top of page

Qadın orqanizmində ən böyük hormonal və psixoloji dəyişikliklər hamiləlik zamanı baş verir. Bu kimi dəyişikliklərin baş verdiyi ən mühüm orqan - ağız boşluğudur. Estrogen və progesteron kimi hormonların səviyyəsinin artması diş əti toxumalarında damar keçiriciliyini əhəmiyyətli dərəcədə artıraraq, əsas əlamətləri şişmiş və qanayan diş əti olan gingivit və parodontit kimi ciddi diş əti xəstəliklərinə səbəb ola bilir. Hamiləliklə əlaqədar adətən hamiləlik epulisi kimi lokal və ya hamiləlik gingiviti kimi generalizə olunmuş zədələnmələr müşahidə olunur. Bu zədələnmələr adətən hamiləlik bitdikdən sonra aradan qalxır. Lakin parodontiti olan qadınlarda klinik vəziyyətin daha da pisləşməsi ehtimal olunur. Diş əti xəstəlikləri olan hamilə qadınlar preeklampsiya, vaxtından əvvəl doğuş və normadan az çəkidə uşağın dünyaya gəlməsi kimi risklərə məruz qalır.
 
Hamiləlik dövründə qadınlar ağız boşluğu xəstəliklərinin əsas həyəcan siqnalı olan diş əti qanaması və iltihabı, çeynəmə zamanı ağrı, ağızdan xoşagəlməz qoxu, diş əti çəkilmələri ilə dişlərin laxlamasının artması kimi əlamətləri tanımalıdırlar və bu simptomların hər hansı birinin mövcudluğunda dərhal parodontoloqa müraciət etməlidirlər. Parodontoloji müayinə sırasında parodontoloq ağız boşluğu müayinəsini həyata keçirməklə, diş ərpi miqdarı, ciblərin dərinliyi və zondlama zamanı qanama kimi əsas göstəricilərin qiymətləndirilməsi, diş ətinin sağlamlıq statusu, xəstəlik mövcudluğunda dişlər ətrafında gingivit və ya parodontit, implantlar ətrafında isə peri-implant mukozit və ya peri-implantit diaqnozlarının qoyulması və nəzərdə tutulan müvafiq müalicə tədbirləri haqqında ətraflı məlumat verilir. Parodontoloq tərəfindən dişlər və implantlar ətrafında professional təmizliklər və subgingival instrumentasiyadan ibarət diş əti xəstəliklərinin qeyri-cərrahi müalicəsi və fərdi ağız boşluğu gigiyena maarifləndirilməsi, hamilə qadınları bu risklərdən qoruyaraq diş əti iltihabının qarşısının alınması və hamiləlik müddətində diş əti sağlamlığının qorunmasında effektiv olur. Hamiləlik sırasında diş əti xəstəliklərinin qarşısının alınması üçün dişlər və diş ətinin yumşaq fırça ilə gündə iki dəfə fırçalanması, həmçinin dişlərarası fırçalar/diş ipi hər gün mütəmadi olaraq istifadə olunması ilə yüksək səviyyəli ağız boşluğunun fərdi gigiyenası təmin olunması tövsiyyə olunur. Mövcud elmi tədqiqatlar hamiləlikdən öncə həyata keçirilən diş əti müalicəsinin hamiləliyin qeyri-qənaətbəxş nəticələri riskinin qarşısının alınmasında təsirli olduğunu sübut edir.
 
Mama-ginekoloqlar isə qadınlarda ağız boşluğu müayinəsinin mütəmadi müayinələr siyahısına daxil etməlidirlər, hamiləlik zamanı diş əti xəstəliklərinin mümkün riskləri və bu xəstəliklərin müalicəsinin bu risklərin aradan qaldırılmasına müsbət təsiri barədə ətraflı məlumat verməlidirlər. Müayinə sırasında diş və diş əti arasındakı nahiyədə qanamalar, xoşagəlməz qoxu, iltihab kimi əlamətlərin qiymətləndirilməsi üçün xəstənin ağzını açmasını xahiş etməli və birbaşa işıq altında ağız boşluğunun vəziyyətini yoxlamalıdırlar. Bu əlamətlərdən hər hansı birinə rast gəlinərsə mövcud diş əti xəstəliklərinin diaqnozu və müalicənin təyin edilməsi üçün xəstəni parodontoloqa yönləndirməlidir. Həmçinin, hamiləliyin gedişinə və parodontun sağlamlığına mənfi təsir edən bir sıra ortaq risk amillər olduğundan (siqaret istifadəsi kimi) sağlam həyat tərzinə üstünlük verilməli və təbliğ olunmalıdır.
 
Avropa Parodontologiya Federasiyasının (EFP) ‘‘Oral Health&Pregnancy’’ maarifləndirmə kampaniyasının məqsədi Federasiyaya üzv olan ölkələrin Milli Parodontologiya Cəmiyyətləri tərəfindən həmin ölkələrdə hamiləlik dövründə qadınlarda ağız boşluğu sağlamlığınının təmin olunması üçün ən son elmi sübutlara əsaslanan tövsiyələr broşurlarıvideo animasiya vasitəsi ilə qadınlarda, ağız boşluğu sağlamlığı və digər tibb mütəxəssislərində ətraflı məlumatlılığın təşviq olunmasıdır.

‘‘Ağız boşluğu sağlamlığı&Hamiləlik’’ maarifləndirmə kampaniyası Azərbaycan Parodontologiya Cəmiyyətinin təşəbbüsü ilə Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli; vitse-prezidenti və layihələr koordinatoru Hənifə Musayeva və baş katibi Vəfa Xanməmmədova tərəfindən Azərbaycan dilində tərtib edilmişdir.


Ətraflı: https://www.perio.az/periohamilelik

More: https://www.efp.org/gum-disease-general-health/oral-health-pregnancy/

PerioHamilelik ABSM.png

Ağız boşluğu sağlamlığı mütəxəssisləri
üçün tövsiyələr

Yükləmək üçün klikləyin

PerioHamilelik Tibb.png

Tibb mütəxəssisləri
üçün tövsiyələr

Yükləmək üçün klikləyin

PerioHamilelik Qadınlar.png

Qadınlar
üçün tövsiyələr

Yükləmək üçün klikləyin

Xəbərlər

Xəbərlər səhifəsinə keçmək üçün şəklin üzərinə klikləyin.

Ağız Boşluğu Sağlamlığı & Hamiləlik SN.png
Ağız Boşluğu Sağlamlığı & Hamiləlik Haqqinaz.png
Ağız Boşluğu Sağlamlığı & Hamiləlik ADHTI.png
Ağız Boşluğu Sağlamlığı & Hamiləlik Azertac.png
bottom of page