top of page

Parodont Xəstəliklərinin Müalicəsi

Sağlam diş əti olan insanlarda, diş əti toxumaları dişin boyun nahiyyəsini çox sıx və möhkəm şəkildə tam örtürək, dişlərin çənə sümüyü toxumalarında tam dəstəyini təmin edirlər. Parodont xəstəlikləri olduqda, diş əti və çənə sümüyü toxumaları iltihablanaraq azaldıqları üçün, dişlər ətrafında parodontolojı cib yaranır.  Zamanla parodontolojı cibin dərinliyi artdiqca, cib içindəki bakteriyaların çoxalaraq yaşamaları üçün daha çox yer təmin olunur. Nəticədə, daha cox çənə sümüyü itirildiyi üçün dişin çəkilməsi zərurəti yaranır.

 

Parodontit, heç və ya düzgün müalicə olunmamış, hər hansı digər xroniki xəstəliklər (kardiolojı, endokrinolojı xəstəliklər kimi və s.) kimi, inkişaf edəcəkdir və ya müalicə sonrası ilk fürsətdə təkrarlana bilər. Bunun üçün, həkim tərəfindən tövsiyə olunan və planlanan müalicənin bütün addımlarını başa çatdırmaq çox vacibdir.

 

Müalicənin məqsədləri arasında, diş əti xəstəliklərinin səbəbi olan bakteriyal ərpə və risk faktorlara tam nəzarət edərək parodontitin inkişafını dayandırmaq, parodontoloji ciblərin ortadan qaldırılması, həmçinin itirilmiş və zərər görmüş parodont toxumalarının bərpası ilə dişlər ətrafında sağlam mühiti təmin etməkdir.

PARODONTOLOJİ MÜALİCƏNİN ƏSAS MƏRHƏLƏLƏRİ

1. PARODONTOLOJİ MÜAYİNƏ

İlkin muayinə zamanı parodontoloq tərəfindən xəstənin tam tibbi və stomatoloji tarixi nəzərdən keçirilir. Bu mərhələdə xəstənin parodontolojı müalicəyə təsir göstərə biləcək hər hansı bir dərmanı qəbul etməsi və ya xəstə ürək xəstəliyi, şəkərli diabet, və ya hamiləlik kimi xəstəliklərin olmasını bildirməsi cox vacibdir.

 

Ağız boşluğu muayinəsində isə diş ətlərinin durumu, diş əti çəkilmələrinin varlığı, dişləm sırasında dişlərin bir birləri ilə uyğunluğu və dişlər arasında hər hansı boşluğun varlığı qiymətləndirilir. Diş əti sağlamlığını qiymətləndirmək üçün, üzərində xüsusi xətkeşi olan, parodontoloji zond istifadə edilərək dişlər ətrafında bir necə nöqtədə cib dərinlikləri ölçülür.

 

Kliniki muayinəyə əlavə olaraq bütün dişlər nahiyəsində periapikal rentgenlər vasitəsi ilə dişləri dəstəkləyən şənə sümüyü və digər parodont toxumaları qiymətləndirilir. Parodontolojı muayinədən sonra kliniki və rentgenolojı nəticələrin yazıldığı ətraflı hesabat ümumi stomatoloqa göndərilir.

2. QEYRİ-CƏRRAHİ PARODONTOLOJİ MÜALİCƏ

Parodontolojı mualicə mümkün olduqca ən az invaziv və ən səmərəli şəkildə olmalıdır. Bir çox vaxt qeyri-cərrahi müalicə vasitəsi ilə həyata keçirilə bilir, ancaq bilinməlidir ki, qeyri-cərrahi müalicənin məhdudiyyətləri vardır. Bu mərhələdə parodontoloji sağlamlığa nail ola bilmədiyimiz vaxt, parodontoloji cərrahiyyə uygun görülə bilər.

 

Fərdi ağız boşluğu gigiyena təlimatı və məsləhəti

Qeyri-cərrahi parodontolojı müalicənin məqsədi ağız boşluğunda bakteriya sayısını azaldaraq, nəticədə iltihab səviyyəsini də azaltmaqdır. Xəstələrə parodontoloq tərəfindən parodontitin səbəbləri və diş əti sağlamlığının necə qorunması haqqında məlumat verilir. Bununla yanaşı, hər bir xəstəyə, onun tələblərinə uyğun olaraq, ən uyğun diş fırçalama texnikası, diş ipi və ya diş arası fırçaların düzgün istifadəsi individual olaraq göstərilir.

 

Həkim tərəfindən professional təmizliklərin aparılması

Dişin ətrafındaki əlçatan ərazilərdən bütün yumşaq və sərt yığıntılar çıxarıldıqdan sonra dişlərin cilalanması və fluorlu gellərin tətbiqi ilə aparılan müalicədir.

5adent.az sayt.001_edited.jpg

Dişin kök səthinin təmizlənməsi və hamarlaşdırılmasi

Bu mərhələdə, xüsusi parodontolojı alətlər istifadə edilərək, dərin parodontoloji cibli dişlərin kök səthi, tərkibində bakterial toksinlər olan, ərp və diş daşları təmizlənərək, düzləşdirilir.  Ancaq dərin təmizlik sirasında parodontoloji ciblərin dərinlikləri bir miqdar azalsalar da, tamamən ortadan qalxmadıqları üçün, bu mərhələ periodik olaraq təkrarlanmalıdır. Bəzən əlavə olaraq, parodontal cib ici anbitiotik tətbiqi və ya immun sistemin modulasiyasi kimi, dəstəkləyici antimikrobial müalicəyə ehtiyac ola bilər. Bu mərhələdən sonra, əldə etdiyimiz parodontolojı sağlığı qorumaq məqsədi ilə, 3-4 ayliq fasilələrlə, parodontoloq tərəfindən periodik kontrollar aparılmalıdır.

PerioKurs I 2016.001_edited.jpg

Əlavə risk faktorlarının qiymətləndirilməsi

Bəzi risk faktorları diş əti xəstəliklərinin yaranmasına tək başlarına səbəb olmasalar da, onların inkişafını sürətləndirib və iltihabın olduğu şəraitdə müalicəni qeyri-sabit olması ilə nəticələndirə bilərlər.

 

Bu faktorların aradan qaldırılması məqsədi ilə aşağıdakı bəzi işləmlər tələb oluna bilər:

  • Qeyri-cərrahi parodontolojı müalicə zamanı, aktiv və ya müalicəyə tabe olmayan diş əti iltihabı olduqda, dəstəkləyici antimikrobial müalicə olaraq antibiotiklərdən istifadə edilməsi (mikrobioloji qiymətləndirmə ilə və qiymətləndirilmədən)

  • Siqaret və tütün məmulatlarının istifadəsinin azaldılması və ya atılması

  • DişIəm sırasında oklüziyal travmanın ortadan qaldırılması və ya bruksizmi olan xəstələrdə individual kappaların hazırlanması

  • Çənə sümüyündə zəifləmiş və laxlaması artmış dişlərin splintlənməsi (birləşdirilməsi)

  • Prognozu zəif olan dişlərin çəkimi

PerioKurs I 2016.001 copy 2_edited.jpg

Qeyri-cərrahi parodontolojı müalicənin qiymətləndirilməsi

İlkin parodontolojı müalicədən 6-12 həftə sonraki kontrol müayinəsində, parodontoloq tərəfindən xəstələrdə ağız boşluğu gigiyenası və əldə olunan diş əti sağlığını qiymətləndirmək üçün, üzərində xüsusi xətkeşi olan, parodontoloji zond istifadə edilərək, diş əti qanamasının varlığı və dişlər ətrafında cib dərinlikləri ölçülərək qeyd edilildikdən sonra əlavə parodontolojı müalicələr haqqında tövsiyələr verilir. Bu zaman parodontoloji cib dərinliyi ≥5 mm mövcud olan sahələrdə, parodontolojı cərrahiyyə uyğun görülə bilər. Bu dərinlikdəki ciblərdə, fırçalar və diş ipi xəstələr tərəfindən əlçatmaz olduğu üçün, bakteriyaların burada təkrar kolonizasiya olaraq yeni bir iltihaba səbəb olduqları bildirilmişdir.

19_edited.jpg

3. PARODONTOLOJI CƏRRAHİYYƏ

Parodontolojı cərrahiyyənin əsas məqsədi dişləri dəstəkləyən parodont toxumaların sağlamlığını və uzun müddətli stabilliyini yaxşılaşdırmaqdır. Yerli anesteziya altında aparılan acıq dilim parodontolojı cərrahiyyə zamanı dərin parodontolojı ciblərin və diş kökləri arasındaki furkasiya bölgəsindəki kök səthi tam görülərək bakteriyal ərpdən və diş daşlarından təmizlənməsi həyata keçirilir, bununla yanaşı diş əti və çənə sümüyündəki nizamsızlıqlar ortadan qaldırılaraq xəstələrdə gündəlik ağız boşluğu gigiyenası üçün daha rahat və əlverişli şərait yaradılır.

Parodontoloji Reqenerativ Cərrahiyyə

Bu cərrahiyyənin məqsədi, xüsusi reqenerativ biomateriallardan istifadə edilərək, parodontit nəticəsində zərər görmüş və ərimiş sümüyü yenidən bərpa etməkdir. Cərrahiyyə zamanı diş əti və diş arasındaki kök səthindən, diş əti xəstəliyinə səbəb olan bakteriyalar tam təmizləndikdən sonra, yaranan sümük defektinə uygun olaraq sümük tozları, toxuma regenerasiyası proteinləri və ya membranlar istifadə edilə bilərlər. Reqenerativ parodontolojı cərrahiyyənin nəticəsinin uğurlu, həmçinin qazanılan diş əti sağlamlığının uzun ömürlü olması üçün həkim tərəfindən tövsiyə edilən gündəlik ağız boşluğu gigiyena təlim qaydalarına və təyin olunmuş periodik kontrol müayinələrə tam zamanında müntəzəm riyaət edilməsi cox vacibdir.

emin ismayilzade.001_edited.jpg

Parodontoloji Plastik Cərrahiyyə

Diş əti çəkilməsi cərrahiyyəsinin məqsədi çəkilmə nəticəsində ağız boşluğuna acılmış kök səthinin çürüklərdən qorunması və diş əti ilə təkrarən tam örtülməsi, yaranan həssaslığın və estetik qüsurların ortadan qaldırılmasıdır. Diş əti cərrahiyyəsi zamanı donor toxuma olaraq istər "qızıl standart" qəbul olunan xəstələrin damaq nahiyyəsindən alınan diş əti toxuması və ya hazır olaraq satılan diş əti əvəzedici membranları istifadə edilərək bir və ya bir neçə diş əti çəkilmələri örtülə bilər.

Parodontoloji Rezektiv Cərrahiyyə

Xəstələrdə, "dişəti gülümsəməsi" adlanan, gülümsəmə zamanı diş tacının, anatomik olaraq normal uzunluqda olmasına baxmayaraq, normadan artıq diş əti ilə örtülü və qısa görünməsidir. Bu halda parodontoloq tərəfindən aparılan diş tacının uzadilma cərrahiyyəsi ilə normadan artıq olan diş əti və sümük toxuması bir və ya bir neçə diş ətrafında tənzimlənərək təbii gülümsəmə əldə olunur. Bununla yanaşı, bu cərrahiyyə növü diş əti səviyyəsinin altında olan çürüklərin və diş qırıqlarının bərpasından öncə və ya protezləmə mərhələsindən öncə kliniki diş tacının artırılması məqsədi ilə aparıla bilər.

İMPLANTLAR ƏTRAFINDA DİŞ ƏTİ XƏSTƏLİKLƏRİ

Parodontoloqlar, dişlər və implantlar ətrafında diş əti xəstəliklərinin qarşısının alınmasında, diaqnostikasında və müalicəsində, həmçinin ağız boşluğunda implantların yerləşdirilməsində ixtisaslaşmış stomatoloqlardır. Dünyada dişlər və implantlar ətrafındaki diş əti xəstəlikləri olan insanların sayı sürətlə artdıqca, xüsusən də bu xəstəliklərin digər sistemik xroniki xəstəliklərlə əlaqəsi elmi araşdlırmalar nəticəsində təsdiqləndikcə, keçmişdə və hal-hazırda diş xəstəlikləri olan insanlarda ümumi stomatoloqlar və ya ağız cərrahları yerinə bu sahədə ixtisaslaşmış və daha təcrübəli olan parodontoloqlar tərəfindən müayinə, müalicə və cərrahiyyə olunması əhəmiyyət kəsb edir. İmplantlar, ağiz boşluğunda parodont xəstəlikləri, travma və ya digər səbəblərdən itirilmiş dişləri əvəz etmək məqsədi ilə çənə sümüyünə yerləşdirilən süni diş kökləridir. İmplantlar üçün ideal namizədlər, yaxşı ümumi və ağız boşluğu sağlamlığı olan insanlardır. İmplant planlanması sırasında ağiz boşluğunda bütün müalicələr tamamlanmış, diş ətləri sağlam və cərahiyyə nahiyəsində kifayət qədər cənə sümüyü həcmi və ölçüləri olmalıdır.

Təbii dişlərdə olduğu kimi, implantlar ətrafında da bakteriyalar diş əti və çənə sümüyü toxumalarının qıcıqlandırması ilə iltihablanmasına (Peri-implant mukozit/Peri implantit) və itkisinə səbəb ola bilərlər.

 

Peri-implant mukozit

Peri-implant mukozit zamanı diş əti iltihabı, implant ətrafında sümük itkisi olmadan, yalnız yumşaq toxumalarda görünə bilər. Ümumiyyətlə, peri-implant mukozit peri-implantitin xəbərçisidir! Elmi tətqiqatlar göstəriblər ki, peri-implant mukozit, erkən diaqnoz edildiyində, geri dönüşümlü olaraq uğurla müalicə edilə bilər.

 

Peri-implantit

Peri-implantit zamanı çənə sümüyü, peri-implant mukozitdən fərqli olaraq, implant ətrafındaki diş əti iltihabı və sümük itkisi ilə nəticələnir. Peri-implant xəstəliklərin əlamətləri dişlər ətrafindaki diş əti xəstəlikləri ilə bənzərdir: ödemli və fırçalama zamanı qanayan diş ətləri. Daha öncə diş əti xəstəlikləri diaqnozu qoyulanlar, ağız boşluğu gigiyenası aşağı səviyyədə olanlar, siqaret istifadə edənlər və ya diabeti nəzarət altında olmayan insanlar  peri-implant xəstəliklərin yaranmasında daha yüksək risk altındadırlar. Peri-implantiti ortadan qaldırmaq üçün adətən əlavə olaraq cərrahi müalicə tələb olunur. Dişlərdə də olduğu kimi, implantlar ətrafında da müntəzəm fırçalama və diş ipi istifadəsi ilə yanaşı parodontoloqlar tərəfindən 4-6 aydan bir periodik kontrol muayinilər və professional müalicə tətbiq olunaraq implantların ağız boşluğunda istifadə müddəti artırıla bilər.

4. PROFİLAKTİK DƏSTƏKLƏMƏ MƏRHƏLƏSİ

Uğurlu parodontolojı müalicə həkim tərəfindən tövsiyə edilən gündəlik ağız boşluğu gigiyena təlim qaydalarına və təyin olunmuş periodik kontrol müayinələrə tam zamanında müntəzəm riyaət edilməsi ilə tam əməkdaşlıq tələb edir. Periodik kontrol müayinələr diş əti sağlamlığının stabilliyini təmin etmək üçün, xəstəliyin təkrarlanmayaraq, yenidən dəstək toxumaların dağılması ilə nəticələnmədiyindən əmin olmaq üçün həyati vacibdir. Periodik kontrol müayinələrın sıxlığı diş əti xəstəliyinin ağırlığından və bu xəstəliyin o insanda individual inkişaf etmə riskindən asılıdır. Adətən, kontrol müayinələr hər 3-6 aydan bir nəzərdə tutulur.

5adent.az sayt.001_edited.jpg

Mənbəə:

European Federation of Periodontology http://www.efp.org/public

Canadian Academy of Periodontology www.cap-acp.ca

American Academy of Periodontology www.perio.org

bottom of page