top of page

Dünya əhalisinin 35 yaşdan yuxarı 80%-i müxtəlif növ diş əti xəstəliklərindən və təxminən 7%-i şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Diş əti xəstəlikləri və  şəkərli diabet, yayılması yaşla artan qeyri-yoluxucu xroniki xəstəliklərdir və ikisi arasında qarşılıqlı və güclü əks təsir əlaqəsi mövcuddur. Parodontitli insanlarda şəkərli diabet riskinin daha yüksək olduğu, diabetli xəstələrdə isə parodont xəstəliyinin inkişafı 3 dəfə daha çox olduğu müşahidə edilir. Üstəlik, bir xəstədə parodontit də olduqda diabetə nəzarət daha mürəkkəbdir və həm şəkərli diabet, həm də parodontiti olan insanların ürək-damar xəstəliyi, xroniki böyrək xəstəliyi və retinopatiya da daxil olmaqla bəzi ağır tibbi ağırlaşmalara məruz qalma riski daha yüksəkdir. 

Parodontitin erkən diaqnostikası və müalicəsi prediabet riskini azaldır. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlarda, xəstəlik haqqında bütün tibbi məlumatlar ağız boşluğu sağlamlığı mütəxəssisləri ilə paylaşılmalıdır. İnsanlar öz çəkilərinə nəzarət etməlidirlər. Sağlam qidalanmalı və tütün məmulatlarından istifadə etməməlidirlər. Hər bir insan öz şəkərli diabetinə nəzarət etməlidir. Gündəlik stress azaldılmalı və aktiv həyat tərzi keçirilməlidir. Diş əti xəstəliklərinin qarşısını almaq üçün ildə 2 dəfə ağız boşluğu sağlamlığı mütəxəssislərinə müraciət olunmalıdır. Dişlər gündə 2 dəfə fırçalanmalıdır, diş arası fırçalardan və diş saplarından  istifadə olunmalıdır.
 
‘‘Perio&Diabetes’’ maarifləndirmə kampaniyası Avropa Parodontologiya Federasiyası (EFP) və Beynəlxalq Diabet Federasiyasnın (IDF) birqə təşkilatçılığı ilə keçirilən Perio-Diabetes Qurultayında diş əti xəstəlikləri xəstəlikləri və şəkərli diabet arasındaki əhəmiyyətli əlaqənin varlığının konsensus hesabatından ibarətdir.

Avropa Parodontologiya Federasiyasının (EFP) 
‘‘Perio&Diabetes’’ maarifləndirmə kampaniyasının məqsədi Federasiyaya üzv olan ölkələrin Milli Parodontologiya Cəmiyyətləri tərəfindən həmin ölkələrdə diş əti xəstəlikləri və şəkərli diabeti olan insanlarda ağız boşluğu sağlamlığınının təmin olunması, bu xəstəliklərin səbəblərini, risk və təsir amillərini, profilaktikasını və aralarındakı vacib əlaqənin ən son elmi sübutlara əsaslanan poster, maarifləndirmə rəhbərlikləri və video animasiya vasitəsi ilə ictimaiyyətdə, ağız boşluğu sağlamlığı və digər tibb mütəxəssislərində məlumatlılığın təşviq olunmasıdır.

‘‘Diş əti Xəstəlikləri&Şəkərli Diabet’’ maarifləndirmə kampaniyası Azərbaycan Parodontologiya Cəmiyyətinin təşəbbüsü ilə Cəmiyyətin prezidenti Cavid Əhmədbəyli
, vitse-prezidenti Rahim Qarayev, vitse-prezidenti Rövşən Məmmədov, layihələr koordinatoru Hənifə Musayeva və İdarə Heyətinin üzvü Rüstəm Ağazadə tərəfindən Azərbaycan dilində tərtib edilmişdir.

Ətraflı: https://www.perio.az/periodiabet

More: https://www.efp.org/gum-disease-general-health/perio-diabetes/



PDF versiyasını yükləmək üçün şəkillərin üzərinə klikləyin.

Perio&Diabet Stom.jpg
Perio&Diabet Tibb.jpg
Perio&Diabet Public.jpg
Perio&Diabet Poster.jpg

‘’Diş əti xəstəlikləri & Şəkərli Diabet: Vacib Məqamlar’’ mövzusunda beynəlxalq konfrans

23 fevral 2019-ci il tarixində Hyatt Regency Baku hotelində Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının təşkilatçılığı ilə ‘’Şəkərli Diabet’’ mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. 250 həkim-mütəxəssisin iştirak etdiyi bu tədbirin xarici məruzəçiləri Prof. Antonio Ceriello (İtalya) və Prof. Eberhard Standl (Almanya)  aktual mövzulara toxunaraq, endokrinologiya sahəsindəki müasir problemlər barədə fikir mübadiləsi apardılar. Həmçinin, bu konfransa təşkilatçılar tərəfindən dəvət olunan Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli ‘’Diş əti xəstəlikləri & Şəkərli Diabet: Vacib Məqamlar’’ mövzusunda məruzə ilə cıxış etdi. Bu məruzədə endokrinoloqlara parodontologiyanın aktual məsələləri, diş əti xəstəliklərinin yayılması, diaqnostikası, müalicəsi və profilaktikasının müasir səviyyəsi, Avropa Parodontologiya Federasiyasının Perio & Diabetes layihəsi, diş əti xəstəlikləri və şəkərli diabet arasında əhəmiyyətli əlaqə və bu iki xroniki xəstəliklərə qarşı nə şəkildə mübarizə aparılması haqqında ətraflı məlumat verilmiştir. 

Screen%20Shot%202020-02-18%20at%2014.08_
bottom of page