top of page

Diş əti xəstəlikləri və ürək damar xəstəlikləri insanların sağlamlığına və həyat tərzinə ciddi şəkildə təsir edən geniş yayılmış, xroniki və qeyri-yoluxucu xəstəliklərdir. Ağır dərəcəli parodontit yayılma intensivliyinə görə dünyada 6-cı yeri tutur və 800 milyona yaxın insan bu xəstəlikdən əziyyət çəkir. Müalicə edilmədiyi halda parodontit diş itkisinə səbəb olur, bu da insanlarda düzgün qidalanma çətinliyi, nitq qüsuru, özünə inamın azalması və həyat keyfiyyətinin aşağı düşməsi deməkdir.

 

Ürək-damar xəstəlikləri ürək və ya qan damarlarını əhatə edir, ürəyin işemik xəstəliyi, insult, hipertoniya, ürəyin revmatik xəstəliyi, kardiomiopatiya və atrial fibrilyasiya da daxil olmaqla bir sıra xəstəlikləri özündə birləşdirir. Dünyada bir il ərzində baş verən ölüm səbəblərinin 1/3 hissəsi, Avropada isə 45%-i (4 milyona yaxın) ürək-damar xəstəliklərinin payına düşür. Ölüm sayının yüksək olması əhalinin yaşının artması, az hərəkətli həyat tərzi və qeyri-sağlam qidalanma ilə bağlıdır. Ürək-damar xəstəlikləri üçün əsas risk amillərinə tütün məhsullarının istifadəsi, yüksək qan təzyiqi, xolesterin və ya triqliseridlərin səviyyəsinin yüksək olması, qlükoza metabolizminin dəyişməsi və piylənmə aiddir. Bunların da bəziləri eyni zamanda diş əti xəstəliklərinin də risk amilləridir.

Diş əti xəstəlikləri və ürək-damar xəstəliklərinin əlaqəli olduğuna dair və diş əti xəstəlikləriolan insanlarda kəskin miokard infarktı, ürək çatışmazlığı və insult riskinin artması ilə əlaqədar elmi sübutlar mövcutdur. Diş əti xəstəlikləri ürək-damar xəstəliklərinin müxtəlif formaları və ölüm halları ilə əlaqələndirilir, bu növ xəstəliklər üçün qarşısı alınan bir risk amili qəbul olunur. Tütün məhsullarının istifadəsi, stress, piylənmə, şəkərli diabet və qeyri-sağlam qidalanma kimi ümumi həyat tərzi amilləri diş əti xəstəlikləri və ürək-damar xəstəliklərinin ağırlaşdırıcı səbəbləridir.

Ürək-damar xəstəliklərinin və parodontitin ağız boşluğu sağlamlığı və tibb mütəxəssisləri tərəfindən erkən diaqnostikası, profilaktikası və birgə müalicəsi böyük əhəmiyyət kəsb edir. Ürək-damar xəstəlikləri olan insanlar mütəmadi olaraq ağız boşluğu müayinəsindən keçməlidirlər. Ürək-damar xəstəlikləri olan insanlarda diş əti müalicəsinin aparılması və ağız boşluğu gigiyenasına riayət olunması kimi vərdişlər kəskin ürək-damar xəstəlikləri hallarının azalmasına yardım edə bilər. 

 

‘‘Perio&Cardio’’ maarifləndirmə kampaniyası Avropa Parodontologiya Federasiyası (EFP) və Dünya Ürək Federasiyasının (WHF) birqə təşkilatçılığı ilə keçirilən Perio-Cardio Qurultayında diş əti xəstəlikləri xəstəlikləri və ürək-damar xəstəlikləri arasındaki əhəmiyyətli əlaqənin varlığının konsensus hesabatından ibarətdir.

 

Avropa Parodontologiya Federasiyasının (EFP) ‘‘Perio&Cardio’’ maarifləndirmə kampaniyasının məqsədi Federasiyaya üzv olan ölkələrin Milli Parodontologiya Cəmiyyətləri tərəfindən həmin ölkələrdə diş əti xəstəlikləri və ürək-damar xəstəlikləri arasında vacib əlaqənin varlığını və bu iki xəstəliyə qarşı birlikdə necə mübarizə aparılması, bu xəstəlikləri olan insanlarda ağız boşluğu sağlamlığınının təmin olunması, xəstəliklərin erkən diaqnostikası, profilaktikası və birgə müalicəsi əhəmiyyətini ən son elmi sübutlara əsaslanan maarifləndirmə rəhbərlikləri və video animasiyası vasitəsi ilə ağız boşluğu sağlamlığı və digər tibb mütəxəssisləri, əçzaçılar, xəstələr və ictimaiyyətdə məlumatlılığın təşviq olunmasıdır.

 

‘‘Diş əti Xəstəlikləri & Ürək-damar Xəstəlikləri’’ maarifləndirmə kampaniyası Azərbaycan Parodontologiya Cəmiyyətinin təşəbbüsü ilə Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli; vitse-prezidenti və layihələr koordinatoru Hənifə Musayeva və Azərbaycan Ürək-Damar Cərrahiyəsi Cəmiyyətinin sədri Kamran Musayev tərəfindən Azərbaycan dilində tərtib edilmişdir.

Ətraflı: https://www.perio.az/periokardio
More: 
https://www.efp.org/gum-disease-general-health/perio-cardio/

Perio&Cardio Ağız boşluğu sağlamlığı mütəxəssisləri.png

Ağız boşluğu sağlamlığı mütəxəssisləri
üçün tövsiyələr

Yükləmək üçün klikləyin

Perio&Cardio Tibb mütəxəssisləri & əczaçılar.png

Tibb mütəxəssisləri & əczaçılar
üçün tövsiyələr

Yükləmək üçün klikləyin

Perio&Cardio Xəstələr & ictimaiyyət.png

Xəstələr & ictimaiyyət
üçün tövsiyələr

Yükləmək üçün klikləyin

Xəbərlər

Xəbərlər səhifəsinə keçmək üçün şəklin üzərinə klikləyin.

bottom of page