvü olub. 2020-ci ildə Avropa Parodontologiya Federasiyasının təşəbbüsü ilə keçirilən 12 May Beynəlxalq Diş Əti Sağlamlığı Günü üzrə Azərbaycanın Milli Koordinatoru olub. Avropa Parodontologiya Federasiyasının təşkilatçılığı ilə 2018-ci ildə Amsterdam şəhərində EuroPerio9 və 2022-ci ildə Kopenhagen şəhərində keçirilən beynəlxalq parodontologiya konfranslarında Azərbaycan Parodontologiya Cəmiyyətinin nümayəndəsi olub (EuroPerio Ambassador). Parodont və peri-implant xəstəliklərinin yeni beynəlxalq təsnifatı və parodont xəstəlikləri-şəkərli diabet (Perio&Diabet) maarifləndirmə kampanyasının Azərbaycan dilində tərtib edilməsi üzrə işçi qrupunun üzvü olub.
Azərbaycan Parodontologiya Cəmiyyətinin (PERIOAZ), Azərbaycan İmplantoloqlar Cəmiyyətinin (AZİİB), Avropa Parodontologiya Federasiyasının (EFP), Italiya Parodontologiya və İmplantologiya Cəmiyəttinin (SİDP), Beynəlxalq Implantoloqlar Birliyinin (ITI) fəal üzvüdür. Azərbaycan, rus, ingilis və alman dillərini sərbəst bilir.

Hənifə MUSAYEVA
İdarə Heyətinin vitse-prezidenti
Layihələr koordinatoru
Hənifə Musayeva 1996-ci ildə İstanbul Universitetinin Stomatologiya fakultəsini bitirmişdir. 2015-ci ildə Frankfurt şəhərində Goethe Universitetində Parodontologiya & İmplantologiya üzrə 1 illik təkmilləşdirmə kursunu bitirmiştir. 2018-ci ildə tibb üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini almışdır. 2009-cu ildən hal-hazıradək Azərbaycan Tibb Universitetinin ortopedik stomatologiya kafedrasının assistentidir. Tibb üzrə Elmlər Doktoru alimlik dərəcəsini almaq üçün planlaşdırılmış dissertasiya üzrə mövzusu Azərbaycan Tibb Universitetinin Elmi Şurası tərəfindən 2021-ci ildə təsdiq olunub.
2019-ci ildən ildən hal-hazıradək Azərbaycan Parodontologiya Cəmiyyətininin İdarə Heyətinin üzvüdür, 2020-ci ildən hal-hazıradək İdarə Heyətinin vitse-prezidenti və layihələr koordinatorudur. 2021-ci ildə Avropa Parodontologiya Federasiyasının təşəbbüsü ilə keçirilən 12 May Beynəlxalq Diş Əti Sağlamlığı Günü üzrə Azərbaycanın Milli Koordinatoru olub. Diş əti xəstəlikləri-dişlərin kariyesi (Perio&Caries), parodont xəstəlikləri-şəkərli diabet (Perio&Diabet), ağız boşluğu sağlamlığı və hamiləlik (Oral Health&Pregnancy) və diş əti xəstəlikləri-ürək və damar xəstəlikləri (Perio&Cardio) kimi maarifləndirmə kampanyalarının Azərbaycan dilində tərtib edilməsi üzrə işçi qrupunun üzvü olub.
Azərbaycan Parodontologiya Cəmiyyətinin (PERIOAZ), Türkiyə Parodontologiya Cəmiyyətinin (TPD) və Avropa Parodontologiya Federasiyasının (EFP) fəal üzvüdür. Azərbaycan, türk və ingilis dillərini sərbəst bilir.

Vəfa XANMƏMMƏDOVA
Baş Katib
Sosial Media koordinatoru
12 May Diş əti Sağlamlığı Günü koordinatoru
Vəfa Xanməmmədova 2017-ci ildə Azərbaycan Tibb Universitetinin stomatologiya fakultəsində ali təhsil alıb. 2020-ci ildə həmin universitetin Stomatologiya ixtisası üzrə rezidenturanı bitirmişdir. Azərbaycan Parodontologiya Cəmiyyətininin 2018-ci ildən hal-hazıradək İdarə Heyətinin üzvüdür və Sosial Media koordinatorudur, 2019-ci ildən hal-hazıradək İdarə Heyətinin Baş katibidir. Bakı şəhərində 2018-ci ildə Azərbaycan Parodontologiya Cəmiyyəti tərəfindən təşkil olunan EstePerio Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Kongressinin Təşkilat Komitəsinin üzvü olub. Parodont və peri-implant xəstəliklərinin yeni beynəlxalq təsnifatının və ağız boşluğu sağlamlığı və hamiləlik (Oral Health&Pregnancy) maarifləndirmə kampanyasının Azərbaycan dilində tərtib edilməsi üzrə işçi qrupunun üzvü olub. 2023-ci ildə Avropa Parodontologiya Federasiyasının təşəbbüsü ilə keçiriləçək 12 May Beynəlxalq Diş Əti Sağlamlığı Günü üzrə Azərbaycanın Milli Koordinatorudur. Azərbaycan Parodontologiya Cəmiyyətinin (PERIOAZ) və Avropa Parodontologiya Federasiyasının (EFP) fəal üzvüdür. Azərbaycan, rus və ingilis dillərini sərbəst bilir.

Leyla BƏKİROVA
İdarə Heyətinin üzvü
Tədbirlər koordinatoru
Leyla Bəkirova 2011-ci ildə M.Seçenov adına Moskva Dövlət Tibb və Stomatologiya Universitetinin stomatologiya fakultəsini bitirmişdir. 2012-2013-cü illərdə həmin Universitetin nəzdində internatura kursu keçmişdir. 2013-2014-cü illərdə Moskva şəhərində Mərkəzi Stomatologiya və Üz-cənə cərrahiyəsi Elmi-Tədqiqat İnstitutunun Parоdontologiya şöbəsində təcrübə kursu keçmişdir, 2014-cü ildə həmin İnstitutda ordinaturaya daxil olmuşdur. 2015-2018-ci illərdə Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasında baş laborant, 2018-ci ildən hal-hazıradək kafedranın assistenti vəzifəsində çalışır. 2011-ci ildə Curaden Academy iTOP Level 1 & Level 2, 2016-ci ildə iTOP Teacher təlimlərində iştirak edərək rəsmi iTOP təlimçi statusunu əldə etmişdir. Swiss Dental Academiyasının Guided Biofilm Therapy (GBT) üzrə sertifikasiya keçmiş təlimçisidir. 2021-ci ildən hal-hazıradək Azərbaycan Parodontologiya Cəmiyyətininin İdarə Heyətinin üzvüdür. 2022-ci ildə Avropa Parodontologiya Federasiyasının təşəbbüsü ilə keçirilən 12 May Beynəlxalq Diş Əti Sağlamlığı Günü üzrə Azərbaycanın Milli Koordinatoru olub. Azərbaycan Parodontologiya Cəmiyyətininin (PERIOAZ), Avropa Parodontologiya Federasiyasının (EFP), Rusiya Parodontologiya Assosiasiyasının (RPA) fəal üzvüdür. Azərbaycan, rus və ingilis dillərini sərbəst bilir.