Parodont Xəstəlikləri
PARODONT XƏSTƏLİKLƏRİNİN NÖVLƏRİ
GİNGİVİT
Gingivit, diş ətində şişkinliyə, qırmızılığa və asanlıqla qanamaya səbəb olan, diş əti xəstəliklərinin ən mülayim formasıdır. Adətən bu mərhələdə narahatçılıq az olur və ya heç olmur. Bu xəstəliyə adətən qeyri-adekvat ağız boşluğu gigiyenası səbəb olur.
Gingivitə səbəb ola bilən digər faktorlar isə şəkərli diabet, siqaret çəkmək, qocalma, genetik meyillilik, sistemik xəstəliklər, stres, qeyri-kafi qidalanma, cinsi yetkinlik dövrü, hormonal dəyişikliklər, hamiləlik, maddə asılılığı, QİÇS və müəyyən dərmanların istifadəsidir.
Gingivitin əsas müalicəsi ümumi stomatoloq və ya parodontoloqlar tərəfindən tətbiq olunan professional müalicə, xəstə tərəfindən isə yaxşılaşdırılmış ağız boşluğu gigiyenasıdır.
PARODONTİT
Müalicə olunmamış gingivit parodontitə qədər inkişaf edə bilər, nəticədə isə dişin itirilməsinə və digər sağlamlıq problemlərinə gətirib çıxara bilər. Vaxt keçdikcə, diş ərpi diş əti səviyyəsinin altından cibin icərisinə yayıla bilir. Ərp içərisindəki bakteriyaların toksinləri diş ətlərini qıcıqlandıraraq, insan organizmində xroniki iltihabi cavab stimullaşdırmaq, dişi dəstəkləyən toxumalarda, xususən də çənə sümüyündə əriməya səbəb olurlar. Bunun nəticəsində diş və diş əti arasında cib şəklində iltihablı boşluq formalaşır. Xəstəlik irəlilədikçə, ciblər dərinləşir və dişi dəstəkləyən toxumaların daha çox itirilməsinə səbəb olur. Ümumiyyətlə bu xəstəliyin çox mülayim simptomları olur. Ən sonda isə, dişlərin laxlayıb, tamamən cəkilməsi ilə nəticələnə bilir.
Ümumi olaraq parodontitin bir necə formaları var:
Parodontit
Dişi dəstəkləyən toxumaların iltihablaşması və itkisi ilə nəticələnir. Hər yaşda, xususən də yetkin insanlada baş verə bilən, parodontitlər arasında ən cox qarşılaşdığımız formasıdır, bununla yanaşı xəstə diş əti cibinin formalaşması və/və ya diş əti çəkilmələri ilə xarakterizə olunur. Dişi dəstəkləyən toxumaların, xususən də çənə sümüyünün, əriməsi ləng olur, lakin sürətli ərimə dövrləri də baş verə bilər.
Sistemik xəstəliklərin təzahürü olan parodontitlər
Şəkərli diabet, kardiolojı və tənəffüs sistemi xəstəliklərin təzahürü olan parodontitlər, adətən gənc yaşlarda baş verəbilən, diş əti xəstəlikləridir.
Nekrotik parodontitlər
Nekrotik parodontitlər, ən çox İnsan İmmun Çatışmazlığı Virusu infeksiyasına yoluxan, qidasızlıq problemi olan və immunosuppressiyalı insanlarda nekrozlaşan diş əti toxumaların, parodontal liqamentin və alveolar cənə sümüyünün nekrozu ilə müşahidə olunur.
PARODONT XƏSTƏLİKLƏRİNİN SİMPTOMLARI
Parodont xəstəlikləri ümumiyyətlə sakit (zahiri əlamətləri olmadan) inkişaf edikləri üçün əksər vaxtlarda yalnız inkişaf etmiş mərhələdə həkim tərəfindən aşkarlanmış olurlar.
Lakin diş əti xəstəliklərinin insanlar tərəfindən bir neçə diqqət çəkə biləcək xəbərdarlıq əlamətləri vardır:
-
Ağız boşluğunda ağrı, sişmiş və ya qanamaya meyilli qırmızı rəngli diş əti.
-
Sərt yeməklər yeyərkən, diş ipi istifadə edərkən və fırcalama zamanı diş ətlərində qanama
-
Diş ətlərinin dişlərdən və implantlardan ayrılması və ya çəkilməsi səbəbi ilə dişlərin və ya implantların daha uzun görünməsi
-
Dişlər arasında məsafənin artması və ya onların çəkilmiş olmaları
-
Dişlər və diş ətləri arasında irinin varlığı
-
Ağız boşluğunda yaralar
-
Xoşaqəlməz ağız qoxusu
-
Təmas edərkən yuxarı və aşağı dişlər arasında uyğunsuzlğun artması
-
Hissəvi şıxan protezlərin çənələrdəki uyğunsuzluğu.
RİSK FAKTORLARI
Parodont xəstəliklərinin əsas səbəbi ərpdir, lakin bir neçə diğər amillər də diş əti sağlamlığına təsir göstərə bilirlər.
YAŞ
ABŞ-dakı Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Mərkəz (CDCP) tərəfindən bildirilib ki yaşlı insanlarda parodontal xəstəliklər daha yüksək dərəcədədir, 65 və daha yaşlı olan Amerikalılar arasında 70% parodontit olduğu göstərilmişdir.
SİQARET VƏ TÜTÜN MƏMULATLARININ İSTİFADƏSİ
Siqaret və tütün məmulatlaının istifadəsi, xərçəng, ağciyər və ürək xəstəlikləri, eləcə də bir çox diğər sağlamlıq problemləri kimi, bir çox ciddi xəstəliklər ilə bağlıdır. Bununla yanaşı, siqaret və tütün məmulatlaının istifadəçilərində diş əti xəstəlikləri riski daha yüksəkdir. Araşdırmalar siqaret və tütün məmulatlaının istifadəsinin diş əti xəstəliklərinin inkişafında və irəliləməsində ən əhəmiyyətli risk faktorlarından biri olaraq göstərmişdir.
QENETİK MEYİLLİLİK
Araşdırmalarda qeyd edilmişdir ki, bəzi insanlar qenetik olaraq diş əti xəstəliklərinə meyillidirlər. Bu insanlarda, ağız boşluğunda mükəmmələ yaxın qulluq vərdişlərinə baxmayaraq, diş əti xəstəliklərinin inkişaf etmə riski daha yüksəkdir. Hətta xüsusi genetik test ilə, bu insanlarda diş əti xəstəliklərinin ilkin əlamətləri və təzahürləri özünü büruzə verməzdən əvvəl müəyyən edilərək və erkən müdaxilə ilə müalicə olunması, və nəticədə bütün ömür boyu dişlərin ağız boşluğunda qorunmasi üçün köməklik qöstərilməsi mümkündür.
STRESS
Stress yüksək qan təzyiqi, xərçənq, eləcə də bir çox diğər xəstəliklər ilə bağlıdır. Həmçinin, stress diş əti xəstəlikləri üçün risk faktordur. Araşdırmalar göstərmişdir ki, stress insan orqanizminin immun sisteminin infeksiyalara və diş əti xəstəliklərinə qarşı mübarizəsini xeyli zəifələdir.
DƏRMANLAR
Oral kontraseptivlər, anti-depresantlar və müəyyən kardioloji preparatlar ağız boşluğunda diş əti sağlamlığına təsir göstərə bilər. Qəbul etdiyiniz bütün dərmanlar və ümumi sağlamlıqınızdaki hər hansı dəyişikliklər haqqında həkiminizə məlumat verilməsi cox vacibdir.
DİŞLƏRİN QICIRDADILMASI
Bruksizmi olan insanlarda dişlərə və onları dəstəkləyən parodontal toxumalara normadan artıq güc düşməsi səbəbi ilə o, toxumalara daha cox zərər verərək çənə sümüyünün əriməsi sürətlənir.
ÜMUMİ XƏSTƏLİKLƏR
Şəkərli diabet, revmatoid artrit və ürək-damar xəstəlikləri bədənin immun sisteminə təsir göstərdikləri üçün diş əti xəstəliklərini şiddətləndirə bilər.
ZƏİF QİDALANMA VƏ PİYLƏNMƏ
Mühüm qida maddələrindən imtina edilən nöqsanlı pəhrizlər və piylənmə immun sistemə təsir göstərdikləri üçün bədənin infeksiyalara və xəstəliklərə qarşı mubarizəsini çətinləşdirərək diş əti xəstəlikləri riskini artıra bilirlər.
PARODONT XƏSTƏLİKLƏRİNİN PROFİLAKTİKASI
Parodont xəstəliklərinin əsas səbəbi, dişlər və implantlar ilə diş ətləri arasında, daxilində bakteriyaların olduğu ərpdir. Ağız boşluğu gigiyenası pozulduqda və ərpin miqdarı artdiqda, dişlər və implantlar ətrafında diş ətləri iltihablanmağa başlayırlar. Xəstələr tərəfindən ərp ortadan qaldırılaraq təmizlənmədikcə və ya həkimlər tərəfindən müalicə olunmadıqca, ərpin səbəb olduğu iltihab dişləri dəstəkləyən sərt və yumşaq toxumaların sağlığının pisləşməsinə, və nəticədə diş əti çəkilmərənin yaranması və ya dişlərin itirilməsinə gətirib çıxara bilər. Tədqiqatlar şəkərli diabet və ürək-damar xəstəlikləri ilə diş əti xəstəliklərinin əlaqəsini təsdiqləyiblər, və bu xəstəliklərin varlığında diş əti xəstəliklərinin şiddətinin arttığını bildiriblər.
Mütəmadi gündəlik ağız boşluğu gigiyenası vərdişlərinin köməkliyi ilə diş əti xəstəliklərinin qarşısı alına bilər:
1. DİŞ İPİ - DİŞLƏR ARASI FİRÇALARIN İSTİFADƏSİ
Gündə ən az bir dəfə diş ipi və ya diş arası fırcalardan istifadə edərək dişlər arasındakı boşluqlar təmizlənməlidir. Diş ipi dişlər arasındakı məsafə az və ya heç olmadıqda, diş arası fırcalar isə geniş məsafələr olduqda istifadə edilməlidir.
2. DİŞƏRİN FIRÇALANMASI
Yeməklərdən və yatmazdan öncə, diş ipi və ya diş arası fırcalarından istifadə etdikdən dərhal sonra, yumuşaq və ya ultra yumuşaq fırcalardan istifadə olunaraq dişlər və implantlar ətrafındakı ərp təmizlənməlidir. Bununla yanaşı, dil üstünün də xüsusi fircalardan istifadə edərək bakteriyalardan təmizlənməsi tövsiyə olunur.
3. ANTİBAKTERİAL QARQARALARIN İSTİFADƏSİ
Dişlərin fırcalanmasından sonra olaraq antibakterial ağız qarqaralarının istifadəsi, ərpin və diş əti iltihabına səbəb olan bakteriyaların azalmasına köməklik edirlər. Bəzi qarqaraların uzun müddətli istifadəsinin yan təsirlərinin olması səbəbi ilə müalicənin məqsədinə ən uyğun qarqaranı seçmək üçün, istifadə etmədən öncə, xəstələr həkimləri ilə mütləq məsləhətləşməlidirlər!
4. RİSK FAKTORLARININ ORTADAN QALDIRILMASI
Yaşlı olanlar, siqaret və tütün məmulatlarında istifadə edənlər, pəhrizdə olanlar və genetik olaraq diş əti xəstəliklərinə meyilli olanlar daha yüksək risk altındadırlar. Xəstələrdə bu risk faktorlarından ən azı biri varsa, mütləq həkimi ilə məsləhətləşməlidirlər.
5. PARODONTOLOQA MÜAYİNƏ OLUN
Diş əti xəstəlikləri riskinin və ya varlığının qiymətləndirilməsi üçün Parodontoloqa müayinə olunun. Müayinə sırasında ağız boşluğunda ərpin səviyyəsi, dişlər, implantlar, diş ətləri, dişlərin qapanışı, çənə sümüyünün strukturu və diş əti xəstəliklərinə səbəb ola biləcək risk faktorlar qiymətləndiriləcəklər. Diş əti xəstəlikləri simptomlarının erkən müəyyən olunması, xəstəliyin qarşısının alınması üçün cox vacibdir.
PARODONT XƏSTƏLİKLƏRİNİN VƏ ÜMUMİ SİSTEMİK XƏSTƏLİKLƏRİN ƏLAQƏSİ
Bir çox tətqiqatlarda parodont xəstəlikləri və bir neçə önəmli sistemik xəstəliklərin bir birləri ilə əlaqəsini göstərmişlərdir. Uzun müddət elm adamları düşünürlərdi ki, bu əlaqənin səbəbi bakteriyalardır, lakin son tətqiqatlar göstərmişlər ki, bu əlaqənin səbəbi iltihabdir. Buna görə də, iltihabın ortadan qaldırılması həm parodont xəstəliklərinin, həm də digər sistemik xəstəliklərin yaratdığı xroniki iltihabın nəzarətə alınmasına köməklik edə bilər.
ŞƏKƏRLİ DIABET
Şəkərli diabet xəstələrində parodont xəstəlikləri daha yüksək sürətlə inkişaf edərək, öz növbəsində qanda şəkərin səviyyəsinin daha çox yüksəlməsinə və diabetin səbəb olduğu fəsadların artması ilə nəticələnir. Diabeti olmayan sağlam insanlarla müqayisədə, diabetli olan insanların bakteriyal infeksiyalara daha cox meyilli olduqlarına görə, parodont xəstəliklərinə sahib olma ehtimalı daha yüksəkdir. İnsanlarda diş əti xəstəlikləri diabetin ən vacib fəsadlarından biri olaraq qəbul olunur. Endokrinolojı nəzarət altında olmayan diabet xəstələri xüsusilə yüksək risk altındadırlar.
Tətqiqatlar göstərmişlər ki, şəkərli diabet ilə parodont xəstəlikləri arasındakı əlaqə iki tərəflidir və bir birinə bağlıdır: diş əti xəstəlikləri diabetli insanlarda qandaki şəkərin səviyyəsini yüksəldərək ağırlaşmaları artıra bilir və diabetin xəstə tərəfindən nəzarət altında saxlanmasını çətinləşdirir, həmçinin nəzarət altında olmayan diabet diş əti xəstəliklərinin şiddətini əhəmiyyətli dərəcədə artıraraq, dişlər və implantlar ətrafında parodontoloji müalicənin nəticəsini uğursuzluqla nəticələndirirlər.
https://www.efp.org/publications/projects/perioanddiabetes/recommendations/index.html
KARDİOLOJİ XƏSTƏLİKLƏR
Bir sıra tədqiqatlar, parodont xəstəlikləri ilə kardiolojı xəstəlikləri arasında əlaqənin olduğunu göstərir. Xəstəliyin ‘‘səbəb-nəticə’’ əlaqəsi hələ ki sübut olunmasa da, tədqiqatlar diş əti xəstəlikləri nəticəsində yaranan iltihabin məsuliyyət daşıdığını və ürək xəstəlikləri riskinin artırdığını və kəskinləşdirdiyini qeyd etmişlərdir. Bununla yanaşı, infektiv endokardit riski olan xəstələrdə parodontolojı müalicə öncəsində antibiotik profilaktikası lazım ola bilər.
OSTEOPOROZ
Tədqiqatçılar, osteoporoz ilə çənədəki sümük əriməsi arasında əlaqənin ola biləcəyini və osteoporoz olduqda dişi dəstəkləyən çənə sümüyü sərtliyinin azalması ilə dişin çənədəki dəstəyi azalaraq onun itkisinə yol aça bildiyini qeyd etmişlər.
TƏNƏFFÜZ YOLLARI XƏSTƏLİKLƏRİ
Tədqiqatlar, diş əti xəstəliklərinə səbəb olan bakteriyaların, ağız boşluğundan ağciyərlərə aspirasiya olunaraq, pnevmaniya kimi, tənəffüs yolları xəstəliklərinə səbəb olduğunu da bildirilmişlər.
XƏRÇƏNG
Tədqiqatçılar bildirmişdirlər ki, diş əti xəstəlikləri olan kişilərdə, mədəaltı vəzi xərçənginin inkişaf etmə ehtimali - 54%, qan xərçəngi ehtimalı - 30% və böyrək xərçəngi ehtimalı - 49%-dir.
QADINLARDA PARODONT XƏSTƏLİKLƏRİ
Qadinlarda diş əti sağlamlığına təsir edə bilən bir sıra amillər vardır:
CİNSİ YETKİNLİK DÖVRÜ
Cinsi yetkinlik dövründə, progesteron və estrogen kimi, cinsi hormonların səviyyəsindəki artıma bağlı olaraq diş ətində qan dövranı da artmış olur. Bu müddət ərzində, diş əti daha şişkin, qızariq və qanamaya daha cox meyilli olur. Bu səbəb ilə diş ətində həssaslığın artması, o cümlədən ərp və qida parcalarının qıcıqlanması ilə daha yüksək reaksiya ilə nəticələnir.
MENSTRUASİYA DÖVRÜ
Bəzi qadınlarda menstruasiya dövründə bəzən gingivit görünə bilir. Bu dövrdə parlaq qırmızı rəngli, şişkin və qanayan diş əti, o cümlədən yanaq içində aftaya bənzər yaralar görünə bilər.
HAMİLƏLİK DÖVRÜ
Tədqiqatlar, diş əti xəstəliklərinin hamiləlik dövrü üçün risk faktoru olduğunu və hamilə qadınlarda doğulacaq uşağın vaxtından öncə və ya az çəkili doğulması ilə nəticələnə bildiyini bildiriblər. Qadınların hamiləliyi planlamadan öncə parodontolojı müayinə olmaları və hamiləlik dövründə nələrə diqqət etmələri haqqında həkimləri tərəfindən məlumatlandırılmaları vacibdir.
https://www.efp.org/publications/projects/oralhealthandpregnancy/reports/treating-perio-disease.html
MENOPAUZA VƏ POST-MENOPAUZA DÖVRÜ
Menopauza və post-menopauza dövründəki qadınlarda ağız boşluğunda ağız quruluğu, diş ətlərində ağrı, yanma hissi, dad hissiyatində dəyişikliklər kimi narahatlıqlar ola bilər. Həmçinin bəzi qadınlarda, quru və ya parlaq görünən diş ətlərində, asanlıqla qanaya bilən, menopoz gingivostomatitis görünə bilər.
KİŞİLƏRDƏ PARODONT XƏSTƏLİKLƏRİ
Tədqiqatlar zamanı, parodont xəstəliklərinin kişilərdə (56,4%) qadınlara (38,4%) nisbətən daha yüksək olduğu bildirilmişdir. Bunun səbəbi kişilərin qadınlara nisbətən stomatololara daha az müraciət etmələri və ya ərp, diş daşı və diş əti cibi zondalamasında qanama kimi diş əti sağlamlığı göstəricilərinin daha aşağı səviyədə olmaları ehtimal olunur. Lakin, kişilərdə diş əti sağlamlığı, bir sıra diğər sağlıg amillərinə təsir göstərə bildikləri üçün, son dərəcə əhəmiyyətlidir.
PROSTATIN SAĞLAMLIĞI
Prostate-specific antigen(PSA) adətən çox kiçik miqdarda prostat vəzi tərəfindən ifraz olunan fermentdir. Prostat vəzinin infeksiyası, iltihablanması və ya xərçəngə məruz qalması sırasında, PSA fermentinin səviyyəsi yüksəlir. Bu sahədə tədqiqat göstərmişdir ki, qırmızı, şişkin və ya yumşaq diş əti kimi, diş əti xəstəlikləri göstəriciləri müsbət olanlar, həmçinin eyni insanlarda prostat vəzinin iltihabı olanlarda PSA fermentinin səviyyəsi bu xəstəliklərin sadəcə biri olan insanlara nisbətən daha yüksək olur. Bu deməkdir ki, diş əti və prostat vəzinin sağlamlığı bir birləri ilə əlaqəlidir.
KARDİOLOJI XƏSTƏLİKLƏR
Tədqiqatlar, diş əti xəstəliklərinin və ürək-damar xəstəliklərinin, insan organizmində xroniki iltihabi şərait yaratdiqlari üçün, bir birləri ilə bağlı olduğunu, həmçinin diş əti xəstəliklərinin varlığında ürək-damar xəstəliyi riskininin arta biləcəyini göstərmişlər. Kişilərdə qadınlara nisbətən daha yüksək ürək-damar xəstəliyi riski olduğunu diqqətə alsaq, bu riskin azaldılması üçün diş əti sağlamlığının təmin edilməsi cox vacibdir.
CİNSİ İQTİDARSIZIQ
Araşdırmaya görə, xüsusilə 30 yaşından cavan və ya 70-dən yuxarı, diş əti xəstəlikləri olan kişilərdə, cinsi iqtidarsızlıq inkişaf etmə riskinin yüksək olduğu göstərilmişdir. Tədqiqatçılar inanırlar ki, diş əti xəstəliklərinin nəticəsi olan uzun müddətli xroniki iltihab, qan damarlarını zədələyərək, cinsi iqtidarsızlığa apara bilər.
XƏRÇƏNQ
Tədqiqata əsasən, anamnezində diş əti xəstəlikləri olan kişilərin sağlam olanlara nisbətən xərcəngli olma ehtimalı 14% daha yüksəkdir. Xüsusilə, diş əti xəstəlikləri olan kişilərdə qadınlara nisbətən böyrək xərçəngi olma ehtimalı 49%, mədəaltı xərçəngi vəzi - 54%, qan xərçəngi isə 30% daha coxdur.
UŞAQLARDA PARODONT XƏSTƏLİKLƏRİ
GİNGİVİT
Uşaqlarda xroniki gingivit, diş ətində şişkinliyə, qızarmaya və asanlıqla qanamaya səbəb olan tez-tez təsadüf edilən diş əti xəstəliyidir. Bu xəstəliyə adətən qeyri-adekvat ağız boşluğu gigiyenası səbəb olur. Gingivitin qarşısı alına bilər, həmçinin xəstələr tərəfindən diş ipi və fırcası istifadəsinə əlavə olaraq ümumi stomatoloq və ya parodontoloqlar tərəfindən tətbiq olunan professional müalicə oluna bilər. Ancaq gingivit müalicə olunmadığı vaxt diş əti xəstəliklərinin daha ciddi formalarına çevrilə bilər.
PARODONTİT
Lokal parodontit, əsasən birinci azı və kəsici dişlər ətrafında alveolar sümüyün şiddətli əriməsi ilə diqqət çəkən, daha cox ümumi olaraq sağlam, ağız boşluğunda ərp və diş daşı miqdarı az olan, yeniyetmələr və gənc insanlarda görünə bilər. Generalizə olunmuş parodontit gənc insanlarda cinsi yetkinlik dövründə başlayan, kliniki olaraq ağız boşluğunda yüksək miqdarda ərp, diş daşları və diş əti iltihabı ilə diqqət çəkərək, bir çox dişin ətrafında çənə sümüyünün şiddətli əriməsi, və ən sonda dişlərin itkisi ilə nəticələnir.
Uşaqlarda diş əti xəstəliklərinin 4 əsas əlaməti vardır:
1. Dişlərin fırçalanması və ya diş ipi istifadəsi vaxtı qanama
2. Diş ətinin parlaq qırmızı və siskin olması
3. Diş əti çəkilməsi nəticəsində kök səthinin ağız boşluğuna acılması.
4. Dişlərin fırçalanması və diş ipi istifadəsindən sonra inatçı xoşagəlməz ağız qoxusunun olması.
YENİYETMƏLƏRDƏ YÜKSƏK SƏVİYYƏLİ AĞIZ BOŞLUĞU GİGİYENASININ ƏHƏMİYYƏTİ
Yetkinlik dövrünə bağlı hormonal dəyişikliklər gənclərdə parodont xəstəlikləri riskini artıra bilər. Bu dövrdə, progesteron və estrogen kimi hormanların artması diş ətlərində qan dövranının və həssaslığın artmasına, və buna bağlı olaraq ərp və qida parcalarına, o cümlədən hər hansı bir qıcıqlanmaya daha böyük reaksiyaya səbəb ola bilər. Bu müddət ərzində, diş əti şişkin və qızarıq olur.
Cinsi yetkinlik dövründə xəstələr tərəfindən evdə müntəzəm fırçalama və diş ipi istifadəsi, o cümlədən, həkim tərəfindən tətbiq olunan dövri nəzarətlərə riayət etmək çox vacibdir. Bəzi hallarda, diş əti və dişi dəstəkləyən çənə sümüyündə ola biləcək zərərlərin qarşısını almaq üçün ümumi stomatoloq və ya parodontoloqlar tərəfindən parodontolojı müalicə tövsiyə oluna bilər.
VALİDEYNLƏRƏ TÖVSİYYƏLƏR
Parodont xəstəliklərinin uğurlu müalicəsi üçün erkən diaqnoz cox vacibdir. Buna görə də, uşaqların ümumi stomatolojı müayinələri çərçivəsində parodontolojı müayinə də olmaları cox önəmlidir. Uşağınızda inkişaf etmiş diş əti xəstəliklərinin hər hansi bir forması var isə, bu sistemik xəstəliyin erkən əlamətinin xəbərçisi ola bilər. Xüsusilə, ağır və inkişaf etmiş parodontiti olan və parodontolojı müalicəyə müqavimət göstərən uşaq orqanizmlərində, ümumi tibbi muayinə və qiymətləndirilmə aparılmalıdır.
Diş əti xəstəliklərinin qarşısını almaq üçün ən əhəmiyyətli profilaktik addım uşaqlarda ağız boşluğunda yüksək səviyyəli sağlamlıq vərdişlərinin yaradılmasıdır:
1. Erkən yaşda gigiyena vərdişlərinin yaradılması. Uşağınızın 1 yaşı olubsa, diş fırçalama zamanı diş məcunu istifadəsinə başlaya bilərsiniz. Dişlər arasında boşluqlar azalaraq təmas artdıqca, diş ipi istifadəsinə başlamaq lazımdir.
2. Valideyn olaraq öz yaxşı gigiyena vərdişləriniz ilə uşağınıza nümünə olun.
3. Bütün ailəniz olaraq stomatolojı və parodontolojı müayinələri və müalicələri periodik olaraq müntəzəm planlayın və tətbiq edin.
4. Uşağlarınızın ağız boşluğunda, diş ətinin qanaması, şişməsi və parlaq qırmızı rəngli olmasi, diş ətlərinin dişlərdən ayrılması və xoşagəlməz ağız qoxusu kimi, parodont xəstəliklərinin əlamətlərinin varlığına periodik olarak öz tərəfinizdən diqqət yetirin.
İMPLANTLAR ƏTRAFINDA PARODONT XƏSTƏLİKLƏRİ
Təbii dişlərdə olduğu kimi, implantlar ətrafında da bakteriyalar diş əti və çənə sümüyü toxumalarının qıcıqlandırması ilə iltihablanmasına və itkisinə səbəb ola bilərlər.
PERİ-İMPLANT MUKOZİT
Peri-implant mukozit zamanı diş əti iltihabı, implant ətrafında sümük itkisi olmadan, yalnız yumşaq toxumalarda görünə bilər. Ümumiyyətlə, peri-implant mukozit peri-implantitin xəbərçisidir! Elmi tətqiqatlar göstəriblər ki, peri-implant mukozit, erkən diaqnoz edildiyində, geri dönüşümlü olaraq uğurla müalicə edilə bilər.
PERİ-İMPLANTİT
Peri-implantit zamanı çənə sümüyü, peri-implant mukozitdən fərqli olaraq, implant ətrafındaki diş əti iltihabı və sümük itkisi ilə nəticələnir. Peri-implant xəstəliklərin əlamətləri dişlər ətrafindaki diş əti xəstəlikləri ilə bənzərdir: ödemli və fırçalama zamanı qanayan diş ətləri. Daha öncə diş əti xəstəlikləri diaqnozu qoyulanlar, ağız boşluğu gigiyenası aşağı səviyyədə olanlar, siqaret istifadə edənlər və ya diabeti nəzarət altında olmayan insanlar peri-implant xəstəliklərin yaranmasında daha yüksək risk altındadırlar. Peri-implantiti ortadan qaldırmaq üçün adətən əlavə olaraq cərrahi müalicə tələb olunur.
Dünyada diş əti və implantlar ətrafındaki xəstəlikləri olan insanların sayı sürətlə artdıqca, xüsusən də bu xəstəliklərin digər sistemik xroniki xəstəliklərlə əlaqəsi elmi araşdlırmalar nəticəsində təsdiqləndikcə, parodontoloji xəstəliklərin ümumi stomatoloqlarlarla yanaşi bu sahədə ixtisaslaşmış daha təcrübəli olan parodontoloqlar tərəfindən müayinə və müalicə olunması əhəmiyyət kəsb edir. Bununla yanaşı, dişlərdə də olduğu kimi, implantlar ətrafında da müntəzəm fırçalama və diş ipi istifadəsi ilə yanaşı parodontoloqlar tərəfindən 4-6 aydan bir periodik kontrol muayinilər və professional müalicə tətbiq olunaraq implantların ağız boşluğunda istifadə müddəti artırıla bilər.
Mənbəə:
European Federation of Periodontology http://www.efp.org/public
Canadian Academy of Periodontology www.cap-acp.ca
American Academy of Periodontology www.perio.org